Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-363/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(002)-111/2021 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyun 2021-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə borclu Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla Rayon Məhkəməsinə müraciət edərək, borclunun adına qeydiyyatda olan “Toyota Prado» markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2017-ci il qətnaməsi üzrə verilmiş 05.10.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 14303,42 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Azərbaycan manatına olan məzənnə üzrə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdr. İcra sənədi 23.10.2017-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. 27.05.2021-ci il tarixdə verilmiş icra sənədinə cavabdeh Borclu onun əvəzinə 16.05.2014-cü il tarixli, 169/f-14 saylı kredit müqaviləsi üzrə X1 ödədiyi 4.546 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan manatına olan məzənnə üzrə cavabdeh Borclu tutularaq tələbkar E.Qəzənfərovun xeyrinə ödənilməlidir. İcra sənədi 10.06.2021-ci il tarixdə Qaradağ Rayon İcra Şöbəsinə daxil olmuş və qanunauyğun qaydada icraya yönəldilmişdir. Rayon İcra Şöbəsinın 10.06.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənəd üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” İnformasiya Sistemində əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Toyota Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil var. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimata baxmış Rayon Məhkəməsi qəbul etdiyi 17.06.2021-ci il tarixli qərardadı ilə təqdimatı təmin edərək, avtomobilin üzərinə həbs qoymuşdur. Borclu həmin Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2017-ci il tarixli qətnaməsi (İş № 2(103)-4792/17) üzrə 05.10.2017-ci il tarixdə verilmiş icra sənədinə əsasən cavabdeh Borclu cəmi 14.303,42 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü Azərbaycan manatına olan məzənnə üzrə) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu, Banka olan borcunu tam olaraq ödəmişdir və bu barədə ona tələbkar tərəfindən məktub da təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2017-ci il tarixli qətnaməsində qət edilmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 tutmanın cavabdehə məxsus avtomobilə yönəldilməsi tələbi təmin edilməmişdir. Beləliklə, avtomobilin üzərinə həbs qoyulmasına heç bir əsas yoxdur və avtomobilin üzərinə həbs qoyulması onun hüquqlarını pozur. Rayon Məhkəməsi, şikayətə baxaraq iş üzrə qəbul etdiyi 25.06.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hər iki icra sənədi üzrə borclu tərəfindən tələbkarlara pul ödənilməlidir. Qaradağ Rayon İcra Şöbəsi tərəfindən icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Qeyd edilən pul məbləğləri bugünədək tələbkarlara ödənilməmiş, icra sənədləri könüllü qaydada icra edilməmişdir. Belə olan halda icra sənədləri məcburi qaydada icra edilməli və borclunun əmlakı, hazırki halda isə borcluya məxsus avtomobil üzərinə həbs qoyulmalıdır. Çünki “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 44.1.3-cü maddəsinin mənasına görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirləri görülür. Həmin Qanunun 43.1.1-cü maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Sözügedən Qanunun “Tələbin borclunun əmlakına yönəldilməsi” adlanan İV fəslinin mənasına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (maddə 45.1.). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (maddə 45.6.). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir (maddə 50.2.). Qeyd edilən maddi hüquq normalarının tələblərindən müzakirə edilən məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, təqdimat əsaslıdır və Rayon Məhkəməsi təqdimatı təmin etməkdə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2017-ci il tarixli qətnaməsi (İş № 2(103)-4792/17) ilə müstəqil tələb irəli sürən üçüncü şəxs E.Qəzənfərovun tutmanın cavabdeh Borclu məxsus avtomobilə yönəldilməsi tələbi təmin edilməməsi, icra sənədlərinin icrası ilə əlaqədar tələblərin avtomobilə yönəldilməsinin qarşısını almır. Çünki bu yönəlmə artıq qüvvəyə minmiş və icraya yönəlmiş məhkəmə aktlarının məcburi icrası qaydasında həyata keçirilir. Bu baxımdan hesab edilməlidir ki, şikayət əsassızdır. Göstərilənləri nəzərə alan və MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə MPM-nin 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyun 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №8(103)-363/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-363/2021
23.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver