Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-363/2022 05.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Borclu “Nəsimi rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad olunması üçün məhkəməyə müraciət edilməsi və tələbin başqa əmlaka yönəldilməsi vəzifəsinin qoyulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 300/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Borclu Nəsimi Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, tələbin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-2163/2017 saylı qətnaməsi ilə Borclu ½ hissəsinə payı tanınmış ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzilə yönəldilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzilin həbsdən azad edilməsi barədə aidiyyəti məhkəməyə təqdimat verilməsi və tələbin iddiaçının mülkiyyətində olan Qobustan rayonu, Sədəf kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,47 ha torpaq sahəsinə yönəldilməsi üçün müvafiq tədbirlərin görülməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlayaraq Tələbkar ilə ailə qurmuş, sonradan Qaradağ rayon Məhkəməsinbin xx.xx.2017-ci il tarixli 2(002)-2302/2017 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Bundan sonra Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2()06)- 2163/2017 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzil hər birinə 1 hissə olmaqla, Borclu ve Tələbkar adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-12644/2017 saylı icra sənədi üzrə Yasamal rayon İcra şöbəsində başlanılmış icraat zamanı mənzilin üzərinə həbs qoyulması üçün Yasamal Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli 8(004)-1241/2018 saylı qərardadı ilə həmin mənzilin üzərinə həbs qoyulmuşdur. Sonradan icraat zamanı Tələbkar etibarnamə üzrə nümayəndəsi (atası) Rauf Yusifovun xx.xx.2019cu il tarixli ərizəsinə əsasən "İcra haqqında" Qanunun 23.1.1-ci maddəsi rahber tutularaq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-si tar 2(103)-12844/2017 sayli icra sənədi Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra mamurunun xx.xx.2019-cu il tarixdi qərarı ilə məhkəməyə qaytarılmışdır. Bundan 2 ilə yaxın müddət keçdikdən sonra icra sənədi yenidən icraya yönəldilmiş, Yasamal rayon icra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq qaydada icraata başlanılmış və qanunla müəyyən edilmiş icra müddəti bitdikdən sonra tələbin Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(004)-1241/2018 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaka yönəldilməsi üçün işi mənzilin olduğu yer üzrə Nəsimi rayon icra şöbəsinə göndərmişdir. Əvvala göründüyü kimi, mənzilin üzərinə həbs qoyulması barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 8(004)-1241/2018 saylı qərardadı ləğv olunmasa da, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixdi 2(103)-12644/2017 saylı icra sənədi “İcra haqqında” Qanunun Nəsimi rayon icra şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə məhkəməyə qaytarıldığından əhəmiyyətini itirmiş sayılır. Həmçinin, qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-12644/2017 sayli icra sənədi qanunun tələbləri pozulmaqla icraya yönəldilmişdir. Belə ki, “İcra haqqında” Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qebul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq tasdiq olunur Tərəflər həmin qerardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Belə ki, Tələbkar icra mamurunun xx.xx.2019-cu il tarixli qərarından şikayat verməmiş və icra sənədinin qaytarılması haqqında qərar qüvvədədir. Nəzərə alınmalıdır ki, üzərinə həbs qoyulmuş mənzil Borclu yeganə yaşayış sahəsidir. Lakin, Borclu həmin əmlakdan istifadə edə bilmir, başqa sözlə Tələbkar onun həmin mənzildə yaşamasına maneələr törədir. Bununla əlaqədar N.Rüstamov Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzilə köçürülməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(006)-1126/2022 saylı qətnaməsi ilə onun iddiası təmin olunaraq sözügedən mənzilə köçürülməsi qərara alınmış və qanuni qüvvəyə minmişdir. Hazırki vəziyyətdə Borclu 6000 manat borcu olduğu halda tələb borcdan qat-qat artıq olan yeganə yaşayış sahəsinə yönəldilmişdir. Hazırda onun adına Qobustan rayonu, Sədəf kəndində müvafiq çıxarışı olan kənd təsərrüfatı təyinatlı 1,47 ha torpaq sahəsi vardır və orta bazar qiyməti 15.000-20.000 manat arasındadır. Tələbin həmin torpaq sahəsinə yönəldilməsinə etiraz etmir və bu hal icra sənədinin icrasına da mane olmur. Buna baxmayaraq, Bakı şəhər Nəsimi Rayon İcra şöbəsi tərəfindən üzərinə həbs qoyulmuş əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-ya sifariş verilmiş və həmin MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatına əsasən mənzil 60.000 min manat dəyərində qiymətləndirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-300/2022 saylı, 20 sentyabr 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan borclu şikayət verərək, qərardadın ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmiş, şikayətini iş üzrə birinci instansiya verdiyi şikayətin dəlilllərinə uyğun əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-300/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar Kübra Yusifova şikayətə yazılı etirazını məhkəməyə ünvanlayaq etirazında şikayətin təmin edilməməsini, Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadın qüvvədə saxlanılmasını xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, borcu icra vərəqəsinin icarasını süni şəkildə uzatmaq üçün şikayətlər verir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 43.1-1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən ocraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İş materiallarından müəyyən olunur ki, Borclu xx.xx.2018-ci il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək, mülkiyyətində ünvan 1, 54 saylı mənzilin olduğunu bildirmiş, əmlakın Nəsimi rayon ərazisində yerləşməsini nəzərə alaraq tələbin həmin əmlaka yönəlməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1241/2018 saylı, xx.xx.2018-ci il tarixli qarardadı ilə Bakı Apellyasiya Məhkeməsinin 2(103)-12644/2017 saylı, xx.xx.2018ci il tarixli icra sənədi üzrə Borclu məxsus ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 8(004)-1241/2018 saylı, xx.xx.2018-ci il tarixli qarardadından verilmiş şikayət təmin edilməmiş, qərardad qüvvədə saxlanılmışdır. Sonradan Borclu ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1, 54 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-166/2020 saylı, xx.xx.2018-ci il tarixli qarardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-161/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 8(004)-161/2022 saylı, xx.xx.2022-ci il tarixli qarardadından verilmiş şikayət təmin edilməmiş, qərardad qüvvədə saxlanılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, icra məmuru icra məmuru tərəfindən icra sənədi üzrə aparılmış hərəkətlər və qəbul edilmiş qərarlar qanunvericiliyin tələb cavab vermişdir. Bundan başqa iş materialları ilə müəyyən olunru ki, mübahisəli mənzilin üzərinə Borclu öz xahişi ilə həbs qoyulmuşdur. Hazırda həmin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyi üçün belə bir təqdimatın verilməsi üçün təqdimat verilməsi barədə öhdəliyin icra məmurunun üzərinə qoyulmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151,153,363-264,267, 268, 308 və 398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-300/2022 saylı, 20 sentyabr 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №8(103)-363/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-363/2022
05.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver