Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-364/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Tələbkar “xxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-650/2017 nömrəli xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-235/2019 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar “xxxxxxxxxx” X5 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 650/2017 nömrəli xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(005)-650/2017 qətnaməsinin tam icra olunması məqsədilə icra üsulunun dəyişdirilərək, cavabdeh “NJT 2000” firmasına məxsus Bakı şəhəri, Babək prospekti, 2360-cı məhəllə, 43a saylı ünvanında yerləşən qeyriyaşayış binası və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43a saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilərək borcun ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-235/2019 nömrəli qərardadı ilə tələbkar “xxxxxxxxxx” ASC-nin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan tələbkar şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(005)-235/2020 saylı qərardadının ləğv edilərək, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(005)-650/2017 saylı qətnaməsi üzrə qalıq borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə qəmamənini icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizənin təmin edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Daşmar və Daşınmaz Əmlakların Satışı X6” hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli № Y-53 nömrəli Protokoluna əsasən Saatlı rayonu, Gomuşçu kəndində yerləşən əmlak kompleksini “xxxxxxxxxx” X5 ******* manata açıq hərracdan almışdır və hərrac xərcləri çıxıldıqdan sonra qətnamə üzrə borcundan ******* manat silinmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçı “xxxxxxxxxx” X5 Saatlı rayonu, Gomuşçu kəndində yerləşən əmlak kompleksinə tam mülkiyyət hüququnu əldə etmişdir.Lakin qətnamə qəbul ediləndən sonra bu günə qədər borclu tərəfindən Banka qətnamə üzrə əsas kredit borcundan 267900 manat, faiz borcundan 713709.41 manat və 60 (altmış) manat dövlət rüsumu ödənilməmişdir.Hesab edir ki, qətnamə üzrə qalıq cəmi 981609.41 manat borc və ödənilməmiş 60 manat dövlət rüsumunun cavabdehdən tutulmasının icra üsulu və qaydası dəyisdirilməlidir, yəni tələblərin cavabdehlərin vəkil sorğusu əsasında aşkar olunan başqa əmlaklarına yönəldilməsi ücün həmin əmlakların üzərinə həbs qoyulmalıdır. Hal-hazırda, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(005)- 650/2017 saylı qətnaməsi üzrə icra vərəqəsi verilmiş Nərimanov Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunmur. Halbuki tərəflərindən həmin İcra və Probasiya şöbəsinə dəfələrlə müraciətlər olunmuşdur ki, qətnamə üzrə qalıq borcun ödənilməsi üçün tələb cavabdehin başqa əmlaklarıa yönəldilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-235/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar “xxxxxxxxxx” ASC-nin nümayəndəsi X3 şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız oldğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icra üsulunun və qaydasının dəyişdirilməsi institutunu nəzərdə tutsa da, bu institut “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və borclunun əmlak vəziyyətinin icra sənədinin icrasına imkan verməyəcək dərəcədə ağır olduğu ortaya çıxdıqda tətbiq oluna bilər. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 43-cü maddəsində, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi göstərilmiş, Qanunun 45.1-ci maddəsində isə, tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olduğu təsbit edilmişdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq,icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, tələbin borclunun əmlakına yönəldilməsi bilavasitə məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur və onun həm də qətnamənin icra üsulunun dəyişdirilməsi kimi şərh olunması hüquq normasının həddindən artıq geniş təfsiridir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, satılmış əmlakların borcun ödənilməsinə kifayət olmadıqda qalıq borcun borcludan tutulması icra məmurunun səlahiyyətinə aiddir və icra mərhələsində həll edilən məsələdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilə bilməz. Ona görə də hazırkı iş üzrə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə əsas verən hallar müəyyən edilmədiyindən, şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tələbkar “xxxxxxxxxx” ASC tərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-235/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar “xxxxxxxxxx” ASC tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-235/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-364/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-364/2020
01.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver