Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-364/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X9 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2098/2011 nömrəli 05 iyul 2011-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə X4nun şikayətinə baxılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-555/2023 nömrəli 24 avqust 2023-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2098/2011 saylı qətnaməsi üzrə ondan kəsir qalmış məbləğin tutulması, ona əlavə olaraq yönəldilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyi və qət edilmədiyi halda həmin hissədə pul tutulmasına dair icra vərəqəsi olmadığından həmin icra icraatının qanunsuz hesab edilməklə icra icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar ASC cavabdehlər X11, X7, X3 və ona qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2098/2011 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 45.000 manat əsas, 18.276,75 manat faiz və 300 manat dəbbə pulu olmaqla, cəmi 63.576,75 manat kredit borcunun ondan və 45.000 manat əsas, 18.276,75 manat faiz və 300 manat dəbbə pulu olmaqla, cəmi 63.576,75 manat kredit borcunun cavabdeh X2, habelə iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə yüklü edilmiş X11 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,0523 ha. torpaq sahəsində yerləşən 28 saylı, 5 mərtəbəli, binada 41,43 kv.m. ümumi sahəsi, 27,33 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 14 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən 127.153 manat 50 qəpik və 20 manat dövlət rüsumunun Tələbkar ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin X11 verilməsi, X10 və X5 olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 28 saylı evin, 14 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi və onların mənzildən çıxarılması və ipoteka predmetinin ilkin satış qiymətinin 130000 manat müəyyən edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, cavabdeh X10 və X5 olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 28 saylı evin, 14 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi qət edilmiş, lakin onların həmin mənzilə mülkiyyət hüquqlarının itirilməsi qət edilməmiş və belə olan halda onların mülkiyyət hüquqları hazırkı qətnamə ilə saxlanılmışdır. Digər bir əsas da ondan ibarətdir ki, qətnamənin icrasının ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Tələb ipoteka predmeti yetərli olmadığı halda ondan və cavabdeh X2 tutulması məhkəmə qətnaməsi qət edilməmişdir. Belə bir tələb iddianın predmetini və əsasını da təşkil etmir, yəni iddiaçı belə bir tələblə çıxış edib iddia etmir ki, tələbi ipoteka predmeti yetərli olmadığı halda ondan və cavabdeh X1 qalmış məbləğin tutulması həmin iki cavabdehə əlavə olaraq yönəldilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyi və qət edilmədiyi halda həmin hissədə icra vərəqi verilə bilməz və verilmiş icra vərəqi qanunsuz hesab edilməlidir. İcra vərəqi məhkəmənin qətnamə üzrə “qət etdi” hissəsi ilə təsdiq edilir. Göründüyü kimi hazırda tələbin ipoteka predmeti yetərli olmadığı halda ondan və cavabdeh X1 qalmış məbləğin tutulmasına dair qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi mövcud deyil və buna dair icra edilməsi üçün məhkəmə tərəfindən bu növ icra edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2098/2011 saylı qətnaməsi üzrə icra vərəqi də verilməmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2011 -ci il tarixli 2(011 )-2098/2011 saylı qətnaməsi üzrə icra vərəqəsi yalnız tələbin ipoteka predmetininə yönəldilməsi qət edilmiş və icra vərəqi də həmin tələbə yönəldilmişdir. İş materiallarındakı xx.xx.2009-cu il tarixli 105 saylı kredit müqaviləsinin 8-ci bəndində qeyd edilir ki, borc icra edilmədikdə öhdəliyin icrası girov qoyandan tələb ediliəcək. Tutma girov qoyulmuş əmlaka yönəldiləcək (i/v. 15). İş materiallarındakı xx.xx.2009-cu il tarixli 106 saylı kredit müqaviləsinin 1-ci bəndində qeyd edilir ki, torpaq sahəsi alınması üçün o 50.000 manat məbləğində bankdan pul götürmüş və bu öhdəlik girovla təmin edilmişdir (i/v,18).Həmin kredit müqaviləsinin 10-cu bəndində qeyd edilir ki, öhdəlik icra edilmədikdə tələbin (tutmanının) girov predmetinə yönəltmək Bankın hüquq və vəzifələrindən biridir (i/v. 20). Müqavilənin 9-cu bəndində (borclunun hüquq və vəzifələri) borclunun kredit üzrə öhdəliyinin icrasının girovla təmin edilməsi vəzifəsi nəzərdə tutulmuşdur. İstər məhkəmə iclasının protokolundakı iddiaçının nümayəndələrinin izahatlarında və istərsə də iddia ərizəsində ipoteka predmeti olan mənzilin qiymətinin borcun ödənilməsi üçün yetərli olmadığı halda tutmanın cavabdehlərin digər əmlaklarına yönəldilməsi barədə tələb yoxdur, belə bir şərt tərəflərin arasında olan müqavilələrdə də mövcud deyil (i/v. 82). Ondan pul tutulmasına dair icra vərəqəsi olmadığından həmin icra icraatı qanunsuz hesab edilməklə icra icraatına xitam verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-555/2023 nömrəli 24 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2011-ci il tarixli 2(011)-2098/2011 saylı icra vərəqəsinə əsasən X8 45000 manat əsas, 18276,75 manat faiz və 300 manat dəbbə pulu olmaqla, cəmi 63576 manat 75 qəpik kredit borcu və X2 45000 manat əsas, 18276,75 manat faiz və 300 manat dəbbə pulu olmaqla, cəmi 63576 manat 75 qəpik kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu alınaraq Tələbkar ASCyə ödənilməsi, tutmanın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,0523 ha torpaq sahəsində yerləşən 28 saylı, 5 mərtəbəli binada 41,43 kv.m, ümumi 27.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 14 saylı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 127.153 manat 50 qəpik və 20 manat dövlət rüsumunun Tələbkar ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin X11 verilməsi, X10 və X5 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 28 saylı evin, 14 saylı mənzilinə istifadə hüququnun itirilməsi və onların həmin mənzildən çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 130000 manat olması müəyyən edilmişdir. Nərimanov rayon icra şöbəsi tərəfindən X6 nümayəndəsi və vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2022-ci il tarixli 16987-3302/11-15-19 nömrəli məktubdan görünür ki, icra sənədi xx.xx.2011-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə bildiriş göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli məlumatına əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2098/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsindən borclu X14 tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4770/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə borclu X10 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4770/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-792/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4770/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,0523 ha torpaq sahəsində yerləşən 28 saylı, 5 mərtəbəli binada 41,43 kv.m ümumi sahəsi, 27,33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 14 saylı mənzilin hərracdan satışının təmin edilməsi məqsədi ilə icra sənədi xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli protokoluna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,0523 ha torpaq sahəsində yerləşən 28 saylı, 5 mərtəbəli binada 41,43 kv.m, ümumi sahəsi 27,33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 14 saylı mənzili 82875 manata Tələbkar ASC tərəfindən hərracdan əldə edilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən kredit borcunun tutulması ipoteka predmetinə yönəldilmiş, ipoteka predmetinin hərracdan satılması nəticəsində isə borc məbləği tam ödənilməmişdir. Yəni qətnamənin icrası tam şəkildə həyata keçirilməmişdir. İcra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydası “İcra haqqında” Qanunda göstərilmişdir. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2098/2011 saylı 05 iyul 2011-ci il tarixli qətnaməsi hazırda qüvvədə olduğundan və hələ də tam şəkildə icra olunmadığından, həmçinin icraata xitam verilməsi haqqında məsələ icra məmurunun səlahiyyətlərinə aid olduğundan, şikayət təmin edilməməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq, şikayəti təmin etməməkdə haqlı olmuş və şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-555/2023 nömrəli 24 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-364/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-364/2023
24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver