Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-366/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə,tələbkar Ləğv prosesində olan "Tələbkar" ASC-nin, borclu "Borclu1" MMC-nin, Xətai rayon İcra və Probasiya Şöbəsinin Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 1271/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimov xx.xx.1968-ci il tarixdə Lənkəran şəhərində doğulmuş ünvan 1 ünvana qeydiyyatda olan Borclu1 MMC-nin rəhbəri Borclu2 icra sənədinin icrası başa çatdırılana kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1271/2018 saylı işi üzrə xx.xx.2018ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(82)-281/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi icra edilənədək Borclu1 MMC-nin rəhbəri xx.xx.1968-ci ildə Lənkəran şəhərində doğulmuş, ünvan 2 ünvanda qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə; «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1, 3, 84-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qərarlarının icrası məcburi olduğundan, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan. 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(82)-281 saylı. xx.xx.2017-ci il tarixli icra sənədinin icrası Borclu1 MMC-nin rəhbəri Borclu2 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından yayındığından Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Tural Rəhimovun təqdimatı təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-281 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi icra edilənədək Borclu1 MMC-nin rəhbəri Borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Borclu2şikayət verərək, Barəmdə qanunsuz çıxarılmış Xətai Rayon Məhkəməsinin 8(011)- 1271 saylı 26.09.218-ci il tarixli qərardadını ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52-ci maddəsinə; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 56-60; 84-cü maddələrinə istinadən qeyd edilmişdir ki,Borclu1 MMC-nin apardığı iqtisadi fəaliyyətlə bağlı nə hər hansı mənfəəti olmuş nə də ki, bu prosseslərin hər hansı iştirakçısı olmuşdur. Sadəcə Borclu1 MMC-nin təsisçisi ilə yaxın münasibəti olduğundan vergilərdə qanuni təmsilçi kimi sonradan onu qeyd etdiriblə, xəbəri olmadan Xətai rayon İcra və Probasiya şöbəsi müvafiq təqdimatla Xətai Rayon Məhkəməsinə müracət etmiş və Xətai Rayon Məhkəməsi bildiriş göndərmədən qərardad qəbul edərək ölkədən getmək hüququnu məhdudlaşdırmışdır. Qərardadın surətinin ona təqdim olunmasına dair Xətai Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2020-ci il tarixdən həmin qərardad ona təqdim olunmuşdur. Bu qanunsuz qərardadı oxuyan zaman məhkəmənin gəldiyi hüquqi nəticə olmadığı halda ümumi sözlərlə onu borclu qismində tanımış, heç bir sübuta istinad etmədən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırmışdır. 2 saylı Bakı İnzibati İqtiadi Məhkəməsinin 2-2 (82)-281 saylı 01.05.217-ci il tarixli icra sənədində cavabdeh Borclu1 MMC, iddiaçı isə ləğv prossesində olan Tələbkar ASC olduğu halda onun borclu qismində tanınmağına hansı qanun icazə verir? Borclu1 MMC- dir. Bundan əlavə icra məmuru bu məsələni necə əsaslandırıb? Axı əsaslandırmaq üçün heç nə yoxdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 56-60-cı maddələrində borclu hüquqi şəxslə bağlı icra hərəkətlərinin aparılmasına dair normalar göstərilmişdir. Həmin normalarda Hüquqi şəxsin qanuni təmsilçisini borclu qismində tanımağa nə imkan verir? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52-ci maddəsinə əsasən Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir və hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1271/2018 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1271/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qərardadından “Borclu1 MMC”-nin rəhbəri Borclu2 verdiyi şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tələbkar Ləğv prosesində olan "Tələbkar" ASCnin, borclu "Borclu1" MMC-nin, Xətai rayon İcra və Probasiya Şöbəsinin, Borclu2 iştirakları olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxxx 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2, 2.3, 2.4; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1; MPM-nin 269.2, 269.3, 387.1, 397.2 və 398-ci maddələrinə və icra icraatının vəziyyətinə məhkəmə nəzarəti baxımından mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 49, 49-1, 87, 91, 91-2-ci maddələrinə əsasən qanuni təmsilçi MMC-nin idarə edilməsi və vəzifələri üzrə məsuliyyət daşıyır. Şikayətdə qanuni təmsilçi kimi vergi orqanında formal qeyd edilməsi dəlili isə hazırki təqdimatın və icraatın predmeti olmadığından müzakirəsi yolverilməzdir. Göstərilənlərə əsasən və MPM-in 263, 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu2 şikayəti təmin edilməsin.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 1271/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-366/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-366/2020
07.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver