Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-366/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7113/2018 saylı, 16.08.2018-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun təqdimatı ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 8(004)-400/2021 saylı işi üzrə 27.05.2021-ci il tarixli qərardadından borclu Faiq Əbdürəhmanov tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus «OPEL ASTRA” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 8(004)-400/2021 saylı işi üzrə 27.05.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Borclu məxsus «OPEL ASTRA” markalı **- RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Yasamal rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardadda "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 50.2; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 236-cı maddəsinə istinadən qeyd edilmişdir ki, təqdimat təmin olunmalı və icra sənədi üzrə borcun ödənilməsini təmin etmək məqsədi ilə Borclu məxsus «OPEL ASTRA” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Borclu Faiq Əbdürəhmanov qərardaddan şikayət verərək Yasamal rayon məhkəməsinin 8 (004)-400/2021 saylı 27 may 2021 -ci ii tarixli qərardadı ləğv edib Bakı şəhəri, Yasamal rayonu İcra şöbəsinin icra məmuru Səvxan Abasovun ona məxsus olan «Opel Astra» markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatının rədd edilməsi barədə qərardad çıxarilmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, o, «Nikoyl» İKB tərəfindən verilmiş kredit üzrə zamin olsa da həmin krediı üzrə heç bir məbləğdə pul almamış və həmin kredit üzrə heç bir marağı olmamışdır . Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26, 43 - 53; Mülki Prosesual Məcəllənin 15, 236, 395, 396, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin dəlilləri üzrə qərardadın ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətin dəlilləri üzrə diqqətə çatdırılmalıdır ki, zamin olan kəs əsas borclunun borcunun ödənilməsinə qarant olduğundan onunla bərabər mülki məsuliyyət daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu X1 şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 8(004)-400/2021 saylı işi üzrə 27.05.2021 -ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-366/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-366/2021
26.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver