Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-367/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Borclu məxsus daşınmaz əmlak üzərinə həbs qoyulması barədə ilə bağlı icraat üzrə (Açar sözlər: əmlak üzərinə həbsin qoyulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Borclu məxsus daşınmaz əmlak üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməməsi haqqında Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-202/2023 nömrəli qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Borclu məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,0312 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu 7.500 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu oglunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,0312 ha torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.
3. Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-202/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir.
4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, icra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus cari hesablardakı pul vəsaitlərinin, bank rekvizitlərinin, eləcə də cari və hesablaşma hesablarının olub-olmaması barədə sorğuların olunmasına dair hər hansı bir sənəd təqdimata əlavə edilməmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən borclu şəxsin adına pul vəsaitlərinin olubolmamasının müəyyənləşdirilməsinə yönəlmiş hərtərəfli icra hərəkətlərinin aparıldığı görünmür. Təqdimata ümumiyyətlə borclu tərəfindən icra sənədi ilə bağlı məlumatın olması və həmin icra sənədinin icrasından yayınmasını təsdiq edən hər hansı bir sənəd əlavə olunmamış, həmçinin təqdimata baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməməklə təqdimatını əsaslandırmamışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Tələbkar nümayəndəsi və vəkili Vəkil qərardaddan şikayət verərək onun ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslnadırılmışdır ki, ötən 10 il müddətində borclunun əmlak vəziyyətinin öyrənilməsi barədə müvafiq qurumlara, o cümlədən banklara və digər təşkilatlara sorğular göndərilmiş, lakin borclunun pul vəsaitlərinin və başqa sərvətlərinin olduğu müəyyən edilməmişdir. Borclunun adına daşınmaz əmlakın olduğu bardə icra şöbəsinə məlumat daxil olduqdan sonra icra məmuru tələəbin həmin əmlaka yönəldilməsi üçün həmin əmlakın üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermişdir. Lakin məhkəmə yenə də tətbiq etməli olmadığı normanı –“İcra haqqında” Qanunun 45.2-ci maddəsini əsassız olaraq tətbiq etmiş və təqdimatı təmin etməmişdir.
7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)- 202/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
11. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 43.1.1. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, əmlakın üzərinə həbsin qoyulması barədə Xəzər Rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatı təmin edilməlidir.
13. Belə ki, iş materiallarından aydın olur ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə 7500 ABŞ dolları kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 10 manat dövlət rüsumu vəsaiti tutulmalıdır. İcra sənədi xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmiş və Borclu ogluna məxsus olan Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,0312 ha torpaq sahəsi müəyyən edilmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin verilməsindən 10 il müddət keçməsinə baxmayaraq icra sənədi icrasız qalmışdır. Halbuki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
15. Kollegiya həmçinin qeyd edir ki, icra qanunvericiliyinin tələblərinə əsasən əmlakın üzərinə həbsin qoyulması həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Təxirəsalınmaz hallarda icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər.
16. Göründüyü kimi, borclunun əmlakı üzərinə həbsin qoyulması onun həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunması, yəni gələcəkdə icra sənədinin icrasının çətinləşməsinin qarşısını almaq məqsədi güdür. Əmlak üzərinə həbsin qoyulması onu satmaq yolu ilə tələbin həmin əmlaka yönəldilməsi ilə nəticələnməyə də bilər. Belə ki, icra məmuru tərəfindən görülmüş digər məcburi icra tədbirləri nəticə vermədiyi təqdirdə tələb üzərinə həbs qoyulmuş əmlaka yönəldiləcəkdir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-202/2023 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Borclu məxsus daşınmaz əmlak üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilsin. Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,0312 ha torpaq sahəsi üzərinə həbs qoyulsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: