Məhkəmə qərarları › İş №8(103)-369/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-369/2021

27.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-369/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Şəhəri 12 saylı Notariat Ofisinin 8İ-6681 reyestr nömrəli, 30.09.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus "Porsche Cayenne minik” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-291/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri 12 saylı Notariat Ofisinin 8İ-6681 reyestr nömrəli, 30.09.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Porsche Cayenne minik” markalı, 10-VS 097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri 12 saylı Notariat Ofisinin 8İ-6681 reyestr nömrəli, 30.09.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu 1270.61 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 17.06.2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına məlumat üçün isə tərəflərə göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün «Elektron İcra» İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, "Porsche Cayenne minik” markalı, 10- VS-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-291/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Şəhəri 12 saylı Notariat Ofisinin 8İ-6681 reyestr nömrəli, 30.09.2019-cu il tarixli icra sənədinin icrasını təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “Porsche Cayenne minik” markalı, 10-VS 097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərardaddan narazı qalan borclu şikayət verərək, qərardadın ləğv edilməsi və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən tələbkara olan borcu tam olaraq ödənilmidşir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-291/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimat rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; Həmin qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Qeyd olunan qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, borclu tərəfindən tələbk 1270 manat məbləğində pul vəsaiti ödənilmişdir. Göründüyü kimi borclunun tələbkara hər-hansı borcu qalmamışdır. Bundan başqa tələbkar məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, iddia tələbindən imtina etdiyini bildirmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, borclunun tələbkara hər-hansı borcu qalmadığından icra sənədinin icrasına çətinlik yaradan hallar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları tam araşdırmadığından Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-291/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ləğv edilməli və təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclutərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-291/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ləğv edilsin və təqdimat təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar