Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-37/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Tələbkar X5, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-817/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından borclu (ərizəçi) X2 şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-521/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Tələbkar1 və X5 cavabdeh X3 qarşı “yaradılmış maneələrin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi təmin olunaraq iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 592-ci məhəllədəki 43 saylı evin 123-cü mənzilinə sahiblik və istifadə hüquqlarının həyata keçirilmələrinə maneələrin aradan qaldırılmasının cavabdehə həvalə edilməsi, iddiaçıların mənzilə istifadə hüquqlarının bərpa edilməsi və həmin mənzilə köçürülmələri qət edilmişdir. Borclu (ərizəçi) X4 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-521/2019-010 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata tələkarlarla aralarındakı miras əmlakın bölünməsi barədə Yasamal rayon Məhkəməsinin icraatında olan mülki işə baxılıb qurtaranadək möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-817/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu (ərizəçi) X2 ərizəsi təmin edilməmişdir. İş üzrə borclu (ərizəçi) X4 şikayət ilə məhkəmə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-817/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadın ləğv olunmasını xahiş etmişdir. Tələbkar X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal rayon İcra və Probasia şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarını xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tanıyır və icra etmək istərdi. Lakin tələkarlarla birlikdə bir mənzildə yaşamaları mümkünsüzdür. Belə ki, tələbkarlar ona doğma deyillər, qohumluq münasibəti yoxdur, ailəlidirlər və öz şəxsi yaşayış mənzilləri vardır, ailə üzvləri ilə birlikdə özlərinə məxsus mənzillərdə yaşayırlar. Özünün isə, başqa yaşayış sahəsi yoxdur. Tələbkarlarla aralarında münaqişələr və davalar olmuş, bu barədə Yasamal RPl-də dəfələrlə araşdırmalar aparılmışdır və materiallar vardır. Onların mənzilə köçürülmələri çox ağır nəticələr verəcəkdir. Ona görə də hesab edir ki, həmin icra sənədinin icrasına aralarındakı məhkəmə mübahisələri başa çatanadək möhlət verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)817/2020 nömrəli qərardadına əsasən şikayət ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən borclu şikayəti müdafiə etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayətə etiraz etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(004)-817/20 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-37/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-37/2021
04.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver