Məhkəmə qərarları › İş №8(103)-370/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-370/2025

29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-370/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbin əmlaka yönəldilməsi barədə icra məmurunun təqdimatına dair iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 8(005)- 83/2025 nömrəli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 817/2021-006 nömrəli, 11 mart 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınmaz əmlakına yönəldilməsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadına əsasən, təqdimat təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2021-006 nömrəli, 11 mart 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.

3. Borclu tərəfindən 04 fevral 2025-ci il tarixdə EMİS vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət ilə müraciət edib, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qərardadına əsasən, Borclu tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 8(005)-83/2025 nömrəli qərardadı ləğv edilməsi, Borclu məxsus Bakışəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Goradil bağ massivi, “Rabitəçi” b/y-nın 40 saylı bağ sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatı təmin edilməməsi qərara alınmışdır.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

6. Tələbkar Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli 24 fevral 2025-ci il tarixli qərardadından tələbkar tərəfindən şikayətin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-817/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsi əsasında Nərimanov rayon İcra şöbəsinin icraatnda olan icra işinin vəziyyəti iılə tələbkaın nümayəndəsi olaraq 01 may 2025-ci il tarixində maraqlandığı zaman ona bildiriblər ki, həmin icra işi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən 04 fevral 2025-ci il tarixli 8(005)-83/2025 nömrəli qərardad qəbul edilmişdir, həmin qərardad tələbkarın hüquq və mənafeyinə toxuna bilər. Bundan sonra elektron portal vasitəsilə 02 may 2025-ci il tarixində 8(005)-83/2025 nömrəli iş üzrə vəkil kimi qeydiyyata alınmaq üçün müraciət etmiş və 02 may 2025-ci il tarixində elektron kabineti vasitəsilə işə qoşulmağına imkan verildi. Həmin iş materialları ilə tanış olduğu zaman məlum oldu ki iş üzrə tələbkarın hüquq və mənafeyinə toxunan qərardadın tarixi 04 fevral 2025 deyil, 24 fevral 2025-ci il tarixlidir. Eyni zamanda, Nərimanov rayon məhkəməsinin 8(005)-83/2025 nömrəli iş üzrə 24 fevral 2025-ci il tarixli qərardadının tələbkara təqdim olunması barədə məhkəmə bildirişinin tarixinin 02 may 2025-ci il tarixli olduğu məlum oldur. Eyni zamanda, tələbkarın əlaqə ünvanının “ünvan 1 aydın oldu və bu səbəbdən də məhkəmə tərəfindən göndərilmiş bildiriş və qərardadlar tələbkarın əlaqə ünvanın təqdim oluna bilməmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 2(103/)-817/2021 nömrəli, 11 mart 2021-ci il tarixli icra sənədi üzrə icra icraatı zamanı tələbkarın nümayəndəsi olaraq 19 noyabr 2024-cü il tarixli ərizə ilə Nərimanov rayon icra şöbəsinə müraciət etmiş, hal-hazırda həmin ərizə icra işinin materiallarında yer alır. Qeyd olunan ərizədə tələbkarın əlaqə ünvanı və mobil telefon nömrəsi dəqiq göstərilmişdir. Buna baxmayaraq, 8(005)-83/2025 nömrəli iş üzrə məhkəmə bildirişləri və qərardadları, o cümlədən mübahisəli qərardad tələbkarın qeyd olunan ünvanına təqdim olunmamış və ümumiyyətlə tələbkar olaraq iş barədə məlumatları olmamışdır. Beləliklə, Nərimanov rayon Məhkəməsinin 8(005)-83/20256 nömrəli iş üzrə 24 fevral 2025-ci il tarixli qərardadı tələbkara 02 may 2025-ci il tarixdə təqdim olunmuçdur. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərardadından şikayətin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddət tərəf olaraq Tələbkar tərəfindən buraxılmamışdır. Əgər Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli iş üzrə 24 fevral 2025-ci il tarixli qərardaddan şikayət vermə müddətinin Tələbkar tərəfindən ötürüldüyü barədə qənaətə gələrsə, o halda Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli iş üzrə 24 fevral 2025-ci l tarixli qərardadından tələbkar tərəfindən şikayətin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-83/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilmişdir.

9. Qərardad onunla əsaslandıırlmışdır ki, işin materiallarından aydın olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-8(005)-83/2025 saylı, 24 fevral 2025-cü il tarixli qərardadı 10 mart 2025-ci il tarixdə poçt vasitəsilə tələbkarın ünvanına göndərilsə də, həmin məktub “ünvan düz deyil” qeydi ilə geri qaytarılmışdır. Tələbkarın nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə 02 may 2025-ci il tarixdə yerləşdirilmiş, qərardaddan şikayət və buraxılmış prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə isə 05 may 2025-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmişdir. Beləliklə, tələbkarın nümayəndəsi və vəkili tərəfindən həmin qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulan 10 günlük prossesual müddət buraxılmamışdır.

10. Borclu qərardadının ləğv edilməsini, müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsini və şikayətin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir

11. Şikayət onunla əsaslandırılmışdır ki, sənədlərdən görünür ki, Tələbkar ilə Vəkil arasında Bakı Apellyasiya Məhkəməsində tapşırığın yerinə yetirilməsi üçün “Nərimanov rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 8(005)-83/2025 nömrəli qərardadından şikayətin hazırlanması, imzalanması və şikayət zamanı hüquqi yardımın göstərilməsi barədə” 01 may 2025-ci tarixdə müqavilə bağlanmış və 01 may 2025-ci il tarixli vəkil orderi verilmişdir. Əgər tərəfin 24 fevral 2025-ci tarixli qərardaddan məlumatı olmamamışdısa, 24 fevral 2025-ci tarixli qərardadın onun zərərinə çıxarıldığnı hardan bilirdi ki, vəkil 02 may 2025-ci il tarixdə elektron kabinetdə 24 fevral 2025-ci tarixli qərardadla tanış olmazdan əvvəl” 01 may 2025-ci tarixdə həmin qərardaddan şikayət verilməsi üçün vəkillə müqavilə bağlanmışdır. İkincisi, işə baxan məhkəmə məhkəmə iclasının tarixi, vaxtı və çıxarılmış qərardadların təqdim olunması barədə Tələbkar adına məhkəmə bildirişlərini 22 yanvar 2025-ci il, 13 fevral 2025-ci il və 10 mart 2025-ci il tarixlərdə Vahid Məhkəmə Portalında elektron qaydada yükləmişdir. Hazırda barəsində şikayət edilən Nərimanov rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 8(005)-83/2025 nömrali qarardadın Tələbkar göndərilməsi barədə bildiriş portalda 10 mart 2025-ci il tarixdə yüklənmişdir. Vəkil isə həmin bildirişi işə qoşulandan sonra 02 may 2025-ci tarixdə “oxumuşdur” və hesab edir ki, bu tarix 24 fevral 2025-ci il tarixli qarardadın tələbkara göndərilməsi barədə bildirişin tarixi sayılmalıdır. Çox şübhəlidir ki, Tələbkar 24 fevral 2025-ci tarixli qərardadın onun xeyrinə olmadığını bilmirdisə niyə qərardaddan şikayət verilməsi barədə əvvəlcədən vəkillə müqavilə bağlayıb sonra həmin qəradadı əldə etmək üçün vəkil vasitəsi ilə məhkəməyə müraciət etmişdir. Tələbkar özü məhkəməyə müraciət edib qərardadı alıb tanış olandan sonra şikayət verilməsi barədə qərara gələ bilərdi. Görünən odur ki, əslində Tələbkar müddəti ötürəndən sonra sözügedən 24 fevral 2025-ci tarixli qərardaddan şikayət vermək istəyini bildirmişdir, vəkil də muzd qarşılığında müqavilə bağlayıb buraxılmış müddətin bərpa edilməsi üçün öz hekayəsini düzüb-qoşmuşdur. Sonradan işə qoşulan vəkil prosessual hüquqlardan sui-istifadə edərək fənd işlədib elektron kabinet vasitəi ilə məhkəmə qərardadını 02 may 2025-ci il tarixdə “təkrar əldə etmişdir” və hazırkı vəsatətlə müraciət edilərək qərardadın rəsmi təqdim olunma tarixinin 02 may 2025-ci il kimi qələmə verilməsinə cəhd olunur. Prosessual müddətin bərpa edilməsi barədə ərizədə müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi üçün hər hansı sübut təqdim etməmişdir. Tərəf birmənalı olaraq hesab edir ki, “Tələbkar tərəfindən prosessual müddət ötürülməmişdir.. Məhkəmə müddətin ötürüldüyü qənaətinə gələrsə müddətin bərpa edilməsi barədə qərardad çıxarılmalıdır”. Belə mövqedən çıxış edən tərəf müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün hər hansı sübut təqdim etməmişdir. Halbuki belə mövqe yeni qüvvəyə minmiş Mülki Prosessual Məcəllənin normaları ilə rədd edilir. Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdətutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 63.1.5-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Sadalanan qanunverilcik əsaslarından göründüyü kimi, məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron qaydada həyata keçirilir. Nərimanov rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 8(005)-83/2025 nömrəli qarardadının tərəflərə, o cümlədən Tələbkar göndərilməsi barədə bildiriş portalda xx.xx.2025-ci il tarixdə yüklənmişdir. Borclu tərəf olaraq həmin bildirişi eyni gündə almış, Tələbkar həmin bildirişin ona çatdırılmadığı barədə məhkəməyə heç bir subut təqdim etməmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 8(005)- 83/2025 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

15. İşin hallarından görünür ki, tələbkarın nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə 02 may 2025-ci il tarixində yerləşdirilmiş qərardaddan şikayət və prosessual müddətin bərpa olunmuş hesab edilməsi barədə ərizə 05 may 2025-ci il tarixində elektron qaydada təqdim edilmişdir. Bundan əvvəl də tələbkara həmin qərardadın mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmi qaydada verilməsi təsdin olunmur.

16. Birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq qərardaddan şikayət verilməsi üçün müəyyən olunmuş 10 günlük prosessual müddətin keçmədiyi qənaətinə gəlmişdir.

17. Buna görə də, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 8(005)- 83/2025 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 8(005)- 83/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar