Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-372/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Tələbkar X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6418/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2008-ci il təvəllüdlü X3 və 18.122012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru, xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdimat verərək, Borclu Yasamal rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə başlanılmış icraat zamanı sözügedən vəsaitin borclu tərəfindən könüllü ödənilməsi təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə borclu şöbəyə dəvət edilmiş, lakin o, müxtəlif bəhanələr gətirərək, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Bundan sonra, dəfələrlə onunla əlaqə saxlanılsa da, şöbəyə gəlməmişdir. Göstərilənlərə əsasən, borclunun məcburi gətirilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu, şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmiş və şikayətini belə əsaslandırılmışdır ki, o, məhkəmə prosesi keçirilən vaxt X6 Xəstəxanasında stasionar müalicədə olmuşdur. İcra məmuru xəstəxanaya sorğu vermiş və baş həkim tərəfindən ona cavab məktubu göndərilmişdir. Məhkəmə isə bu faktları araşdırmadan qərardad qəbul etmişdir. Yasamal Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Kollegiya hesab edir ki, icra sənədinin icrası məqsədilə borclunun İcra şöbəsinə gəlməsi zəruri olduğu və təqdimata əlavə edilmiş sənədlərlə borclunun icra məmurunun çağırışlarına gəlməməsi təsdiqləndiyi üçün birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır. Kollegiya bu qənaətə gələrkən Borclu şikayətini kifayət qədər əsaslandırmadığını və qərardadın ləğvi üçün əsas olan hallara dair mötəbər sübutlar təqdim etmədiyini də nəzərə alır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-468/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-372/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-372/2020
16.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver