Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-373/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 8(003)-200/2022 saylı qərardadından ərizəçi X9 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X9 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 492/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X2 X8 qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 88 saylı bağ sahəsi orta xətt üzrə küçəyə doğru perpendikulyar istiqamətdə hasar çəkilməklə X11 və X12 arasında bərabər şəkildə bölünməsi və bölgü aparıldıqdan sonra həmin torpaq sahəsinin şərq istiqamətinə düşən hissəsi X2, qərb istiqamətinə düşən hissəsi isə X4 mülkiyyətində saxlanılması qət edilmişdir. Həmin qətnamə əsasında X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair (88 Q yeni ünvan kimi) RX ******* saylı reyestrdən çıxarış verilmişdir. X13 04 mart 2013-cü ildə vəfat etmişdir. Həmin qətnamə qəbul edilərkən anası X13 həyatda olmadığından, eləcə də onun prosessual hüquqi varis kimi işdə iştirakı təmin edilmədiyindən həmin qətnamənin mövcudluğundan məlumatsız olmuşdur. Qeyd edilən qətnamə tərəfindən əldə olunandan dərhal sonra ondan apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3974/2020 saylı qərardadı ilə verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı, xx.xx.20218-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X2 X8 qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinin iddiaçının payının naturada bölünməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Halhazırda ləğv edilmiş qətnamə əsasında X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair (88 Q yeni ünvan kimi) RX ******* saylı reyestrdən çıxarış verilmişdir. Məhkəmənin qətnaməsi ləğv edilsə də icrada dönüş edilməsi barədə tədbirlər görülməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi və həmin qətnaməyə əsasən X6 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair (88 Q yeni ünvan kimi) xx.xx.2018-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışın və onun adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 8(003)-200/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi barədə X1 ərizəsi geri qaytarılmışdır. Ərizəçi X9 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 8(003)- 200/2022 saylı qərardadından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, MPM-in 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi nəzərdə tutulan qərardadların siyahısı qətidir və bu siyahıda qeyd edilən qərardadın (icrada dönüş ilə bağlı, təmin edilib-edilməməsindən asılı olmayaraq) adı yoxdur. İkincisi, MPM-in 236-1.5-ci maddəsi icrada dönüş haqqında məsələ üzrə qərardaddan şikayət verilmə imkanı tanıyırsa, yəni yuxarı instansiya məhkəməyə müraciət hüququ verirsə, deməli bu tipli ərizələrə hər bir halda birinci instansiya məhkəmələrində baxılmalıdır. Həmçinin ərizəçi qeyd edir ki, icrata dönüş ləğv edilmiş qətnaməyə münasibətdə həyata keçirilən prosessual hərəkət olduğundan və birinci instansiya məhkəməsinin öz qətnaməsini ləğv etməsi halı MPM-də yalnız xüsusi (qiyabi qətnamənin ləğvi, itkin düşmüş və ya ölmüş şəxslərin tapılması ilə bağlı hal) hallarda nəzərdə tutulduğundan, digər bütün hallarda bu səlahiyyət (qətnaməni ləğv etmə səlahiyyəti) yalnız apellyasiya instansiyası məhkəməsinə verildiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-200/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından belə anlaşılır ki, hər bir halda bu tipli ərizələrə apelyasiya instansiyası məhkəməsi baxmalıdır, bu isə tamamilə səhv hüquqi nəticədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 8(003)-200/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 8(003)- 200/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X2 X8 qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 88 saylı bağ sahəsi orta xətt üzrə küçəyə doğru perpendikulyar istiqamətdə hasar çəkilməklə X11 və X12 arasında bərabər şəkildə bölünməsi və bölgü aparıldıqdan sonra həmin torpaq sahəsinin şərq istiqamətinə düşən hissəsi X2, qərb istiqamətinə düşən hissəsi isə X4 mülkiyyətində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 Q saylı bağ sahəsinə dair X5 reyestrdən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3974/2020 saylı qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı, xx.xx.20218-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X2 X8 qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinin iddiaçının payının naturada bölünməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X7 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair onun etibarnamə üzrə nümayəndəsi X10 xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət etmişdir. Sorğu ilə əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 saylı bağ sahəsi 2V-58 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.12 hektar torpaq sahəsinin 1/2 hissəsi xx.xx.2016-cı il tarixdə X3 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsinin ½ hissəsi xx.xx.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Daha sonra Xəzər Rayon Məhkəməsinin 2(003)- 492/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0.06 hektar torpaq sahəsi olan 88Q (yeni ünvan kimi) nömrəli bağ sahəsi xx.xx.2018-ci il tarixdə X2 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, ərizəçinin icrasına dönüş edilməsini tələb etdiyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)492/2018 saylı, xx.xx.20218-ci il tarixli qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3974/2020 saylı qərardadı ilə ləğv edilmiş, iddiaçı X2 X8 qarşı payın naturada bölünməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qanunvericiliyin tələbinə əsasən icra edilmiş qətnamə ləğv edilməklə və iş üzrə icraata xitam verildikdə bu barədə qərardad çıxarıldıqda, bu aktı qəbul etmiş məhkəmə icrata dönüş edilməsi barədə tədbirlər görməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 8(003)- 200/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №8(103)-373/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-373/2022
11.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver