Məhkəmə qərarları › İş №8(103)-375/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-375/2020

15.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-375/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından borclu X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-143/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə X1 ərizəsi təmin edilmiş, Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru Yaqub Məmmədovun Bakı şəhəri 46 saylı Notariat ofisinin 91-2259 saylı xx.xx.2020-ci il tarixli icra qeydi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarı ləğv edilmişdir. Tələbkar ASC Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-143/2020 saylı, xx.xx.2020-cı il tarixli qərardadından şikayət vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-143/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 8(009)-143/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Borclu X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(009)-143/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra qeydinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi borclunun hər hansı hərəkət etməkdən yox, icra məmuru tərəfindən borclunun əmlakının satılması üçün hərracın təşkil edilməsindən ibarətdir və bilə-bilə ki, ipoteka predmetinə tutmanın yönəldilməsi yalnız icra məmurunun səlahiyyətinə aiddir, icranın könüllü təmin olunması üşün 10 gün müddət tətbiq edilməsi absurddur. Ona görə də xahiş edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(009)- 143/2020 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərəməhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(009)-143/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir, ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Kollegiya qeyd edir ki, iş materiallarında olan 18002-0014/439313 İ saylı, xx.xx.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 3 mərtəbəli. 6 otaqlı 226 nömrəli fərdi yaşayış evi ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilədə tərəflər arasında ipoteka predmetinin açıq bazarda satılması üsulu barəsində hər hansı bir razılaşmaya rast gəlinməmişdir. Belə olan halda qanunvericiliyin tələbinə uyğun olaraq icra məmuru tərəfindən borcluya 2 ay deyil, 10 gün müddətinə tələbin könüllü icrası üçün müddət tanınmışdır. Kollegiya hesab edir ki, hazırki vəziyyətdə icra məmuru tərəfindən borcluya tələbin 10 gün müddətində könüllü icrası üçün bildiriş göndərilməsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı və qanunidir. Odur ki, şikayət təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar