Məhkəmə qərarları › İş №8(103)-377/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-377/2025

23.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-377/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X15 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətlərindən borclu (eyni zamanda tələbkar) X8 tərəfindən verilmiş şikayətə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 406/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından icra məmuru tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X8 xx.xx.2024-ci il tarixdə məhkəməyə şikayət verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin elektron hərracda satılması ilə bağlı sifariş verilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin xx/xx-121862/24 saylı, xx.xx.2025-ci il tarixli sifariş məktubunun və həmin sifariş əsasında aparılmış bütün hərəkətlərin qanunsuz və etibarsız hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, Cəbrayılova Şəfayə Sədrəddin qızı tərəfindən 2/5 hissədə X9, 3/5 hissədə Cəbrayılova Şəfayə Sədrəddin qızının paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat kompensasiya ödənilməklə X9 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilməsi, ünvan 2 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 570.000 (beş yüz yetmiş min) manat olmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylarına mütənasib qaydada X12 və Cəbrayılova Şəfayə Sədrəddin qızma ödənilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, 15.03.202 lı ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı və qət etdi hissəsində olan yanlışlığın düzəldilməsi, “Cəbrayılova Şəfayə Sədrəddin qızı tərəfindən 2/5 hissədə X9, 3/5 hissədə Cəbrayılova Şəfayə Sədrəddin qızının paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.0 164.0 manat, cəmi 260.000 manat kompensasiya ödənilməklə X9 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin”, cümləsinin “Cəbrayılova Şəfayə Sədrəddin qızı tərəfindən 2/5 hissədə X9, 3/5 hissədə Cəbrayılova Şəfayə Sədrəddin qızının paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.0 manat, cəmi 260.000 manat qətnamə qanuni qüvvəyə mindiyi gündən 30 gün ərzində kompensasiya şəkilində iddiaçıya ödənilməklə eyni anda iddiaçı X9 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin. Cavabdeh tərəfindən iddiaçı X1 ödənilmədiyi təqdirdə: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410.000 manata və Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilin 240.000 manata açıq hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlakda paya mütənasib qaydada mülkiyyətçilərə ödənilməsi” kimi oxunması qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış və qətnamədə qeyd olunan əmlaklar hərraca çıxarılmışdır. Lakin hərrac qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmədiyinə görə iddiaçı Cəbrayılova Şəfayə Sədrəddin qızı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Y- 393/21 saylı “hərracın nəticələri haqqında yekun protokol”un etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-534/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC- nin 08 oktyabr 2021 -ci il tarixli Y-393Y21 saylı “hərracın nəticələri haqqında” yekun protokol etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X16 faktiki olaraq heç bir ödəniş etmədən Cəbrayılova Şəfayə Sədrəddin qızının əmlakda olan payını qanunsuz şəkildə ələ keçirmişdir. Qətnamədə qeyd olunmuşdur ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyinə görə onun nəticələri etibarsız hesab edilməlidir. Belə ki; qanunvericiliyə əsasən hərrac müqavilənin bağlanması üçün və ya əşyanın satışı üçün keçirilə bilər. Hərrac özü-özlüyündə o zaman baş tutmuş hesab edilə bilər ki, auksion formasında keçirilsin və ən yüksək məbləği ödəmiş şəxs hərracı udmuş şəxs hesab olunur. Hazırki işin hallarından görünür ki, hərracı udmuş X16 tərəfindən hazıradək bağ evinin dəyəri nə "xxxx" MMCnin, nə də sifarişçi Yasamal rayon İcra şöbəsinin bank hesabına köçürülməmiş və tərəflər arasında buna dair hər hansı digər razılaşma əldə olunmamışdır. Dolayısı ilə ödəniş olmadığı halda ödənişin həyata keçirilməsinə dair formal görüntü yaradılaraq hərracın ən təməl qaydası pozulmuşdur. Hərracın təməl məqsədi isə hərracı udanın, yəni ən yüksək məbləği təklif edənin əmlaka dair ödənişi həyata keçirməsidir. Həmçinin "xxxx" MMC-nin Yasamal Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021 -ci il tarixli 393/21 saylı məktubdan da görünür ki, ünvan 2 və Bakı şəhəri, ünvan 1 keçirilmiş hərracda satılmadığına görə iş geri qaytarılmışdır. Bundan sonra, borclu X3 Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 ha toıpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410000 manat qiymətlə ilkin olaraq hərraca çıxarılması, həmin əmlak açıq hərrac yolu ilə satıldığı halda pulun paylara mütənasib bölünərək digər iki əmlakın da hərraca çıxarılması, satılmadığı halda isə həmin əmlakın ona təklif olunmaqla adına rəsmiləşdirilməsi və onun digər iki əmlakda, yəni ünvan 2 ünvanda yerləşən mənzildə və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə olan payına xitam verilməklə onların Cəbrayılova Şəfayə Sədrəddin qızının adına rəsmiləşdirilməsi və ya Cəbrayılova Şəfayə Sədrəddin qızının istəyi ilə həmin iki əmlakın açıq hərrac yolu ilə satılması zamanı ona çatacaq məbləğin Cəbrayılova Şəfayə Sədrəddin qızına verilməsi qaydasında qətnamənin icra üsulunun dəyişdirilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 8(004)-624/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə borclu X10 ərizəsi təmin edilməmişdir. Yasamal rayon icra şöbəsinin sifarişi əsasında icra sənədi üzrə artıq iki dəfə hərrac təşkil olunmuşdur və həmin hərraclar baş tutmamışdır. Belə olan halda isə qanunvericiliyin tələblərinə görə icra sənədi məhkəməyə qaytarılmalıdır. Lakin, həbsdə olan əmlaklar qanunsuz olaraq yenidən hərraca çıxarılmışdır. Belə ki, Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən birgə mülkiyyətdə olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi 410.000 manata, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzil 240.0 manata "xxxx" MMC tərəfindən yenədən açıq hərraca çıxarılmışdır. Həmçinin Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041 )- 983/2021 saylı qətnaməsinə əsasən cavabdeh Cəbrayılova Şəfayə Sədrəddin qızından ödəniləcək günə bank məzənnəsi ilə manatla 300 000 (üç yüz min) ABŞ dolları pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə göndərilmişdir və halhazırda icra mərhələsindədir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-983/2021 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(041)-983/2021 saylı qərardadı ilə Cəbrayılova Şəfayə Sədrəddin qızının X16 ilə birlikdə paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 106 kv.m. olan mənzildən Cəbrayılova Şəfayə Sədrəddin qızının 3/5 hissədə, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ evi 863 ünvanında 0,0010 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan bağ evindən Cəbrayılova Şəfayə Sədrəddin qızının 3/5 hissədə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 210,50 kv.m. olan mənzildən Cəbrayılova Şəfayə Sədrəddin qızının 3/5 hissədə olan payların üzərinə məhkəmənin icraatında olan mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək həbs qoyulmuşdur. Həmin qərardaddan maraqlı şəxs kimi X16 şikayət versə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1001/2022 saylı qərardadı ilə X9 şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(041)-983/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhz bundan sonra, iddiaçı X13 cavabdehlər Cəbrayılova Şəfayə Sədrəddin qızına, "xxxx" MMC-yə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və X12 qarşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı xx.xx.2021 -ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X13 eyni zamanda müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilə və ünvan 2 ünvanda yerləşən mənzilə görə hərracın keçirilməsinin dayandırılması və hərracla bağlı bütün hərəkətlərin edilməsinin cavabdehlərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(041)-368/2023 saylı qərardadı ilə X5 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməsi Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-983/2021 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)- 983/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklar - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi, ünvan 5ə 68- 469, ev 23, mənzil 15 ünvanda yerləşən mənzilə və ünvan 10 yerləşən 1 nömrəli mənzilə görə hərracın keçirilməsi və hərracla bağlı bütün hərəkətlər dayandırılması qərara qlınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1001/2022 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(041)-368/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(041)-368/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin işə baxılarkən məhkəmə tərəfindən də müəyyən olunmuşdur ki, hazırkı işdə qeyd edilən əmlakların açıq hərracda satılması proseduru 13 avqust 2021-ci il tarixdə başlamış, sonuncu xx.xx.2023-cü ilə təyin edilmiş hərrac baş tutmadığı üçün sənədlər "xxxx" MMC-nin həmin tarixli məktubu ilə qanunvericiliyə uyğun qərar qəbul edilməsi üçün Baki şəhəri Yasamal rayon icra şöbəsinə göndərilməsinə baxmayaraq, icra sənədi məhkəməyə qaytarılmamışdır. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hallar ona dəlalət etmişdir ki, icra məmuru tərəfindən aparılan icra tədbirləri məhz qətnamənin qət edilmiş həddində həyata keçirilməli, yəni cavabdeh Cəbrayılova Şəfayə Sədrəddin qızı tərəfindən iddiaçı X12 qətnamədə qeyd olunan məbləğlər ödənilməsi ilə Hafizin mülkiyyət hüquqlarının xitamı rəsmiləşdirilməlidir. Lakin icra məmuru icra sənədindən kənara çıxaraq qeyd olunan əmlakların qətnamənin qət edilən hissəsində müəyyən edilmiş qiymətlə hərrac keçirmiş, keçirilmiş hərrac etibarsız hesab olunduğundan yenidən hərrac keçirilməsi barədə icra hərəkətləri davam etdirilmiş və müvafiq olaraq hərracın keçirilməsi ilə xx.xx.2021-ci il tarixli sifariş məktubu göndərilmiş, "xxxx" MMC də, öz növbəsində xx.xx.2021-ci il tarixli, 469/22 saylı hərrac bildirişi göndərilməklə qanunsuzluğa yol vermişdir. Bundan əlavə, icra məmuru “İcra haqqında” Qanunun tələblərini pozaraq ilkin iddiaçının cavabdeh tərəfindən kompensasiya ödəyə bilmədiyi halda əmlakların açıq hərracdan satılaraq ona düşən payın verilməsi tələbinin təmin edilməməsinə baxmayaraq, həmin əmlakları hərrac vasitəsi ilə satılmasına cəhd etməklə sanki qəbul edilmiş qətnamə əsasında verilmiş icra sənədini ilkin iddiaçının iddiasının təmin olunmayan hissədə icra hərəkətləri aparmaqla qanuni qüvvədə olan qətnamənin nəticələrini heçə endirməklə “İcra haqqında” Qanunun 7, 8, 9, 13 və 23.1.5-ci maddələrinin tələblərini pozmuşdur. Hazırkı icra sənədinə görə borclu icra sənədi üzrə iddiaçı və cavabdeh həm tələbkar, həm də borclu hesab olunur. Çünki qəbul edilmiş qətnamə üzrə verilmiş icra sənədi hər iki tərəf üçün hüquq və vəzifə yaradır. Belə olan halda icra məmuru “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsas götürərək tələbkarın öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olması əsası ilə icra sənədini geri qaytarmalı olduğu halda bunu da etməmişdir. Digər tərəfdən, icra məmuru nəzərə almamışdır ki, ilkin iddiaçı məhz qətnamədə qeyd olunan icra sənədi üzrə aparılmış icra tədbirlərinin nəticə vermədiyini görərək qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, onun ərizəsinin təmin edilməsi üçün əsasların olmaması qənaətinə gəlinmiş və ərizə təmin edilməmişdir. Belə olan halda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi məhz məhkəmənin gəldiyi yekun nəticəyə uyğun icra olunmalıdır. Halbuki, 2/5 hissədə X9, 3/5 hissədə Cəbrayılova Şəfayə Sədrəddin qızının paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdürəhim bəy Haqverdiyev küçəsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 manat kompensasiya ödənilməklə X9 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilməsi qət edilən qətnamənin nəticəsi ilk baxışda tərəflərin aralarında yaranan mübahisənin barışıq sazişi şərti ilə həllinə uyğun gəlsə də, əslində bu barışığın şərtləndirilməsi kimi yekun nəticə yox, məhkəmənin mübahisə üzrə gəldiyi yekun nəticə olmuşdur. Çünki ilkin iddiaçı Hafiz Cəbrayılov məhkəmə qarşısında qaldırdığı iddiasının iki alternativ üsulla təmin edilməsini (ilkin iddiaçı iddia tələbində paylı mülkiyyətlərində olan əmlakların ona düşən hissədə cavabdeh Cəbrayılova Şəfayə Sədrəddin qızı tərəfindən ona pul kompensasiyası verilməklə əmlak üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və bu mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılaraq ona düşən payın verilməsi olmuşdur) arzulasa da, məhkəmə iddianın yalnız kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi hissəni təmin etmiş, iddianın mübahisəli əmlakların açıq hərracdan satılaraq ona düşən payın verilməsi hissəsini təmin etməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə qətnamə məhz qət olunaq həddə və qaydada icra olunmalı, icra tərəflərin hərəkətləri ucbatından icra olunmadığı halda isə, icra sənədi “İcra haqqında” Qanuna əsasən geri qaytarılmalıdır. Əks yanaşma, yəni qətnamənin mübahisəli əmlakların qətnamədə qiyməti müəyyən olunan məbləğdə satılması üçün hərraca çıxarılması, həm icra sənədi üzrə icradan kənara çıxmaya, həm də, Kürdəmir Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qətnaməsinin (həmin qətnamədə cavabdeh X2 borca görə ödəniləcək günü bank məzənnəsi ilə manatla 300.0 ABŞ dolları məbləğində pul alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir) icrasının mümkün olmayacağına gətirib çıxara bilər. Çünki məhz Kürdəmir Rayon Məhkəməsinin 21 may 2021 -ci il tarixij qətnaməsinin icrasını təmin etmək məqsədilə Kürdəmir Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərardadı ilə, yuxarıda adları qeyd olunan əmlakları Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi, Bakı şəhəri, ünvan 11 ünvanda yerləşən mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar sahəsində yerləşən 863 nömrəli bağ evi və Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 83a, mənzil 1 həbs qoyulmuşdur. Əmlakın üzərinə həbs qoyulması “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Göründüyü kimi Yasamal rayon şöbəsinin icra məmuru tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə üzərilərinə həbs qoyulmuş əmlakları Yasamal Rayon Məhkəməsinin qətnaməsinin icra sənədi üzrə (həmin qətnamənin icra sənədində qeyd olunan əmlakların hərracda satılması nəzərdə tutulmayıb) icra sənədindən kənara çıxaraq icra tədbirləri görməklə Kürdəmir Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qətnaməsinin icrasına mümkün olmayacağına şərait yaratmaqla İsmayıl Abdullayevin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuşdur. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2, 415.3, 415.4, 415.5, 416.1, 416.2-ci maddələrinə, “İcra haqqında” Qanunun 53-cü maddəsinə istinadla əsaslandırmışdır. Lakin, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 avqust 2024-cü il tarixli, 2(106)-938/2024 saylı qətnaməsi ilə (hakimlər P.T.Əhmədov (sədrlik edən və məruzəçi), C.F.İmanov və S.İ.Mayılov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibatj Prosessual Məcəlləsinin 2.1 -ci maddələrinin şərh edilməsinə dair” 04 aprel 2012-cj il tarixli qərarı ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2024-cü il tarixli, 2(102)- 3426/2024 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 avqust 2024-cü il tarixli 2(106)-938/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşıraq həmin qərarda qeyd edir ki, hərrac təşkilatının bildiriş məktubu da icra məmurunun hərəkətinin (sifariş məktubunun) icrasını təmin etmək üçün həyata keçirilmiş fəaliyyətdir. (Yuxarı instansiya məhkəmələri tərəfindən işin mahiyyətinə toxunulmamışdır). “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə müvafiq olaraq icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verilə bilər. Hal-hazırda Yasamal rayon icra şöbəsinin xx/xx-121862/24 saylı, xx.xx.2025-ci il tarixli sifariş məktubundan məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi 287 000 manat minimum satış qiyməti ilə yenədən Yasamal rayon icra şöbəsi tərəfindən açıq hərraca çıxarılmışdır. Belə olan halda isə hesab edirik ki, yuxarıda qeyd olunan tələblərə riayət olunmadan yenidən hərracın keçirilməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən xx/xx-121862/24 saylı, xx.xx.2025-ci il tarixli sifarişin verilməsi qanunsuzdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-406/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Ülkər Xəlil) şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin elektron hərracda satılması ilə bağlı sifariş verilməsi barədə xx/xx-121862/24 saylı xx.xx.2025-ci il tarixli sifariş məktubunun və həmin sifariş əsasında aparılmış bütün hərəkətlərin qanunsuz hesab edilməsi qərara alınmışdır. Həmin qərardaddan icra şöbəsinin rəisi Nümayəndə2 tərəfindən şikayət verilərək qərardadın ləğv olunması, şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0.0010 ha torpaq sahəsində yerləşən 863 nömrəli bağ evnin Yasamal rayon İcra Şöbəsi tərəfindən açıq hərraca çıxarılması barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən xx/xx-121862/24 saylı, xx.xx.2025-ci il tarixli sifariş məktubunun verilməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən qanunsuz deyil və eyni zamanda hesab edir ki, X8 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevinin hərəkətlərindən Yasamal rayon Məhkəməsinə verdiyi şikayətinin heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı X13 cavabdehlər Cəbrayılova Şəfayə Sədrəddin qızına, X12, "xxxx" MMC-yə, Bakı şəhər Yasamal rayon icra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayon icra v ə probasaiya şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 46922 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kürdəmir rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(041)-368/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Xaliq İmanov) iddiaçı X5 cavabdehlər Cəbrayılova Şəfayə Sədrəddin qızına, X12, "xxxx" MMC-yə, Bakı şəhər Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 17/72- 1218xx/xx-22481 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin xx.xx.2022-ci iltarixli, 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi tələbinə dair” mülki işlə bağlı iddiaçı X5 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə baxılmış və ərizə təmin edilmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(041)-983/2021 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(041)-983/2021saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklar – Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsində 0.0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi, Bakı şəhəri, ünvan 13 ünvanda yerləşən mənzilə və ünvan 14erləşən 1 nömrəli mənzilə görə hərracın keçirilməsi və hərracla bağlı bütün hərəkətlər dayandırılmışdır. Kürdəmir rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(041)-368/2023 saylı qərardadından narazı qalan cavabdeh CəbrayılovHafiz Əjdər oğlu şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini və hərracın keçirilməsinin davam etdirilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-653/2023 nömrəli qərardadı ilə cavabdeh X16 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-368/2023 saylı, 19 yanvar 2023- cü il və 16 fevral 2023-cü il tarixli qərardadları ləğv edilmişdir. Qeyd etmək istəyir ki, sonradan iddiaçı X13 cavabdehlər Cəbrayılova Şəfayə Sədrəddin qızına, "xxxx"MMC-yə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir rayon Məhkəməsinin 2(041)-368/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx/xx-1218xx/xx-22481 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubu və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 469/22 saylı hərrac bildirişi qanunsuz və etibarsız hesab edilmişdir. Daha sonra cavabdeh X16 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi Kürdəmir rayon Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegeyisanın 2(106)- 938/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh X16 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Kürdəmir Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli 2(041)- 368/2023 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X5 cavabdehlər Cəbrayılova Şəfayə Sədrəddinqızına, "xxxx" MMC-yə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə,X12 qarşı Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx/xx-121862/18- 22481 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubunun və "xxxx" MMC-nin xx.xx.2022- ci il tarixli 469/22 saylı hərrac bildirişinin qanunsuz və etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegeyisanın 2(106)- 938/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh Cəbrayılova Şəfayə Sədrəddin qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3426/2024 saylı qərarı ilə cavabdeh Cəbrayılova Şəfayə Sədrəddin qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 avqust 2024- cü il tarixli, 2(106)-938/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, yuxarıda göstərdikləri məhkəmə aktlarından aydın olur ki, hərracın həyata keçirilməsinə əvvəllər yaradılmış qanunsuz maneələr aradan qalxdığından və hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0.0010 ha torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin elektron hərracda satılması ilə bağlı hər hansı bir qanuni maneə (və ya qadağa) olmadığndan həmin elektron hərracın keçirilməsi ilə bağlı sifariş verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin xx/xx-121862/24 saylı, xx.xx.2025-ci il tarixli sifariş məktubu şikayətçi X4 məhkəməyə təqdim etdiyi formal şikayətinə görə qanunsuz və və etibarsız hesab edilə bilməz. Odur ki, yuxarıda da qeyd etdiklərindən aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəhqəsəbəsində yerləşən 0,0010 ha torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin elektron hərracda satılması ilə bağlı sifariş verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcraŞöbəsinin icra məmuru Emil Abiyevin 17/72- 121862/24 saylı, xx.xx.2025-ci il tarixli sifariş məktubu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və digər müvafiq normativ hüquqi aktların tələblərinə tam riayət olunmaqla verildiyindən və sözügedən sifariş məktubunun və həmin hərrac sifarişi əsasında aparılmış hərəkətlərin qanunsuz və hesab edilməsi üçün X4 məhkəməyə verdiyi şikayəti tamamilə əsassız olduğundan təmin edilməməli və həmin şikayətlə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci iltarixli, 8(004)-406/2025 saylı qərardadı ləğv edilməlidir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququnun məzmunu, o cümlədən ədalətli məhkəmə qərarının qəbul edilməsini və onun icrasını nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına yönəlmiş məhdudiyyət məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olacaqdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün iş materiaları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılacağı barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Borclunun (eyni zamanda tələbkar) nümayəndə-vəkili məhkəməyə etiraz təqdim edərək şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(041)- 3/2023 saylı qərardadı ilə də X5 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş və Kürdəmir Rayon Məhkəməsinin icraatında olan, iddiaçı X5 cavabdehlər Cəbrayılova Şəfayə Sədrəddin qızına, "xxxx" MMC-yə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və X12 qarşı sifariş məktublarının və hərrac bildirişlərinin qanunsuz və etibarsız hesab edilməsi barədə mülki işə mahiyyəti üzrə baxıb qurtaranadək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklar-Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilə və ünvan 10 yerləşən 1 nömrəli mənzilə görə hərracın keçirilməsinin dayandırılması və həmin əmlakların hərraca çıxarılmasının Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, "xxxx" MMC-yə və qeyrilərinə qadağan edilməsi qərara alınmışdır. Hal-hazırda həmin qərardad MPM-nin 162-ci maddəsinin tələblərinə əsasən ləğv edilməmiş və bu barədə heç bir sübut Yasamal Rayon İcra şöbəsi tərəfindən şikayətə əlavə olunmamışdır. Belə olan halda isə nəticə etibarı ilə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hərəkətləri qanunsuzdur. Ona görə də həmin şikayətin rədd edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-406/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətlərindən borclu X8 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən işin bütün faktiki halları üzrə ətraflı araşdırma aparmamış və sübutlara hərtərəfli qiymət vermədən qərardad qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(014)-368/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 983/2021 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(041)-983/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklar – Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evi, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə görə hərracın keçirilməsi və hərracla bağlı bütün hərəkətlərin dayandırılması qərara alınmışdır. Buna baxmayaraq, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx/xx- 121862/24 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması sifariş edilmiş və hərrac həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, sözügedən əmlaklarla bağlı hərracın keçirilməsi və hərracla bağlı bütün hərəkətlərin dayandırılmasına dair Kürdəmir Rayon Məhkəməsinin 2(014)-368/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməmişdir, borclunun icra məmurunun hərəkətlərini qanunsuz hesab edilməsinə dair şikayəti əsaslıdır və şikayət təmin edilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hərəkətləri qanunsuz hesab edilməlidir. Göstərilən mövqeyə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi Kürdəmir Rayon Məhkəməsinin 2(041)-368/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilmədiyini bildirsə də, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-653/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, cavabdeh X16 tərəfindən verilmiş şikayət qismən olunaraq, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-368/2023 nömrəli, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli qərardadları ləğv edilmiş, X5 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə MPM-in 159-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılması və müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra Kürdəmir Rayon Məhkəməsində 16(041)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardad qəbul edilərək X5 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin icraatında olan, iddiaçı X5 cavabdehlər Cəbrayılova Şəfayə Sədrəddin qızına, "xxxx" MMC-yə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və X12 qarşı sifariş məktublarının və hərrac bildirişlərinin qanunsuz və etibarsız hesab edilməsi barədə mülki işə mahiyyəti üzrə baxıb qurtaranadək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlaklar-Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilə və ünvan 10 yerləşən 1 nömrəli mənzilə görə hərracın keçirilməsinin dayandırılması və həmin əmlakların hərraca çıxarılmasının Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, "xxxx" MMC-yə və qeyrilərinə qadağan edilməsi qərara alınmışdır. Göründüyü kimi iş materiallarında Kürdəmir Rayon Məhkəməsinin 2(041)-368/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-653/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının olmasına baxmayaraq, həmin məhkəmə aktının qanuni qüvvəsini alıb-almadığı araşdırılmamışdır. Halbuki icra məmuru tərəfindən qərardaddan verilmiş şikayətdə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-368/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsinə dair dəlil irəli sürülmüş, məhkəmə tərəfindən isə həmin dəlilin əsaslılığı yoxlanılmamış, belə olan halda isə qüvvədə olmayan məhkəmə qərarında müəyyən edilmiş hallara istinad edərək qərardad qəbul edilməsi mülki prosssessual qanunvericiyin tələblərinin pozulması ilə nəticələnmişdir. Bundan başqa məhkəmə tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 16(041)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının mövcudluğuna, ümumiyyətlə, münasibət bildirilməmiş, qanuni qüvvədə olduğu təqdirdə onun hazırki şikayətə qiymət verilməsində nə kimi hüquqi rolunun olduğu müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, qeyd edilən halların hərtərəfli və düzgün öyrənilməməsi, işdə olan bütün sübutların ətraflı araşdırılmaması borclunun şikayəti üzrə gəlinən nəticəni qanuni və əsaslı hesab etməyi istisna edir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmənin göstərişləri nəzərə alınmaqla X4 şikayətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-406/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətlərindən borclu X8 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar