Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-378/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi, Tələbkar X3 nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-128/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra tədbirlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 8(005)- 1110/2018 nömrəli qərardadı ilə Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-128/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra tədbirlərinin dayandırılması qərara alınmışdır. Tələbkar X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 8(005)-1110/2018 nömrəli qərardadının ləgv edilməsi və Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-128/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair ərizə ilə xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(005)- 1110/2018 nömrəli qərardadına əsasən Tələbkar X3 ərizəsi təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 8(005)- 1110/2018 nömrəli qərardadının ləgv olunması və Şirvan Apelyasiya Məhkəməsinin 2(106)- 128/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(005)-1110/2018 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-128/2018 nömrəli xx xxxx 2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Ona görə də xahiş edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək, icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar X3 nümayəndəsi X2 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. İş üzrə digər tərəflərəməhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)- 128/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 65.592,77 (altmış beş min beş yüz doxsan iki dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində borc, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə 97.000,40 (doxsan yeddi min dollar qırx sent) ABŞ dolları məbləğində borc və xx xxxxx 2015-ci il tarixli icra sənədinə əsasən 5.576,53 (beş min beş yüz yetmiş altı dollar əlli üç sent) ABŞ dolları məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanını yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat və bank xidmət haqqına görə 21 (iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq Tələbkar X3 xeyrinə ödənilməsi, tutma ipoteka predmeti olan Borclu1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 30 nömrəli evin 176,49 kv.metr ümumi, 92,69 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 55 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 275.000 (iki yüz yetmiş beş min) manat məbləğində göstərilməsi, satışdan əldə edilən məbləğin tələbkarın tələbindən artıq olduğu təqdirdə, artıq qalan məbləğin Borclu1 qaytarılması və mənzil satıldıqdan sonra orada yaşayan şəxslərin həmin evdən çıxarılması, Borclu1 50 (əlli) manat məbləğində ekspertiza xərcinin tutularaq dövlət nəfinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3680/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Borclu1 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi və kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamış, iddiaçı Borclu1 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3680/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayəti təmin olunmamışdır. İş üzrə kassasiya şikayəti verilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1.4-cü maddəsinə əsasən icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə icra sənədi üzrə icraat dayandırılır. Həmin Qanunun 19.1.3-cü maddəsinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 8(005)-1110/2018 nömrəli qərardadı ilə Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-128/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra tədbirlərinin dayandırılması qərara alınmış, hazırda yuxarıda göstərilənlərdən göründüyü kimi, dayandırmaya əsas olan hal aradan qaldırılmışdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı və qanunidir. Odur ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-378/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-378/2020
15.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver