Məhkəmə qərarları › İş №8(103)-379/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-379/2023

30.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-379/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Borclu qarşı “torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin digər şəxsin qanunsuz sahibliyindən alınması və mənəvi zərərin ödənilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: qətnaməyə izah verilməsi barədə ərizə təmin edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Borclu qarşı “torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin digər şəxsin qanunsuz sahibliyindən alınması və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-352/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh Borclu tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)-5871/2021 saylı qətnaməsinə ətraflı izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5871/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan, Tələbkar məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililər Borclu vəsaiti hesabına sökülərək əvvəlki vəziyyəti bərpa edilməli və torpaq sahəsi Borclu tərəfindən boşaldılaraq Tələbkar təhvil verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədinin icraasını təmin etmək üçün ünvan 2 ünvanında yerləşən mübahisəli torpaq əraziyə gedilmiş, əraziyə baxış keçirilmiş. 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin sökülməsi dedikdə konkret olaraq sökülmə isləri harda aparılmalıdır? Bununla yanaşı mübahisəli ərazidə bir yox bir neçə tikililər və yarımtikililər olduğunu nəzərə alaraq söküntü işlərinin harda aparılması qeyri-müəyyən olaraq qalmışdır. Bu kimi halları nəzərə alib icra vərəqələrində qeyd 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda gösterilməyən qanunsuz tikililər dedikdə konkret olaraq hansı ərazi nəzərdə tutulmuşdur?

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-352/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)- 5871/2021 saylı qətnaməsinə - Tələbkar məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən Borclu tərəfindən inşa edilmiş və ona məxsus qanunsuz tikililərin sonuncun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi kimi başa düşülməsinə dair izah verilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı X1 cavabdeh Borclu qarşı “torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin digər şəxsin qanunsuz sahibliyindən alınması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Borclu cavabdeh qismində cəlb edildiyini, məhkəmə prosesi zamanı ona məxsus tikililərin sökülməsi məsələsi araşdırıldığını, eyni zamanda məhkəmə qətnaməsi ilə Tələbkar məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin sökülməsi öhdəliyinin cavabdeh Borclu üzərinə qoyulduğunu nəzərə alaraq hesab etmişdir ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamənin nəticə hissəsinin “Tələbkar məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən Borclu tərəfindən inşa edilmiş və ona məxsus qanunsuz tikililərin sonuncun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi kimi başa düşülməsi” barədə izah edilməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. Həmin qərardaddan cavabdeh Borclu şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni izah edərkən sırf qətnamənin qət edilən hissəsinin mahiyyətindən kənara çıxaraq sırf yeni məzmunda fikirlərin olduğu, kobud qanun pozuntusu ilə qərardad elan etmişdir. Sözügedən qərardadın ləğv edilməsi və qətnamənin icrasının qeyri – mümkün olmasına dair qərardadın elan edilməsi mütləq və zəruridir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)5871/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan, Tələbkar məxsus 11/458 inventar nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililər Borclu vəsaiti hesabına sökülərək əvvəlki vəziyyəti bərpa edilməli və torpaq sahəsi Borclu tərəfindən boşaldılaraq Tələbkar təhvil verilməlidir. Məhkəmə qətnamədə konkret olaraq göstərilən bu halı təhrif edərək, qanunsuz qərardad elan etmişdir vəhəmin qərardadın ləğv edilməsi mütləq və zəruridir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-352/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5871/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan, Tələbkar məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin Borclu vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi və torpaq sahəsinin Borclu tərəfindən boşaldılaraq Tələbkar təhvil verilməsi qət edilmişdir.

13. İcra sənədi xx.xx.2022-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir.

14. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru qətnaməyə izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsinini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilməsi zamanı orada texniki pasportda göstərilməyən və müxtəlif şəxslər tərəfindən inşa edilmiş tikililərin mövcud olduğu müəyyən edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə uyğun olaraq qətnamənin məzmununu dəyişdirmədən ona izah vermişdir.

16. Belə olan halda Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5871/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə izah verilməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun ərizəsinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

18. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-352/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar