Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-38/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-350/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Borclu X2 “qətnamənin izah edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ondan Tələbkar xeyrinə 3360 manat pulun tutulması barədə Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(010)-1062/2014 saylı qətnaməsinin “cavabdehin müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən qətnamə” növünə (MPM-nin 223-cü maddəsi), yoxsa “pul vəsaitlərinin tutulması” növünə aid olmasına dair izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-350/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il qərardadı ilə borclu X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(010)-1062/2014 saylı qətnaməsinə izah verilməsi barədə ərizənin qəbulundan imtina edilməsi və ərizənin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-391/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il qərardadı ilə işdə borclu X1 eyni məzmunlu əvvəlki müraciətinə baxılması ilə bağlı hər hansı məhkəmə aktı (qərardad) mövcud olmadığına görə borclu X1 şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 350/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il qərardadının ləğv edilməsi və işin ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-350/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1062/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsinin izah olunması barədə borclu X1 ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(010)-350/2020 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini, əks təqdirdə şikayətinə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(010)- 350/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(010)-256/2020 saylı qərardadından görünür ki, borclu X2 eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş və onun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(010)-1062/2014 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu R.İ.Mulinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli həmin qərardaddan verdiyi şikayət təmin edilməmişdir. Lakin bundan sonra, borclu X2 eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, borclu X2 eyni predmet barəsində və eyni əsaslar üzrə təkrar olaraq müraciət etdiyindən mülki iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Kollegiya qeyd edir ki, qətnaməyə izah verilməsinə dair məhkəməyə təkrar müraciət edilməsi ilə bağlı münasibətləri tənzimləyən mülki-prosessual norma nəzərdə tutulmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin tələblərinə istinad etməklə, həmin Məcəllənin 261.0.2-ci və 262.4-cü maddələrinə əsaslanaraq iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərə alaraq və şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Borclu X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-350/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-38/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-38/2021
28.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver