Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-380/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 Borclu iştirakı ilə, Bakı şəhəri 40 saylı Notariat Kontorunun xx xxxxxx 2019-cu il tarixli 8İ-55 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri 40 saylı Notariat Kontorunun xx xxxxxx 2019-cu il tarixli 8İ-55 nömrəli icra sənədinə əsasən Tələbkar xeyrinə Borclu xx.xx.2018-ci il müddət üçün vaxtında ödənilməmiş 15000 manat tutulmalıdır. İcra məmuru Elman İsrafilov təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 2440-cı məhəllə, Ordubadi küçəsi, 3 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinə həbs qoyularaq Nizami rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri 40 saylı Notariat Kontorunun xx xxxxxx 2019-cı il tarixli 8İ-55 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Nizami rayonu, 2440-cı məhəllə, Ordubadi küçəsi, 3 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuş, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Qeyd edilən qərardaddan borclu şikayət verərək, qərardadən ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci tarixə, saat 10.20 təyin edilmiş məhkəmə prosessi barədə bildiriş ona xx.xx.2020-ci il tarixində çatdırılmışdır. Ona görədə ondan aslı olmayan üzürlü səbəbdən Məhkəmə prosessində iştirak edə bilməmişdir. xx.xx.2020-ci il tarixdən “xxxxx” MMC şirkətində rəsmi olaraq işləyir. Ona görə də, may ayınadək əmək haqqının 50%-ni, yəni 200 manat məbləğində pulu tələbkara əlavə olaraq ödəmişdir. Cəmi 1990 manat. Bundan sonra da hər ay əmək haqqının 50%-ni yəni 200 manat məbləğində pulu tələbkara ödəyəcək. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq borclunun mülkiyyətində olan əmlakın üzərinə həbs qoymuşdur. Apellyator şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsini göstərsə də, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, borclunun hər ay əmək haqqının 50%-i miqdarında vəsaitin, yəni 200 manatın tələbkarın hesabına ödəməsi, məcburi icra tədbirlətinin tədbiq edilməməsi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi isə ağlabatan müddətdə icra edilməlidir. Bundan başqa borclu qətnamənin hissə-hissə icra olunmasına istinad etsə də, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair məhkəmə qərardadı müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, şikayət qərardadın ləğv edilməsinə əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-136/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Fuad Talışinski Ziya Şirinov
Məhkəmə qərarları › İş №8(103)-380/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-380/2020
15.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver