Məhkəmə qərarları › İş №8(103)-380/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-380/2021

28.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-380/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: X1 ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, alimentin ödənilməsi üzrə Borclu tərəfindən 900 manat civarında yığılmış borc məbləğinin indeksasiya olunması və məcburi qaydada ödəməsinin vəzifə kimi qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 855/2019 saylı 01 mart 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulması, 07 aprel 2018-ci il təvəllüdlü X4 anasının yanında saxlanılması və uşağın saxlanılması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq cavabdehdən 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh Borclu alimenti ödəməkdən qəsdən boyun qaçırmasına görə bu günədək 900 manata yaxın borcu yığılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi üzrə 01 iyul 2019-cu il tarixdən 04 aprel 2021-ci il tarixədək olan dövr baxımından əsaslı hesab edilərək məhkəmə aktı ilə ödənilməsi qət edilmiş aliment məbləği indeksasiya edilməklə Borclu X3 xeyrinə 28.04 manat alimentin tutulması qərara alınmışdır. X5 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərardadından 3-cü səhifədə 2-ci abzasda borclu X2 borcun hissə-hissə ödənilməsi və məhkəmə iclasının tarixinə onun 70 manat məbləğində ödənilməmiş aliment borcu qalması yazılarının çıxarılmasını, indeksləşdirmə hesablanma üsulunun qərardadda göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan E.Xanəliyeva tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Borclu şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, borc məbləğinin indeksasiya olunması və məcburi qaydada ödəməsinin borclunun üzərinə vəzifə kimi qoyulması barədə tələbkar E.Xanəliyevanın ərizəsi təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi üzrə 01 iyul 2019-cu il tarixdən 04 aprel 2021-ci il tarixədək olan dövr baxımından əsaslı hesab edilərək məhkəmə aktı ilə ödənilməsi qət edilmiş aliment məbləği indeksasiya edilməklə Borclu X3 xeyrinə 28.04 manat alimentin tutulması qərara alınmışdır Tələbkarın həmin qərardaddan verdiyi şikayət - qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməməsi və şikayətin tələb hissəsinin aydın və başadüşülən şəkildə göstərilməməsi əsası ilə məhkəmənin 07 iyun 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Halbuki tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərardadından verdiyi şikayətdə qeyd etmişdir ki, qərardadda borclunun 70 manat məbləğində ödənilməmiş aliment borcunun hansı əsasla göstərilməsi müəyyən deyil, eləcə də indeksləşdirmənin üsulu göstərilməmişdir. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərardadından tələbkarın verdiyi şikayətdə aydın şəkildə borclunun qərardadda göstərilən məbləğdə borcunun hansı hesablanma əsasında qalması həmçinin indeksasiyanın hansı qaydada aparılması mübahisələndirilmiş, birinci instansiya məhkəməsi isə əsassız olaraq şikayəti başa düşülən olmaması eləcə də qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməməsi əsası ilə əsassız olaraq geri qaytarmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan şikayətə mahiyyəti üzrə baxmaq əvəzinə şikayəti geri qaytarmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar