Məhkəmə qərarları › İş №8(103)-381/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-381/2020

16.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-381/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Borclu MMC-nin direktoru X1 işitrakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-81/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Səbail rayon İcra və probasiya Şöbəsinin icra məmuru təqdimat verərək, Borclu MMCyə məxsus “Mercedes Benz 1836 AXOR” minik markalı, H024108 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” minik markalı, H024107 dövlət qeydiyyat nişanlı yük markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı “Meiller” yarım qoşqu markalı və ** HZ *** dövlət qeydiyyat nişanlı “Meiller” yarım qoşqu markalı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Qərardaddan icra məmuru Yaqub Məmmədov şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-81/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Səbail rayon Məhkəməsinin 8(009)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-6111/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-yə məxsus “Mercedes Benz 1836 AXOR” minik markalı, H024108 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” minik markalı, H024107 dövlət qeydiyyat nişanlı yük markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı “Meiller” yarım qoşqu markalı və ** HZ *** dövlət qeydiyyat nişanlı “Meiller” yarım qoşqu markalı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qərardaddan Borclu MMC şikayət verərək Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(009)- 81/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-81/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmş və baxılması üçün iş materialı ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu MMC-nin direktoru X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etməklə yanaşı bildirdi ki, həmin avtomobillərin cərimə meydançasında yerləşdirilməsi onun mülkiyyət hüquqlarınının məhdudlaşdırılması ilə nəticələnmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-81/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru tərəfindən borcluya göstərilən məbləği könüllü icra üçün müəyyən olunmuş müddətdə ödəməsi üçün xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmiş, lakin borclu borcunu həmin müddətdə ödəməmişdir. «İcra haqqında» AR Qanununun 44.1.3-cü və 44.2-ci maddələrinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçmiş olması məcburi icra tədbirlərinin tətbiq olunmasına əsasdır və məcburi icra tədbirləri tələb ödənilmədikdə həyata keçirilə bilər; Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir; Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlakın üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, tələbin borcluya məxsus olan nəqliyyat vasitəsinə yönəldilməsi üçün Borclu MMC-yə məxsus “Mercedes Benz 1836 AXOR” minik markalı, H024108 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” minik markalı, H024107 dövlət qeydiyyat nişanlı yük markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı “Meiller” yarım qoşqu markalı və ** HZ *** dövlət qeydiyyat nişanlı “Meiller” yarım qoşqu markalı avtomobillərin üzərinə həbs qoyulması məhkəmə aktının icrasını asanlaşdırmaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun əmlakı üzərinə həbs qoymaqda haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı kollegiya borclunun etirazına münasibətdə xüsusi olaraq qeyd edir ki, hazırki qərardadla avtomobillərin üzərinə həbsiz qoyulması həmin avtomobillərin cərimə meydançasında deyil, özgəninkiləşdirilməsinin qadağan edilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-81/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-81/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar