Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-381/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, X1 nümayəndəsi (atası) X5 iştirakı ilə, X1 icra hərəkətlərinin qanunsuz hesab olunması və icra sənədinin qaytarılması barədə şikayətinə dair qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 392/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, icra məmurunun 15 fevral 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi, məhkəmənin icra şöbəsinə və icra hərəkətlərinin aparılmasının üzərinə həmin hərəkətlərin edilməsindən çəkinməsi və icra üzrə icraatın məcburi qaydada dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-8137/2019 saylı, 24 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən X6 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 58 saylı evin 75 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalı və mənzili boşaltmalıdır. Bu barədə qərar qəbul olunmuş və icra olunması üçün İcra şöbəsinə göndərilmişdir. Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən 15 fevral 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, həmin qərarda icra sənədinin 10 gün müddətində könüllü olaraq icra edilməsi qeyd olunmuşdur və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qeyd olunmuşdur. Məhkəmənin qətnaməsi üzrə verilmiş icra vərəqəsi 24 dekabr 2019-cu il tarixlidir. Həmin tarixdə icra vərəqəsinin icra şöbəsinə göndərilməsinə baxmayaraq icra orqanı tərəfindən 15 fevral 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu tərəfindən qətnamənin icrası onun maddi imkanının olmaması səbəbindən mümkün deyildir. O, heç bir yerdə işləmir, bank və digər kredit təşkilatlarında vəsaiti yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-392/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan X3 verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi şikayəti müdafiə eədərk onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış icra icraatın digər tərəfləri məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən görünür ki, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş, qanuni qüvvəsini almış, qətnamə üzrə 24 dekabr 2019-cu il tarixli, 2(011)-8137/2019 saylı icra sənədi icraya yönəldilmişdir. İcra məmuru Türkay Yusifli tərəfindən 15 fevral 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə birlikdə X2na göndərilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, icra məmuru 15 fevral 2021-ci il tarixli qərarı qəbul edərkən qanunvericiliyin sadalanan normalarına uyğun hərəkət etmişdir və həmin qərarın borclunun şikayəti əsasında ləğvi üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151,153,363-264,267, 268, 308 və 398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-392/2021 saylı, 01 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-381/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-381/2021
28.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver