Məhkəmə qərarları › İş №8(103)-381/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-381/2022

17.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-381/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə tələbkar Borclu şikayətinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbinin təmin olunduğunu və ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsinin qət edildiyini, qətnamənin icraya yönəldildiyini, lakin icra məmurunun köçürülməli olduğu evin tapılmadığını əsas gətirməklə icra sənədini xx.xx.2022-ci il tarixli qərarla geri qaytardığını bildirmiş, həmin qərarın ləğv olunmasını və icra sənədinin icrasının başqa icra məmuruna həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən şikayət verilərək onun ləğv olunması xahiş edilmiş, şikayət belə əsaslandırılmışdır ki, icra sənədi üzrə bütün zəruri icra tədbirləri həyata keçirilsə də, tələbkarın köçürülməli olduğu ev müəyyən olunmamış, buna görə də icra sənədi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə uyğun olaraq məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmuş, 06 sentyabr 2022-ci il tarixli qərardadın ləğv edilməsi, Borclu icra məmurunun qərarından verdiyi şikayətin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan Borclu verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək iş, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanun tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin məhkəməyə qaytarılması imkanını təsbit etmiş, borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etməyin mümkün olmamasını (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) bu hallardan biri kimi müəyyənləşdirmişdir (maddə 23.1.2). Həmin Qanunun 70.4-cü maddəsinə görə isə, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir. Qanunun göstərilən müddəalarının mənasından göründüyü kimi, icra məmuru Qanunun 23.1.2-ci maddəsində göstərilən əsasla icra sənədini o halda məhkəməyə geri qaytara bilər ki, borclunun yaşayış yerini, əmlakının olduğu yeri müəyyən etmək mümkün olmasın; Qanunun 70.4-cü maddəsində təsbit olunmuş imkan isə “borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi”nin icrasının mümkün olmaması ilə bağlıdır – hansı ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi deyildir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin şikayəti tələbkarın köçürülməli olduğu ünvan 2 ünvanına onun qeydiyyatı barədə məlumatın aşkar edilmədiyi, həmin ünvanın X2 adına qeydiyyata alındığı, bu ünvanın ünvan 3adığı arqumentləri ilə əsaslandırılmışdır; halbuki, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədində Borclu ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə göstəriş verilmişdir və vəzifəsi icra sənədinin icrasını təmin etmək olan icra məmurunun həmin evin kimə aid olmasını, yaxud Borclu oraya qeydiyyatının olub-olmamasını araşdırmaq səlahiyyəti mövcud deyildir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Şəfa X1 və digərlərinə qarşı iddia tələbləri rədd olunmuş, bununla belə həmin qətnamə ilə Borclu 6 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olduqları müəyyən edilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv olunmaqla qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə (Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayətə) yenidən baxarkən məhkəmə, qiyabi qətnamənin artıq ləğv edildiyini və icra məmurunun bu halda icra sənədi üzrə icraata xitam verməli olduğunu nəzərə almaqla şikayət üzrə qərar qəbul etməlidir. Belə ki, icra məmurunun elektron sistemə yerləşdirdiyi (yüklədiyi) xx.xx.2022-ci il tarixli qərardaddan, məhkəmənin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməni ləğv etdiyi aydın olur; qiyabi qətnamənin ləğvi isə onun əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsini zəruri edir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-522/2022 saylı iş üzrə 21 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilərək iş, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar