Məhkəmə qərarları › İş №8(103)-381/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-381/2025

30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-381/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X14 və X3 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8(006)-125/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)473/2022 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdehlər X12, X15 və Borclu qarşı «mənzilə istifadə hüququna xitam verilməklə, mənzilin boşaldılması» tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X9, X13 və Borclu yetkinlik yaşına çatmayan övladları olan X22, X23, X10, X19, X28, X16 və X6 ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməklə mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 919/2024 saylı qətnaməsi ilə Borclu apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2(006)- 1599/2023 saylı qətnaməsi və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-473/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Borclu 14 fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2022ci il tarixli 2(006)-473/2022 saylı qətnaməsinin onun məzmununu dəyişdirmədən izah edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin ərizə ilə əlaqədar işə 8(006)- 103/2025 nömrəsi verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X8 18 fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(006)473/2022 saylı icra sənədinə izah verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin ərizə ilə əlaqədar işə 8(006)-125/2025 nömrəsi verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)103/2025 saylı qərardadı ilə yuxarıda qeyd edilən ərizələr üzrə işlər bir icraatda birləşdirilmiş və 8(006)-125/2025 nömrəsi verilmişdir. Borclu qətnaməyə izah verilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin çıxarışında qeyd edilən ölçlüləri ilə faktiki ölçüləri arasında fərq mövcuddur. Belə ki, mübahisəli mənzil bir otaqlı olduğundan atası – X29 otağın üstünü tikməklə onu 3 (üç) otağa düzəltmişdir. Öz vəsaiti hesabına həmin fərdi yaşayış evində zəruri təmir-tikinti işləri aparmış, qapıpəncərələrini dəyişmiş, yeni hamam və tualet inşa etdirmiş, həyətdə kanalizasiya üçün quyu qazdırmışdır. Atası uzun illər bundan öncə həmin mənzilin 2-ci mərtəbəsini öz zəhməti ilə tikmiş və vəfat etdiyi günədək də o mənzildə yaşamışdır. Mübahisəli mənzil vərəsəlik qaydasında X17 mülkiyyətinə keçmiş, onun vəfatından sonra həyat yoldaşı X5 adına keçmiş, onun paylı mülkiyyətindədir. X1 heç vaxt həmin evdə yaşamamışdır. X7 və digər mülkiyyətçilərə məxsus olan əmlakın bir çıxarışı vardır və qeyd edilən ünvanda olan fərdi həyət evinin ümumi sahəsi 119, 3 kv.m təşkil edir. Bu əmlakın 1/4 hissəsi İlhamə Davudovaya aiddir. Bu da 29,8 kv.m ərazi olmuş olur. Ancaq tərtib edilmiş plan sxemdən də aydın görünür ki, onların yaşadıqları mənzil faktiki olaraq 63,38 kv.m sahədən ibarətdir. Əgər 63,38 kv.m sahədən İlhamə Davidovnanın payına düşən 29,8 kv.m sahəni çıxarıqsa, 33,58 kv.m sahə sənədsiz olaraq, amma faktiki mövcud olmuş olur. Bu artırmalar çox uzun illər bundan öncə atası tərəfindən öz şəxsi vəsaiti hesabına inşa edilmiş, çıxarışda əks olunmasa da faktiki olaraq onların istifadəsindədir. Qeyd edilən məsələ ilə bağlı tərəfindən məhkəmədə iddia qaldırılmışdır və 2(006)-163/2025 saylı iş hazırda Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(006)-473/2022 saylı qətnaməsi icra edilməsi üçün Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin icra məmuru qətnamənin icrasını həyata keçirərkən qətnamədə əksini tapmayan, çıxarışda göstərilən sahədən əlavə hissələrə də (onun istifadəsində olan sahələrə) qarşı tərəfin köçürülməsini təmin etmək istəyir. Mənzillə bağlı mübahisə davam etməkdədir. Həmçinin məhkəmənin yuxarıda qeyd olunan qətnaməsinin icrası zamanı qeyrimüəyyənlik yaranmış, icra ilə əlaqədar çətinliklər meydana gəlmişdir. Nəticə olaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(006)-473/2022 saylı qətnaməsinin məzmunu dəyişdirilmədən onun izah edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X8 icra sənədinə izah verilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixində şöbənin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin qət etdi hissəsində borcluların istifadə hüquqlarına xitam verilməklə ünvan 2 ünvanında yerləşən mənzilin boşaldılması göstərilmişdir. 14 fevral 2025-ci il tarixə təyin edilmiş məcburi icra prosesi zamanı həmin mənzilin boşaldılması mümkün olmamışdır. Belə ki, icra sənədində göstərilən ünvanda olduqları zaman həmin evin iki mərtəbədən ibarət olduğu borcluların bildirməsinə görə həmin mənzildə sonradan inşa edilən ikinci mərtəbənin onların öz şəxsi vəsaitləri hesabına tikildiyi, borcluların bildirməsinə görə ikinci mərtəbədə borclulara məxsus şəxsi əşyalarının olması müəyyən edilmişdir. Borclular icra sənədində göstərilən ünvanın birinci mərtəbəsinin boşaldılmasına və tələbkara təhvil verilməsinə qarşı heç bir etirazlarının olmadığını, lakin öz vəsaitləri hesabına sonradan inşa edilmiş və həmin mənzilin ikinci mərtəbəsində yerləşən iki otaqdan ibarət mənzili isə tələbkara təhvil vermək istəmədiklərini bildirmişlər. Həmçinin iş üzrə Borclu izahatında bildirmişdir ki, sözügedən ünvanın üzərində tikilmiş özbaşına tikili onun öz vəsaiti hesabına inşa edilmiş və hazırda qeyd olunan özbaşına tikilidə ona və digər borclulara məxsus şəxsi əşyalar saxlanılır. Tələbkar isə öz növbəsində icra sənədində göstərilən ünvanda sonradan inşa edilmiş özbaşına tikili olan ikinci mərtəbənin də ümumilikdə Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, ev 143-ün tərkib hissəsi olduğunu əsas gətirərək birinci və ikinci mərtəbədə olan mənzilin ona tam şəkildə təhvil verilməsini bildirmişdir. Belə olduqda icra sənədinin icrasında çətinliklər yaranmışdır. Nəticə olaraq, icra sənədində göstərilən ünvan 2 ünvanı üzərində borclu tərəfindən (borcluların bildirməsinə görə sonradan inşa edilmiş özbaşına tikilinin ünvan 2 ünvanının tərkib hissəsi olub-olmamasının, aid olduğu halda borclu tərəfindən (borcluların bildirməsinə görə) sonradan inşa edilmiş özbaşına tikilinin tələbkara təhvil verilibverilməməsi hissəsində izah verilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8(006)-125/2025 saylı qərardadı ilə ərizələrin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8(006)-125/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət həmin məhkəməninin 03 iyul 2025-ci il tarixli qərardadlı ilə təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 8(006)-125/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(006)-473/2022 saylı icra sənədinə izah verilməsi barədə Borclu və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 ərizəsinə baxılaraq təmin edilməmişdir. Məhkəmənin qərardadı xx.xx.2025-ci il tarixdə qəbul olunmasına və həmin gün elektron məhkəmə sisteminə yerləşdirilməsinə baxmayaraq, o, sistemə əlavə edilmədiyi üçün qərardadın mövcudluğundan məlumatı olmamışdır. Eyni zamanda qərardad onun ünvanına poçt göndərilməmiş, qərardadı xx.xx.2025-ci il tarixdə əldə edə bilmişdir. Ona görə də şikayət verilmə müddəti ötürülməmişdir. Qərardadı qanunsuz və əsassız hesab edərək məhkəmənin diqqətinə çatdırır ki, mübahisəli mənzil bir otaqlı olduğundan Borclu atası – X29 otağın üstünü tikməklə onu 3 (üç) otağa düzəltmişdir. Öz vəsaiti hesabına həmin fərdi yaşayış evində zəruri təmir-tikinti işləri aparmış, qapı pəncərələrini dəyişmiş, yeni hamam və tualet inşa etdirmiş, həyətdə kanalizasiya üçün quyu qazdırmışdır. Atası uzun illər bundan öncə həmin mənzilin 2-ci mərtəbəsini öz zəhməti ilə tikmiş və vəfat etdiyi günədək də o mənzildə yaşamışdır. Mübahisəli mənzilin bir hissəsi, təxminən 29 kv.m hissəsi vərəsəlik qaydasında X17 mülkiyyətinə keçmiş, onun vəfatından sonra həyat yoldaşı X5 adına keçmiş, onun paylı mülkiyyətindədir. X1 heç vaxt həmin evdə yaşamamışdır. X7 və digər mülkiyyətçilərə məxsus olan əmlakın bir çıxarışı vardır və qeyd edilən ünvanda olan fərdi həyət evinin ümumi sahəsi 119, 3 kv.m təşkil edir. Bu əmlakın 1/4 hissəsi İlhamə Davudovaya aiddir. Bu da 29,8 kv.m ərazi olmuş olur. Ancaq tərtib edilmiş plan sxemdən də aydın görünür ki, onların yaşadıqları mənzil faktiki olaraq 63,38 kv.m sahədən ibarətdir. Əgər 63,38 kv.m sahədən İlhamə Davidovnanın payına düşən 29,8 kv.m sahəni çıxarıqsa, 33,58 kv.m sahə sənədsiz olaraq,amma faktiki mövcud olmuş olur. Bu artırmalar çox uzun illər bundan öncə atası tərəfindən öz şəxsi vəsaiti hesabına inşa edilmiş, çıxarışda əks olunmasa da faktiki olaraq onların istifadəsindədir. Qeyd edilən məsələ ilə bağlı tərəfindən məhkəmədə iddia qaldırılmışdır və 2(006)-163/2025 saylı iş hazırda Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(006)-473/2022 saylı qətnaməsi icra edilməsi üçün Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin icra məmuru qətnamənin icrasını həyata keçirərkən qətnamədə əksini tapmayan, çıxarışda göstərilən sahədən əlavə hissələrə də (onun istifadəsində olan sahələrə) qarşı tərəfin köçürülməsini təmin etmək istəyir. Mənzillə bağlı mübahisə davam etməkdədir. Həmçinin məhkəmənin yuxarıda qeyd olunan qətnaməsinin icrası zamanı qeyrimüəyyənlik yaranmış, icra ilə əlaqədar çətinliklər meydana gəlmişdir. Eyni zamanda Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X8 icra sənədinə izah verilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixində şöbənin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 473/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin qət etdi hissəsində borcluların istifadə hüquqlarına xitam verilməklə ünvan 2 ünvanında yerləşən mənzilin boşaldılması göstərilmişdir. 14 fevral 2025-ci il tarixə təyin edilmiş məcburi icra prosesi zamanı həmin mənzilin boşaldılması mümkün olmamışdır. Belə ki, icra sənədində göstərilən ünvanda olduqları zaman həmin evin iki mərtəbədən ibarət olduğu borcluların bildirməsinə görə həmin mənzildə sonradan inşa edilən ikinci mərtəbənin onların öz şəxsi vəsaitləri hesabına tikildiyi, borcluların bildirməsinə görə ikinci mərtəbədə borclulara məxsus şəxsi əşyalarının olması müəyyən edilmişdir. Borclular icra sənədində göstərilən ünvanın birinci mərtəbəsinin boşaldılmasına və tələbkara təhvil verilməsinə qarşı heç bir etirazlarının olmadığını, lakin öz vəsaitləri hesabına sonradan inşa edilmiş və həmin mənzilin ikinci mərtəbəsində yerləşən iki otaqdan ibarət mənzili isə tələbkara təhvil vermək istəmədiklərini bildirmişlər. Həmçinin iş üzrə Borclu izahatında bildirmişdir ki, sözügedən ünvanın üzərində tikilmiş özbaşına tikili onun öz vəsaiti hesabına inşa edilmiş və hazırda qeyd olunan özbaşına tikilidə ona və digər borclulara məxsus şəxsi əşyalar saxlanılır. Tələbkar isə öz növbəsində icra sənədində göstərilən ünvanda sonradan inşa edilmiş özbaşına tikili olan ikinci mərtəbənin də ümumilikdə Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi,ev 143-ün tərkib hissəsi olduğunu əsas gətirərək birinci və ikinci mərtəbədə olan mənzilin ona tam şəkildə təhvil verilməsini bildirmişdir. Belə olduqda icra sənədinin icrasında çətinliklər yaranmışdır. Nəticə olaraq, icra sənədində göstərilən Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi,ev 143 ünvanı üzərində borclu tərəfindən (borcluların bildirməsinə görə sonradan inşa edilmiş özbaşına tikilinin Bakışəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi,ev 143 ünvanının tərkib hissəsi olub-olmamasının,aid olduğu halda borclu tərəfindən (borcluların bildirməsinə görə) sonradan inşa edilmiş özbaşına tikilinin tələbkara təhvil verilib-verilməməsi hissəsində izah verilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə isə qeyd olunan müraciətlərin nədən ibarət olmasını səhv başa düşərək elə zənn etmişdir ki, borclu və icra məmuru ondan qətnamənin mahiyyətini dəyişdirilməsi tələbini edirlər. Çünki, məhkəmə qərardadın təsviri-əsaslandırıcı hissəsində belə qeyd edir. O həmçinin qeyd edir ki, Borclu artıq tikililərin mülkiyyətinə keçirilməsi barədə Nəsimi məhkəməsində iddia belə qaldırmışdır. İş məhkəmənin icraatındadır. Borclu bu əmlaklar üzərində gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə bunu bilə-bilə qəbul etdiyi qərardadla mahiyyətdən kənara çıxmış, dolayısı yolla artıq Borclu məxsus olan tikililəri də tələbkara vermişdir. Ona görə də qərardad ləğv olunmalıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8(006)- 125/2025 saylı qərardadı ləğv edilməli, iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 230.1-ci və 230.2-ci maddələrinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın 168-ci bəndinə əsasən, MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). MPM-in 230-cu maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPM-in 236-1-ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir. Göründüyü kimi, qətnaməyə izah verilməsi barədə ərizəyə qətnamənin icrası qaydasında icraat üzrə “8” indeksi üzrə deyil, qətnamənin çıxarıldığı müvafiq işin davamı kimi həmin işin nömrəsi ilə qeydə alınmaqla baxılır. Kollegiya qeyd edir ki, izah barədə ərizəyə onun aid olduğu müvafiq işin davamı kimi, həmin iş materilalarına əlavə olunmaqla baxılması izahın tam, hərtərəfli və obyektiv həllinə, irəli sürülmüş dəlillərin iş materialları ilə birlikdə araşdırılmasına yönəlmişdir. Əks hal isə (yəni izah barədə ərizəyə ayrıca icraatda, “8” indeksi üzrə baxılması) onun mahiyyətinə uyğun olmamaqla, qanunvericiliyin tələblərinə də uyğun deyildir. Hazırki işdən isə görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)103/2025 saylı qərardadı ilə qətnaməyə və icra vərəqəsinə izah verilməsi barədə ərizələr üzrə işlər bir icraatda birləşdirilmiş və 8(006)-125/2025 nömrəsi verilmişdir. Birinci instansiya məhkəməsi isə qanunvericiliyin qeyd müddəalarını nəzərə almamış, nəticədə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə olan halda, yəni məhkəmə izah barədə ərizənin təmin olunmaması nəticəsinə gəlsə də, izah verilməsi tələb olunan qətnamənin aid olduğu iş materialları olmadan məhkəmənin konkret olaraq nəyə əsasən bu qənaətə gəlməsi qeyri-müəyyənlik yaratmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual hüquq normalarının tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8(006)-125/2025 saylı qərardadı ləğv edilməli, icraat materialı ərizələrə yuxarıda qeyd olunan qaydada yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 8(006)- 125/2025 saylı qərardadı ləğv edilsin. İcraat materialı borclu və icra məmuru tərəfindən verilmiş ərizələrə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar