Məhkəmə qərarları › İş №8(103)-382/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-382/2021

29.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-382/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərardadından "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən Borclu ümumilikdə 3282,90 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsinə dair 27 aprel 2021-ci il tarixdə icra qeydi aparılmış, icra qeydi Xətai rayon icra şöbəsinə göndərilmiş, icra məmurunun 08 may 2021-ci il tarixli qərarı ilə borclunun vəfat etdiyi əsas gətirilərək icra sənədinin icraatına xitam verilmişdir. Həmin qərardan şikayət verən "xxxx" ASC-nin nümayəndəsi şikayətini belə əsaslandırmışdır ki, icra məmuru borclunun ölümündən sonra vərəsəlik işinin açılıbaçılmaması barədə məlumatın əldə edilməsi üçün sorğular etməmiş, borclunun əmlak vəziyyəti, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın olub-olmamasını araşdırmamış, əsassız olaraq xitam barədə qərar qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, həmin qərardaddan "xxxx" ASC-nin nümayəndəsinin verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, icra məmuru isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 20.1.3-cü maddəsinə görə, tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 31-ci maddəsinə görə isə, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Qanunun mənasına görə, icra məmuru o halda icra icraatının ölmüş tərəfini onun vərəsəsi ilə əvəz etməlidir ki, icra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmiş olsun və tələbkar (borclu) icra icraatı başlandıqdan sonra vəfat etsin. Hazırda baxılan işin hallarından aydın olur ki, Borclu 13.06.2020-ci il tarixdə, yəni icra qeydinin aparıldığı 27.04.2021-ci il tarixindən əvvəl vəfat etmişdir; vəfat etmiş şəxsin barəsində isə icra qeydi aparılması, onun icra icraatında tərəf olması, mülki hüquq və vəzifələr daşıması mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-471/2021 saylı iş üzrə 16 iyun 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar