Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-382/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi (tələbkar) X1 “icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsinə dair” şikayəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar X4, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli, 2(103)-3226/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-906/2024 saylı qətnamə qüvvədə saxlanılaraq, xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli, 2(103)- 3226/2024 saylı məhkəmə aktının icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə yönləndirilmişdir. xx.xx.2024-cü il tarixli, 2(103)-3226/2024 saylı Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 icraatına daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə həmin icra məmuru Tələbkar İB-nə müvafiq məhkəmə qətnaməsinin 10 gün müddətində könüllü icra olunması haqqında bildiriş göndərilmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə Tələbkar İB-nə daxil olsa da könüllü icra edilmədiyi üçün xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunu Tələbkar İB-nə şəxsən təqdim etmişdir. Tələbkar İB xx.xx.2024-cü il tarixdə 1 aya yaxın müddətdə tələbkarın işə bərpa olunması haqqında əmr imzalamışdır. İcra məmuru Heydərli Şaiq bunu rəhbər tutuaraq icraata xitam verilməsi haqqında xx.xx.2024cü il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, işə bərpa olunmasına baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində bu gündə işsiz olaraq qeydiyyatdadır. Eyni zamanda əmək kitabçası qanunsuz olaraq düzgün doldurulmayıb. Bununla bağlı X5 müraciət etmiş, lakin nəzərə alınmamışdır. Digər tərəfədən Tələbkar İB-nin mühasibatlığı əmək haqqı, məzuniyyət haqqı və məcburi işburaxmaya görə məcburi haqqı qanunsuz olaraq düzgün hesablanmayıb. Ona görə də Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3226/2024-004 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Tələbkar qeyd olunan qəraddaddan şikayət verərək göstərmişdir ki, məhkəmə tərəfindən nəticə etibarlı ilə şikayəti təmin olunsa da, qərardadın əsaslandırıcı hissəsində işin bütün faktiki halları öz əksini tapmamış, şikayətində göstərilən dəlillərindən ikisinə, yəni əmək kitabçasının qanunvericiliyin tələblərinə uyğun formada doldurulmamasa və məcburi işburaxma ilə bağlı hesablanan ödənişlərin borclu müəssiəsənin mühasibatlığı tərəfindən düzgün hesablanmamasına lazımi hüquqi qiymət verilməmiş, həmin dəlillər tam və hərtərəfli araşdırlmamışdır. Bu səbəbdən də, şikayətin həmin dəlilləri üzrə də müvafiq araşdırmanın aparılmasını, şikayətinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2025ci il tarixli, 8(011)-39/2025 saylı qərardadı ləğv edilmiş, tələbkar X1 Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə baxılması üçün məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 15:40-a təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Əminə Abbasova) tələbkar X1 Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməmişdir. Tələbkar həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, şikayətinin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə işə bərpa tələbi təmin olunmuş, qətnamə icraya yönəldilmiş, lakin icra məmuru qətnamə tam icra olunmadan icraata xitam verilməsi barədə qərar qəbul emiş, həmin qərardan birinci instansiya məhkəməsinə şikayət vermişdir. İlkin olaraq, birinci instansiya məhkəməsi şikayəti təmin edərək icra məmurunun qərarını ləğv etmiş, lakin ərizəçinin şikayətdə göstərdiyi digər iki dəlil üzrə, yəni əmək kitabçasının qanunvericiliyin tələblərinə uyğun formada doldurulmaması və məcburi işburaxma ilə bağlı hesablanan ödənişlərin borclu müəssiəsənin mühasibatlığı tərəfindən düzgün hesablanmamasına münasibət bildirməmiş, həmin istiqamətdə qərardadın əsaslandırma hissəsində hər hansı hüquqi qiymətləndirmə aparılmamışdır. Belə olan halda, tələbkar ümumilikdə qərardadın nəticə hissəsindən narazı olmamış, yalnız qeyd etdiyi istiqamətlər üzrə araşdırma aparılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi şikayətin dəlillərinə əhəmiyyət vermədən ilkin olaraq xx.xx.2025-ci il tarixdə qərardadı ilə təmin etdiyi hissədə də öz mövqeyinə zidd olaraq yeni qərar qəbul etmişdir. Bununla da, şikayətin dəlillərindən kənara çıxılmış, prosessual hüquq normalarının tələbləri pozulmuş, şikayəti obyektiv, hərtəfli və tam şəkildə araşdırlmamış, tələbkarın ədalətli məhkəməyə olan hüququ pozulmuşdur. Qeyd olunanlara əsasən, şikayətinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququna əsasən məhkəmə qərarının icrası AİHK-nın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Həmçinin qeyd edilməlidir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «İcra məmurları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. İşdən görünür kimi, tələbkar məhkəmə qərarının (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3226/2024 saylı icra vərəqəsi üzrə) tam icra olunmamasını bildirməklə, icra məmurunun icraata xitam qərarını mübahisələndirmişdir. Şikayət dəlilləri isə bir neçə hissədən ibarət olmaqla, işə bərpa əmrinin elektron sistemdə qeydə alınmaması (sistemdə işsiz kimi qeydiyyatda olması), əmək kitabçasının dügün doldurulmaması, ödənişlərin düzgün hesablanmaması və s. olmuşdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi ilkin olaraq tələbkarın şikayətini qismən təmin etmiş, icraata xitam verilməsi barədə icra məmurunun qərarını ləğv edərək, icra icraatının davam etdirilməli olması nəticəsinə gəlmişdir. Həmin qərar nə borclu, nə də icra məmuru tərəfindən mübahisələndirilməmiş, tələbkar isə qərardadın nəticə hissəsindən razı qalsa da, əsaslandırıcı hissədə digər dəlillərinin (əmək kitabçasının düzgün doldurulmaması, ödənişlərin tam verilməməsi) təmin olunmamasından narazı qalaraq qərardaddan şikayət vermişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi şikayətin həddini dəqiq müəyyən etməmiş, qərardadın qismən mübahisələndirilməsini nəzərə almamış, nəticədə xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata xitam qərarından verilmiş şikayəti ümumiyyətlə təmin etməmişdir. Göründüyü kimi, iş üzrə borclunun və icra məmurunun ilkin qərardaddan şikayəti olmadığı halada, birinci instansiya məhkəməsi şikayətin dəlillərindən kənara çıxmaqla, prosessual qanunvericliyin tələblərini pozmuşdur. Bununla yanaşı, birinci instansiya məhkəməsi zərurət olduğu halda, mübahisəli məsələni tərəflərin (tələbkar və borclu), habelə icra məmurunun birgə iştirakı ilə (icra işi tələb olunmaqla), onların dinlinilmə hüquqlarının təmin olunması şəraitində araşdırmamış, habelə icra məmuru tərəfindən müvafiq pul ödənişlərinin borclu tərəfindən düzgün hesablanıb ödənilməsini necə müəyyən etməsini, ödənişlərlə bağlı mübahisə olduğu halda isə mütəxissisin cəlb olunub-olunmamasını yoxlamamışdır. Qeyd edilməlidir ki, məhkəmə qərarının icrasına nəzarət isə daima məhkəmənin diqqət mərkəzində olmalı, bu sahədə ona edilən müraciətlər üzrə tam, hərtərəfli və çevik araşdırma aparılması, adekvat qərarlar qəbul edilməlidir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Qanunun 40-cı maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi (tələbkar) X1 “icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsinə dair” şikayəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayət qismən təmin olunmasın. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunsun, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-382/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-382/2025
29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver