Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-383/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlunun və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, Borclu LPO «xxxxxxxxxxxxx» KB QSC-nin ləğvedicisi X1 Nəsimi Rayon İcra və Probasiya şöbəsinin «İcraata başlamaq haqqında» xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(006)-116/2020 saylı qərardadından LPO «xxxxxxxxxxxxx» KB QSC-nin ləğvedicisi X3 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC-nin ləğvedicisi X3 məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun «icraata başlamaq haqqında» xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2019-007 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X4 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil girovdan (ipoteka yüklülüyündən) azad edilmişdir. Sözügedən icra sənədi ərazi aidiyyəti üzrə icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru Cəlaləddin Əliyev xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edərək xx.xx.2020-ci il tarixli məktubla cavabdehə tələbin könüllü icrası haqqında xəbərdarlıq göndərmişdir. İcra məmurunun qərarı qanunsuz və əsassız olmaqla, QSC «xxxxxxxxxxxxx» KB-nin qanuni maraq və mənafelərinə ziddir. Yuxarıda qeyd edilən ipoteka predmeti üzrə kredit öhdəliyi bu günədək QSC «xxxxxxxxxxxxx» KB-nin qarşısında yerinə yetirilməmişdir. Hazırda iflas proseduru çərçivəsində ləğvetmədə olan QSC «xxxxxxxxxxxxx» KB-nin kreditor tələbləri «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq qeydə alınmış kreditorları qarşısında öhdəliklərini yerinə yetirməsinin təmin edilməsi debitor borcların vaxtında geri qaytarılmasının təmin edilməsindən asılıdır. Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2019-007 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilərək icraatın dayandırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(006)-116/2020 saylı qərardadı ilə (hakim Rəşid Səmədov) şikayət təmin edilməmişdir. LPO «xxxxxxxxxxxxx» KB QSC-nin ləğvedicisi X3 həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib,şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Nəsimi Rayon İcra və Probasiya şöbəsinin (icra məmuru Cəlaləddin Əliyev) «icraata başlamaq haqqında» xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə qəbul edilmişdir. «İcra haqqında» Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Bu hal icra məmurunun qanundan irəli gələn vəzifəsi kimi müəyyən edilmişdir. Şikayətdə icra icraatının dayandırılmalı olması qeyd edilsə də, həmin məsələ İcraata başlamaq haqqında qərardan şikayət verilməsi yolu ilə həll oluna bilməz (İcra sənədi üzrə icraatın dayandılması əsasları və qaydası «İcra haqqında» Qanunla dəqiq tənzimlənmişdir). Göründüyü kimi, şikayəti əsaslandırmamış, şikayətdə göstərilən dəlillər qərarın ləğvinə əsas təşkil etmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu LPO «xxxxxxxxxxxxx» KB QSC-nin ləğvedicisi X1 Nəsimi Rayon İcra və Probasiya şöbəsinin «İcraata başlamaq haqqında» xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(006)-116/2020 saylı qərardadından LPO «xxxxxxxxxxxxx» KB QSC-nin ləğvedicisi X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 8(006)- 116/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski
Məhkəmə qərarları › İş №8(103)-383/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-383/2020
22.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver