Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-383/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, X1, onun nümayəndəsi X8, Maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, eyni zamanda vəkili X4 iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-208/2021 saylı, 18 may 2021ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 ərizə ilə məhkəməyə müraciət edərək, borclu "xxxx" firmasına məxsus və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixii qərardadına əsasən üzərinə həbs qoyulmuş və 05 iyul 2019-cu il tarixdə 211.000 (iki yüz on bir min) manat dəyərində qiymətləndirilmiş (Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, HANGHZOU şirkətinin istehsalı olan 10 ədəd ekskalator və 1 ədəd JTALİAR lift) daşınar əmlak onlara təklif olunmaqla, ondan imtina edildiyi halda 3 (üç) ay ərzində satışa çıxarılıb satılması vəzifəsinin Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş və icrası Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş 2(103)-6787/2018 nömrəli 04 iyul 2018-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" firmasından 328.500 (üç yüz iyirmi səkkiz min beş yüz) manat dəyərində pul məbləği onun xeyrinə tutulmalıdır. Bundan əvvəl məhkəmə zamanı müraciətinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qərardadı ilə "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv.metrdən ibarət 5 mərtəbəli hüquqların qabaqcadan qeydiyyatına əsasən 24 oktyabr 2010-cu ildə ********** nömrə altında qeydiyyata alınmış və 30 avqust 2013-cü il tarixli müqaviləyə əsasən tərəfindən dəyəri ödənilmiş daşınmaz əmlakın 69 kv.metr sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 22 oktyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən icra sənədi üzrə icraat başlanaraq borcluya qanunvericiliyin tələbinə görə könüllü icra üçün 10 (on) gün müddət verilmiş, bu müddət ərzində icra edilmədikdə isə borclu barədə məcburi icra tədbirlərinin görülməsi, o cümlədən borclunun əmlakının siyahıya alınaraq üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərar tərəf kimi onlara yalnız 15 yanvar 2018-ci il tarixdə təqdim edilmişdir. Qərarın qəbul etmə vaxtından 2 (iki) ildən çox müddət keçməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü icra edilməmiş və icra işi üzrə də heç bir məcburi icra tədbirləri 1 (bir) il 6 (altı) ay ərzində həyata keçirilməmişdir. Dəfələrlə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 və şöbənin rəisi Zaur Abdullayevin yanında olaraq onlardan icra işi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin edilməsini xahiş etsə də, onlar hər dəfə ona bunu edəcəkləri barədə vədlər vermişlər, lakin bu günə kimi heç bir tədbir görülməmişdir. Bundan əlavə, borclu "xxxx" firmasına qarşı 122.752 (bir yüz iyirmi iki min yeddi yüz əlli iki) manat məbləğində borc tələbinə dair digər tələbkar Aysel Ələkbərovanın işi ilə bağlı borclunun bir neçə daşınar əmlakı (Çin istehsalı olan CTNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, HANGHZOU şirkətinin istehsalı olan 10 ədəd ekskalator və 1 ədəd JİALİAR lifti) aşkar olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulub 05 iyul 2019-cu ildə 211.000 (iki yüz on bir min) manat dəyərində qiymətləndirilsə də, qanuna əsasən nə tələbkarlara təklif edilməmiş, nə də ki satılmamışdır. Göründüyü kimi, icra məmuru Qanunun 53-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq "xxxx" firmasına məxsus olan üzərlərinə həbs qoyulmuş nə 69 kv.metr sahədən ibarət daşınmaz əmlakı, nə də ki borcluya məxsus yuxarıda qeyd edilən daşınar əmlakları indiyə qədər bir tələbkar kimi ona təklif etməmiş və ya satışa çıxarmamışdır, baxmayaraq ki, bu onun qanunvericilikdə nəzərdə tutulan birbaşa vəzifəsidir. İcra məmurunun qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş idarəsinə müraciət edilsə də, bunun müsbət bir nəticəsi olmamışdır. Bundan sonra icra məmuru X6 21 yanvar 2020-ci il tarixli qərarı ilə borclu "xxxx" firmasına qarşı olan bir neçə tələbkarın, o cümlədən də onların işi bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 8(005)- 397/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş və 05 iyul 2019-cu il tarixdə 211.000 (iki yüz on bir min) manat dəyərində qiymətləndirilmiş (Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, HANGHZOU şirkətinin istehsalı olan 10 ədəd ekskalator və 1 ədəd JTALİAR lift) daşınar əmlakın X7 təklif olunmaqla, ondan imtina edildiyi halda 3 (üç) ay ərzində satışa çıxarılıb satılması vəzifəsinin Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 üzərinə vəzifə olaraq qoyulması barədə X1 şikayət ərizəsi təmin edilməmişdir. X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 8(005)-397/2020 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi, borclu "xxxx" firmasına məxsus olan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş və 05 iyul 2019-cu il tarixdə 211.000 (iki yüz on bir min) manat dəyərində qiymətləndirilmiş (Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, HANGHZOU şirkətinin istehsalı olan 10 ədəd ekskalator və 1 ədəd JTALİAR lift) daşınar əmlakın X7 təklif olunmaqla, ondan imtina edildiyi halda 3 (üç) ay ərzində satışa çıxarılıb satılması vəzifəsinin Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 üzərinə vəzifə olaraq qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 8(005)- 397/2020 nömrəli qərardadı ilə X1 Bak şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 8(005)-397/2020 nömrəli qərardadından verdiyi şikayət təmin edilməyərək, şikayətin müvafiq işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli 8(103)-461/2020 nömrəli qərardadı ilə ərizəçi X5 “Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 hərəkətsizliyi” barədə şikayət ərizəsi üzrə Bak şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 8(005)-397/2020 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bak şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 8(005)-397/2020 nömrəli qərardadı ləğv edilərək, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli 8(005)- 397/2020 nömrəli qərardadı ilə X1 Bak şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli 8(005)-397/2020 nömrəli qərardadından verdiyi şikayət təmin edilməyərək, şikayətin müvafiq işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli 8(103)-71/2021 nömrəli qərardadı ilə ərizəçi X5 “Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 hərəkətsizliyi” barədə şikayət ərizəsi üzrə Bak şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli 8(005)-397/2020 nömrəli qərardadı ləğv edilərək, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-208/2021 saylı, 18 may 2021ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş və 05 iyul 2019-cu il tarixdə 211.000 (iki yüz on bir min) manat dəyərində qiymətləndirilmiş (Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, HANGHZOU şirkətinin istehsalı olan 10 ədəd ekskalator və 1 ədəd JTALİAR lift) daşınar əmlakın X2na təklif olunmaqla, ondan imtina edildiyi halda 3 (üç) ay ərzində satışa çıxarılıb satılması vəzifəsinin Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 üzərinə vəzifə olaraq qoyulması barədə X1 şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar tərəfindən verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-208/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən tələbkar və onun nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi, eyni zamanda vəkili M.Mustafayev şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış icra sənədi üzrə borclunun nümayəndəsi məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudov tərəfindən 16.02.2021-ci il tarixli 2(010)-1720/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,2704 ha sahəsi olan torpaq sahəsi xüsusi mülkiyyət növü üzrə "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 262 nömrəli reyestr kitabının 24372 nömrəli vərəqində 16 iyun 2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,2704 ha sahəsi olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 16.100,5 kv.metr və əsas sahəsi 16.043,1 kv.metr olan beş mərətəbəli və zirzəmisi olan qeyri-yaşayış binası "xxxx" firmasının adına daşınmaz əmlak üzərindəki hüququn daşınmaz əmlakın dövlət reyestində 29 nömrəli reyestr kitabının 2725 nömrəli vərəqində 24 dekabr 2010-cu il tarixdə qabaqcadan qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası və 0,2704 ha sahəsi olan torpaq sahəsi xüsusi mülkiyyət növü üzrə "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2725 nömrəli vərəqində 09 iyul 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 22 oktyabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6787/2018 nömrəli, 04 iyul 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan müvafiq tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu şəxs "xxxx" firmasına qeyd edilən tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 490/2019 nömrəli 02 iyul 2019-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3629/2017 nömrəli 11 oktyabr 2017-ci il tarixli borclu "xxxx" firmasına məxsus Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, HANGHZOU şirkətinin istehsalı olan 10 ədəd ekskalator və 1 ədəd JTALİAR liftin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" Qiymətləndirmə və X3 Cəmiyyətinin avadanlıqların qiymətləndirilməsi barədə 05 iyul 2019-cu il tarixli R01/58/19 nömrəli ekspert rəyinin surətindən görünür ki, "xxxx" firmasına məxsus avadanlıqların bazar dəyəri 211.000 (iki yüz on bir min) manat məbləğində müəyyən ounduğu təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" firmasının xxxxna qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2-2(102)-285/2019 nömrəli qərarının surətindən görünür ki, müvafiq qərar ilə iddiaçı "xxxx" firması və üçüncü şəxs Ağa-zadə Afət Rəşid qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya şikayətin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan “İpoteka saxlayan” "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 2.1.2-ci bəndindən göründüyü kimi kreditin təyinatı ünvan 1 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması olmuşdur. (mülki iş, İ cild səh 102) Birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə "xxxx" Firması arasında əmlakın mübahisələndirilməsi ilə bağlı məhkəmə mübahisəsi yaranmamışdan əvvəl Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, HANGHZOU şirkətinin istehsalı olan 10 ədəd ekskalator və 1 ədəd JTALİAR lift) daşınar əmlak həmin mübahisəli 16100,5 kv.m olan qeyri-yaşayış binasında quraşdırılmışdır. Bu hal Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarında iş üzrə müəyyən edilmiş əsaslardan da aydın olur ki, həmin sahədə tikinti quraşdırma işləri başa çatmış, mübahisəli sahə ilə bağlı digər şəxslərlə müqavilə bağlanmışdır. Həmin qərardan o da görünür ki, əvvəlki apelyasiya araşdırması zamanı məhkəmə iclasında izahat verən ekspert N.İbrahimov məhkəmə iclasında tutmanın yönəldiyi ipotekaya qoyulmuş əmlak qiymətləndirilərkən qeyri-yaşayış sahəsinə hətta torpaq da daxil olmaqla ümumlikdə vahid qiymət qoyulduğunu bildirmişdir. Mülki Məcəllənin 135.9-cu maddəsində qeyd edilir ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Həmin Məcəllənin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Göründüyü kimi 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka verilməsinin məqsədi ticarət və əyləncə Mərkəzində təmir, tikinti ilə yanaşı quraşdırma işlərinin olması və qeyd edilən digər əsaslar belə nəticəyə gəlməyə əsas verir ki, ərizəçinin qeyd etdiyi və tələb etdiyi üzərinə həbs qoyulmuş əşyalar məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mübahisəli sahənin tərkib hissəsidir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə dair hüququ, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun ləvazimatına da şamil edilir. İpoteka predmetindən istifadə nəticəsində əldə edilmiş bəhərə, məhsula və gəlirə ipoteka hüququ ipoteka müqaviləsində nəzərdə tutulmuş hallarda şamil edilir. . Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. İpoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. Daşınmaz əmlakın ləvazimatı olan daşınar əmlaka dair həmin daşınmaz əmlakın ipoteka saxlayanı ilə daşınar əmlakın yüklülük sahibinin tələblərinin ödənilməsi “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən üstünlük hüququ nəzərə alınmaqla həyata keçirilir. Qeyd olunan normanın tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş və 05 iyul 2019-cu il tarixdə 211.000 (iki yüz on bir min) manat dəyərində qiymətləndirilmiş (Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, HANGHZOU şirkətinin istehsalı olan 10 ədəd ekskalator və 1 ədəd JTALİAR lift) daşınar əmlaklar məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mübahisəli sahənin tərkib hissəsi olmaqla həmin əmlaklar dair tələbkarın hər hansı üstünlük hüququ mövcud olmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151,153,363-264,267, 268, 308 və 398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-208/2021 saylı, 18 may 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №8(103)-383/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-383/2021
28.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver