Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-384/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Tələbkar X2, Borclu Tələbkar və onun vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)- 158/2020 saylı qərardadından borclu Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(007)- 636/2018 saylı icra sənədinə əsasən X3 övladı xx xxxxxxxx 2014-cü il təvəllüdlü X1 ilə ünsiyyət saxlaması üçün hər həftənin şənbə günü saat 12:00-dan saat 17:00-dək görüş vaxtı təyin edilmişdir. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(007)- 636/2018 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4cü maddəsinə əsasən icrası mümkün olmayan icra sənədi kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə geri qaytarılmışdır. Tələbkar X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, borclu Tələbkar məhkəmə qətnaməsinin icrasına ardıcıl surətdə mane olmuş, onun uşaqla ünsiyyətinə maneçilik törətmiş, icra məmuru isə icra sənədinin icrası ilə bağlı zəruri olan bütün tədbirləri görmədən icra sənədini geri qaytarmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)- 158/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, icra məmurunun xx xxxx 2020-ci il tarixli qərarı ləğv olunmuş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək şikayətini belə əsaslandırmışdır ki, uşağın öz atası ilə görüşmək istəməməsinin səbəbləri araşdırılmamış, uşaq və valideynlərin hər ikisi ilə söhbətlər aparılmamışdır. X4 ilə söhbət aparan psixoloq da müəyyən etmişdir ki, uşaq hazırkı vəziyyətdə ata ilə görüşə hazır deyildir. Hazırda uşaq həkim-psixiatr müalicəsindədir. Uşaq nəinki atası ilə, heç kimlə ünsiyyət qura bilmir. Məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilən zaman uşağın iztirab və gərginlik keçirdiyini açıq-aydın görmək olur. O heç vaxt qızının atası ilə görüşməsinə etiraz etməmişdir. Lakin hazırkı vəziyyətdə uşağının gərgin psixiloji vəziyyətdən çıxması üçün müəyyən vaxt lazımdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)- 158/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu və onun nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, tələbkar isə şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)-158/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Eyni Qanunun 70.4.-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(007)-636/2018 saylı icra sənədinin məhkəməyə geri qaytarılması üçün əsaslar yoxdur. Belə ki, uşağın atası ilə görüşmək istəməməsinin səbəbləri araşdırılmamış, uşaq və valideynlərin hər ikisi ilə söhbətlər aparılmamışdır. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsi tərəfindən müraciət olunan mərkəz tərəfindən mövcud məsələ ilə bağlı rəyin verilməsi təmin edilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş aktlardan da görünür ki, borclu tərəfindən icra sənədinin icrasına maneələr yaradılmış, atanın uşağı ilə ünsiyyətdə olmaq hüququ təmin edilməmişdir. İcra məmuru icra sənədinin icrasını təmin etmək üçün zəruri olan bütün tədbirləri görmədən icra sənədini məhkəməyə qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun şikayətini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)- 158/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-384/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-384/2020
22.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver