Məhkəmə qərarları › İş №8(103)-385/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-385/2020

29.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-385/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Tələbkar, Ərizəçi “xxxxxxxxxxx” X1 nümayəndəsi X2 iştirakı ilə, “xxxxxxxxxxx” X3 tərəfindən əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə verilmiş ərizəyə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)- 386/2020 saylı qərardadından “xxxxxxxxxxx” X1 şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi (icra məmuru İlqar Allahverdiyev) icra sənədinin icrası ilə bağlı borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2292/2018 saylı icra sənədinə əsasən Borclu 47500 ABŞ dolları və 30 manat Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi üzrə başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin həmin ünvanda zəruri ev əşyalarından başqa ona məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Eyni zamanda müvafiq orqanlara sorğular edilmiş və Borclu mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qasəbəsi, llyas Aslanov küçəsində yerləşən əsas sahəsi 946.9 kv.m olan əmlak kompleksinin və Bakı şəhəri, Sabunçu rayonu, Z.Bünyadov prospekti, 99 saylı ünvanda yerləşən qeyriyaşayış binasının olduğu müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 8(004)- 1796/2018 nömrəli qərardadla təqdimat təmin edilmiş, icra sənədi üzrə tələbin yönəldilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qasəbəsi, İlyas Aslanov küçəsində yerləşən əsas sahəsi 946.9 kv.m olan əmlak kompleksinin və Bakı şəhəri, Sabunçu rayonu, Z.Bünyadov prospekti, 99 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır. «xxxxxxxxxxx» X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1796/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadının qismən, yəni Borclu mülkiyyətində olan və «xxxxxxxxxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsində yerləşən əsas sahəsi 946,9 kv.m olan əmlak kompleksinə münasibətdə ləğv olunmasını və həmin əmlak kompleksinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 8(004)- 572/2019 saylı qərardadı ilə «xxxxxxxxxxx» QSC-nin ərizəsi təmin edilməmişdir. «xxxxxxxxxxx» QSC qeyd edilən qərardadından şikayət vermiş, şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(103)-691/2019 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (protokola qeyd edilməklə) «xxxxxxxxxxx» QSC maraqlarına toxunan şəxs qismində işə cəlb edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(004)- 572/2019 saylı qərardadı ilə «xxxxxxxxxxx» QSC-nin ərizəsi yenidən təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(103)-94/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, mülki iş ərizəyə yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(004)- 386/2020 saylı qərardadı ilə «xxxxxxxxxxx» QSC-nin ərizəsi təmin olunmamışdır. Ərizəçi «xxxxxxxxxxx» QSC şikayət verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işi düzgün araşdırmamış və “xxxxxxxxxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakın üzərinə 3-cü şəxsin xeyrinə həbs qoymuşdur. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(004)-2292/2018 saylı icra sənədində Borclu 47.500 ABŞ dolları və 30 manat Tələbkar xeyrinə tutulması göstərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1796/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2292/2018 saylı icra sənədi üzrə tələbin yönəldilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsində yerləşən əsas sahəsi 946.9 kv.m olan əmlak kompleksinin və Bakı şəhəri, Sabunçu rayonu, Z.Bünyadov prospekti, 99 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu Tələbkar olan 47.500,00 ABŞ dolları və 30 manat borcunun müqabilində Bakı şəhəri, Sabunçu rayonu, Z.Bünyadov prospekti, 99 saylı ünvanda yerləşən qeyri-yaşayış binasına yönədilməsi daha məqsədəuyğundur çünki, həmin əmlakın dəyəri hesab edir ki, borclunun tələbkara olan borcundan dəfələrlə çoxdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki. borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Göründüyü kimi qanunvericilik birbaşa ipoteka saxlayının ipotekada olan əmlak üzərində üstünlük hüquqlarını olduğunu qeyd edir. «İpoteka haqqında» Azərbayan Respublikasının Qanununun 7.3-cü maddəsinə əsasən ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. Qanunun bu tələbinə nəzər yetirilsə görünür ki, yəni ipoteka qoyanın ipoteka saxlayana borcu tam ödənildikdən sonra 3-cü şəxs(lər)in xeyrinə tələb əmlak üzərinə yönəldilə bilər. Borclu “xxxxxxxxxxx” QSC-yə cəmi 6.260.894,63 manat (əsas borc 3.957.521,54 manat, faiz borcu 2.303.373,09 manat) borcu var və borcun qarşılığında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsində yerləşən əsas sahəsi 946,9 kv.m olan əmlak kompleksi “xxxxxxxxxxxxxxx” MMC tərəfindən 2.224.000 manat dəyərində qiymətləndirilmişdir. Göründüyü kimi həmin kompleksin dəyəri Borclu “xxxxxxxxxxx” QSC-yə olan borcunu tam ödəmir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(004)- 386/2020 saylı qərardadı ilə «xxxxxxxxxxx» QSC-nin şikayəti təmin olunmamış və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı ərizəçi «xxxxxxxxxxx» QSC-nin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Tələbkar şikayətə etiraz edərə təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış borclu və icra məmuru məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasın həmin şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsiməcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Həmin Qanunun 54.1ci maddəsinə əsasən icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən girov predmeti olan əşya tutmanın ona yönəldilməsi və ya cinayət törətmək üstündə sanksiya şəklində girov qoyandan qanunla müəyyənləşdirilmiş qaydada alındıqda girov saxlayan həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İş materialları əsasında müəyyən edilmişdir, ünvan 3 ünvanında istifadədə olan 0.3675 ha torpaq sahəsində yerləşən 1734.6 kv.m ümumi, 946.9 kv.m əsas sahədən ibarət əmlak kompleksi kimi qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Borclu adına xx.xx.2006-cı il tarixdə daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka saxlayan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC, ipoteka qoyan Borclu və borcalan “Best” fərdi şəxsi firması arasında bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən, həmin tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 1174 nörməli; xx.xx.2007-ci il tarixli, 1241 nömrəli və xx.xx.2008-ci il tarixli, 1296 nömrəli kredit müqavilələrinin təminatı kimi Borclu adına qeydiyyatdan keçən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, 10 ünvanında 0.3675 ha. torpaq sahəsində yerləşən ümumi sahəsi 1734.6 kv.m, əsas sahə 946.9 kv.m, qeyri-yaşayış sahəsi (əmlak kompleksi) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanının icrası ilə əlaqədar problemli aktivlər üzrə müvafiq sənədlərin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən “xxxxxxxxxxx” QSC-nin idarəetməsinə verilməsi ilə bağlı 50 nömrəli, xx.xx.2015-ci il tarixli təhvil-təslim aktına əsasən, borc alan “X5” Firması, borclu hüquqi şəxs olduğu halda onun rəhbəri Borclu, borclunun təhvil-təslim gününə olan borcu 6260894.63 manat təşkil etmişdir. Əmlak kompleksi kimi müəssisə xx.xx.2016-cı il tarixdə “xxxxxxxxxxx” QSC-nin xeyrinə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 1796/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadına əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-2292/2018 saylı icra sənədi üzrə tələbin yönəldilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qasəbəsi, İlyas Aslanov küçəsində yerləşən əsas sahəsi 946.9 kv.m olan əmlak kompleksinin və Bakı şəhəri, Sabunçu rayonu, Z.Bünyadov prospekti, 99 saylı ünvanda yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Nəqliyyat Nazirinin Azərbaycan Respublikasının Maliyyə Nazirinə ünvanladığı məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3974/2013 saylı, xx.xx.2013- cü il tarixli nömrəli iş üzrə qəbul edilmiş qərarına əsasən Böyük Şor yaşayış massivində inşa olunan stadionun ətrafında yolların, tunellərin və piyada keçidlərin tikintisi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Z.Bünyadov prospektində vətəndaş Borclu qeyri-yaşayış sahəsinə dəymiş ziyan 465500 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, ünvan 3 ünvanında yerləşən əmlak kompleksi ipoteka müqaviləsinə əsasən “xxxxxxxxxxx” QSC qarşısında ipoteka yüklü edilmiş və “xxxxxxxxxxx” QSC-nin borclunun digər kreditorlarına nisbətdə üstünlük hüququna malikdir. Bununla yanaşı, həmin əmlak kompleksi - ipoteka predmeti ilə təmin edilmiş öhdəlik üzrə kreditorun digər kreditorlara nisbətən üstün qaydada təminat alması həmin predmet üzərinə icra icraatı zamanı həbs qoyulmasını istisna etmir. Belə ki, “İpoteka haqqında” AR Qanununun 7.3-cü maddəsindən göründüyü kimi ipoteka haqqında qanunvericilik ipoteka predmetinə ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəlikləri üzrə tələblərinin yönəldilməsini istisna etmir və bunun qaydasını, habelə icra ardıcıllığını da, müəyyən edir. Beləliklə, digər icra sənədi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qasəbəsi, İlyas Aslanov küçəsində yerləşən əsas sahəsi 946.9 kv.m olan əmlak kompleksinin üzərində həbsin qalması ərizəçinin manafeyinə xələl gətirmir. Habelə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qüvvəyə minmiş qərardadı ilə əmlakın bir hissəsinə həbs qoyulmuşdur. Sözügedən əmlak kompleksi vahid əmlakdır, həmin əmlak üzərinə hissəvi həbs qoyulması, onun gələcəkdə ipoteka yüklülüyündən azad edilməsi halında, tutmanın həmin əmlaka yönəldilməsinin qeyri-mümkün edər. Bununla da, mübahisəli əmlakın bir hissəsinə həbs qoyulmasına dair müvafiq məhkəmə qərardadı öz əhəmiyyətini itirər. Bununla yanaşı, mübahisəli əmlak cavabdehin adına olan yeganə əmlakdır. Belə ki, Borclu adına olmuş Bakı şəhəri, Sabunçu rayonu, Z.Bünyadov prospektində yerləşmiş qeyri-yaşayış sahəsi dövlət ehtiyacları üçün kompensasiya alınaraq özgəninkiləşdirilmişdir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-386/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar