Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-386/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovaın katibliyi ilə, Borclu X5 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-228/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından vermiş olduğu şikayətəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu X1 rayon icra və probasiya şöbəsinin icra məmuru Türkay Yusiflinin “icra şöbəsinə gəlib icra sənədinə əsasən tələbi təmin edəsiniz” tələbinin qanunsuz hesab edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(011)-228/2020 saylı qərardadı ilə, X2 Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Türkay Yusiflinin “icra şöbəsinə gəlib icra sənədinə əsasən tələbi təmin edəsiniz” tələbinin qanunsuz hesab edilməsinə dair ərizəsi təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin həmin qərardadından borclu X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(011)-228/2020 saylı qərardadının ləğv edilməsi və onun şikayətinin təmin edilməsi, əks təqdirdə şikayətinə baxılması üçün işin apelyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Əliyeva (İmanova) Şəlalə Novruz qızından Tələbkar xeyrinə 4100 manat pulun tutulması müəyyən edilmişdir. Qətnamənin icra edilməsi Xətai rayon İcra və Probasiya Şöbəsinə tapşırılmış, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra işinin materiallarından görünür ki, o heç yerdə işləmir, işsiz kimi məşğulluq mərkəzində qeydiyyatdadır, müavinət almır, tələbin yönəldilə biləcək əmlakı yoxdur. Bir müddət keçdikdən sonra Xətai rayon icra və probasiya şöbəsi onu çağırmış, ondan izahat yazmağı tələb etmişlər. O buna etiraz etmiş və bildirmişdir ki, ilk növbədə icra məmuru tərəfindən qanuni tələb verilməlidir (İcra haqqında qanunun 84.1-ci maddəsi). Bundan sonra icra məmuru tərəfindən ona tələb verilmiş, tələbə əsasən “o icra şöbəsinə gəlib icra sənədinə əsasən tələbi təmin etməlidir”. Əks təqdirdə onu inzibati və sonradan cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. İcra məmuru ona bildirmişdir ki, icra sənədinə əsasən borclu özü icra sənədini icra etməlidir. Halbuki, hazırkı icra sənədinə əsasən borcluya müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətlərin yerinə yetirilməsindən imtina etmək vəzifəsi tapşırılmır. Hazırkı icra sənədinə əsasən, məhkəmə icra məmurundan borcludan müəyyən məbləği tutmaq vəzifəsi tapşırılmışdır. İcra məmuru tərəfindən ona qanuni tələb yazılı surətdə və rəsmi qaydada təqdim etmədən ondan icra işi ilə bağlı izahat tələb etməsi qanunları bilməməkdən və onları təcrübədə tətbiq edə bilməmək qabiliyyətindən və ya AR Qanunlarına etinasız yanaşmasından irəli gəlir. Hesab edir ki, icra məmuru tərəfindən verilmiş tələb qanunsuz hesab edilməlidir”. Ərizəçi Ş.Əliyeva həmçinin izahatında əlavə olaraq bildirdi ki, onun Tələbkar borcu vardır və bu barədə qəbul eduilmiş məhkəmə qətnaməsini mübahisələndirmir, lakin Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru onu günahlandırır ki, tələbi yerinə yetirmir, icra məmuru sorğu versin ki, onun hansı əmlakı vardır və icranı həmin əmlaka yönəltsin, onun isə heç bir əmlakı yoxdur, özü işsizdir, məşğulluq xidmətində işsiz vətəndaş kimi qeydiyyata alınıb, adına hər hansı əmlak, vəsait mövcud deyil, icra sənədi icra olunmadığı təqdirdə icra məmuru icra sənədini geri qaytarmalıdır, həmçinin icra məmuru qanuni tələb verməlidir, tələb yazılı surətdə tərtib edilməklə icra sənədinə uyğun olmalıdır, tələb borcluya rəsmi qaydada təqdim olunmalıdır və əgər tələb düzgün tərtib edilməsə və ya icra sənədinə uyğun olmasa, tələb geri qaytarılmalıdır. Həmçinin tələb ona görə geri qaytarılmalıdır ki, borclunun borcu ödəmək üçün heç bir əmlakı icra məmuru tərəfindən müəyyən olunmamışdır. Yəni, icra məmurundan narazılığı ona görədir ki, o, onun əmlakının olmaması səbəbi ilə icra işini məhkəməyə qaytarmır, ona görə də Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Türkay Yusiflinin “icra şöbəsinə gəlib icra sənədinə əsasən tələbi təmin edəsiniz” tələbinin qanunsuz hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. İş üzrə tərəflərə məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 8(011)-345/2019 saylı xx.xx.2019-cu il tarixli qərardaddan müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhər Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Türkay Yusifl tərəfindən verilmiş təqdimat təmin edilərək, xx.xx.1974-cü il təvəllüdlü, ünvan 1 mənzil 71 ünvanında qeydiyyatda olan borclu X3 Xətai rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1062/2020 saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-345/2019 saylı xx.xx.2019-cu il tarixli qərardaddan görünür ki, Bakı şəhər Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Türkay Yusiflinin borclu Əliyeva (İmanova) Şəlalə Novruz qızının Xətai rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhər Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən X4 ünvanlanan cinayət məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, ondan xx.xx.2020-ci il tarixində Xətai rayon icra və probasiya şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi, əks təqdirdə AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq təqdim edilmiş, borclu xəbərdarlığa imza etməklə onun surətini almışdır. Məhkəmə, ərizəçinin Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Türkay Yusiflinin “icra şöbəsinə gəlib icra sənədinə əsasən tələbi təmin edəsiniz” tələbinin qanunsuz hesab edilməsinə dair dəlillərinə münasibətdə hesab edir ki, icra məmurunun icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir və onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar yoxdur və belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, ərizəçinin şikayəti barədə dəlilləri icra məmurunun hərəkətlərinin qanunsuz olması barədə nəticəyə gəlmək üçün əsas olmamaqla, belə müraciət məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin qarşısını almağa yönəllmiş və ona görə də şikayət rədd edilməlidir. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(011)-228/20 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-386/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-386/2020
24.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver