Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-387/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ərizəçi X2 vəkili X3 iştiarkı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-355/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından X9 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi X9 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-8410\2019 saylı qətnaməsi ilə Borclu tutulmalı olan 48000 manatın indeksasiyasının həyata keçirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 355/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 232.1,232.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında, işdə iştirak edən şəxslərin iştirakı ilə baxılmalı, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilən işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri halda işə onların iştirakı olmadan baxıla bilər. Ərizədən müəyyən olunur ki, ərizəçi özündən başqa işdə iştirak etmiş şəxslər barədə məlumatı ərizəsində göstərməmiş, iş üzrə qəbul olunan məhkəmə aktlarını ərizəsinə əlavə etməmiş, məhkəmə aktının icra olunubolunmaması barədə məlumatı, tutulmalı olan məbləğin indeksasiyası həyata keçirildikdən sonra həmin məbləğ barədə hansı qərarın qəbul edilməsini ərizəsində göstərməmişdir. Binəqədi Rayon Məhkəməsinin 8(001)-355/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə ərizəçi şikayət vermiş və qeyd edilmişdir ki, hazırkı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizəsinin geri qaytarılması və bu barədə ərizə ilə işə baxmış brinci instansiya məhkəməsinə müraciət etməyi izah edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə Binəqədi rayon Məhkəməsinə müraciət edir. Eyni zamanda qeyd edir ki, ərizəsi apellyasiya instansiya məhkəməsinin icraatında olan zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən Dövlət Statistika Komitəsinə sorğu verilərək 2008-ci ildən hal-hazırkı dövrədək Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksasiyası barədə arayış verilməsi xahiş olunmuşdur. Dövlət Statistika Komitəsi tərəfindən həmin sorğuya verilmiş xx xxxx 2020ci il tarixli məktubda qeyd olunmuşdur ki, istehlak qiymətləri indeksi 2020-ci ilin fevral ayında 2008-ci ilin dekabr ayına nisbətən 167,3 faiz təşkil etmişdir. Qeyd olunan məktubun əsli Bakı Apellyasiya Məhkəmsində olan mülki işin materiallarına əlavə edilmişdir. Qeyd olunan mülki iş materiallarında tərəflərin kim olması, ünvanları, iş üzrə qəbul edilmiş olan məhkəmə aktları, məhkəmə aktının icra vəziyyəti və Dövlət Statistika Komitəsi xx xxxx 2020-ci il tarixli məktubu mövcuddur. Belə olan halda ərizəyə baxan Binəqədi rayon Məhkəməsi qeyd olunan mülki iş materiallarını tələb etməli və həmin mülki işin materiallarında olan sənədlər əsasında işə baxaraq müvafiq qərar qəbul edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-355/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin vəkili X10 şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsində mövcud olan mülki işin materiallarında digər tərəfin kim olması və ünvanının qeyd olunduğu, mülki işə baxılarkən həmin işin sorğu ilə istənilməsinin lazım olduğunu, işə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılan zaman Dövlət Statistika Komitəsinə sorğu verildiyi və sorğuya cavab məktubunun iş materiallarında mövcud olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8410/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X4 apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(001)-1483/2015 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı X5 iddia tələbi təmin edilməsi, Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən yaşayış sahəsi 36,48 kv.m-dən ibarət 2 otaqlı, 1106 D saylı bağ evinə dair cavabdehlər Borclu ilə X9 arasında xx xxxxx 2008-ci il tarixdə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda bağlanmış və 4Ə- 1243 sayla reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsi etibarsız hesab edilsin, əvvəlki qeyd bərpa 'edilməklə, X7 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxxxx 2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarış ləğv edilməsi, cavabdeh Borclu bağ evinə görə ödənilmiş 48000 manat məbləğində pul alınaraq digər cavabdeh X8 ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 6 manat və apelyasiya şikayəti verilərkən ödənilmiş 3 ıpaııat dövlət rüsumunun əvəzi müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir (səh.25). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8410/2019 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-8410/19 saylı qətnaməsi ilə tutulmalı pul məbləğinin indeksasiya olunması barədə tələbkar X9 tərəfindən verilmiş ərizənin geri qaytarılması və X7 tutulmalı pul məbləğlərinin indeksasiyası barədə ərizə ilə işə baxmış birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır(səh.31). Binəqədi Rayon Məhkəməsinin 8(001)- 217/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilməsi və xx xxxx 1952-ci il tarixdə Ermənistanın Yerevan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır (səh.35). Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 13, 14, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, formal baxımdan məzmununda uyğunsuzluq olan tərizənin qeyd edilmiş əsasla qaytarılması mülki prosessual baxımından yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, işdə ərizəyə qoşulmuş (məhkəmə tərəfindən qaytarılan) sənədlər tərəfləri və işin hallarını müəyyən edilməsi üçün mümkün olmadığı halda müvafiq mülki işi, icra işinidən çıxarışları götürmək, habelə işdə iştirak edən ərizəçidən müvafiq sənədlərin təqdim edilməsini təklif etmək kimi səlahiyyətləri olmuşdur. Qeyd edilənlərə əsasən ərizə birinci instansiya məhkəməsində mahiyyəti üzrə müzakirə edilməli və müvafiq qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Ərizəçi X6 şikayəti qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 8(001)-355/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçi X6 Borclu tutulmalı olan 48000 manatın indeksasiyasının həyata keçirilməsinə dair ərizəsinə baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №8(103)-387/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-387/2020
28.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver