Məhkəmə qərarları › İş №8(103)-388/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-388/2020

28.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-388/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-439/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu X2 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 388/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin hissə-hissə, hər ay 200 manat ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)- 439/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu X2 qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri NərimanovBakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-388/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ondan tutulmalı olan məbləğin hissə-hissə ödənilməsi barədə ərizəsi rədd edilib. Məhkəmə tələbkarın mənafeyini əsas götürərək “qətnamənin hissə-hissə icra edilməsinə dair” ərizədə onun tərəfindən borc məbləğinin hansı müddətdə icra edilməsi müddətinin göstərilmədiyini əsas gətirərək ərizəni rədd edib. Aşağıdakılara əsasən, həmin qərardadın əsassız olduğunu hesab edir: Belə ki, hal-hazırda qətnamə ilə müəyyən edilmiş məbləği birdəfəyə ödəmək imkanı olmasa da, hər ay müntəzəm şəkildə 100-150 manat ödəyə bilir və ödəniş qəbzlərini də Nərimanov rayon icra şöbəsinə təqdim edir. Karantin rejimindən öncə aşpaz olaraq çalışırdı. Lakin hazırda ölkə ərazisində Nazirlər Kabinetinin qəbul etdiyi 19 iyun tarixli, 208 №-li Qərarı ilə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət göstərilməsi üzrə fəaliyyət dayandırıldığına görə hazırda işləyə bilmir və buna görə də qazanc yeri yoxdur. Həmçinin əlavə gəlir yeri, adına hansısa əmlak və bank hesabı yoxdur, yalnız ailəsi və yaxınlarının göstərdiyi yardım sayəsində öz ehtiyaclarını ödəyə bilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-439/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun ərizədə göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi hallarına aid deyildir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-439/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-439/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından qardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar