Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-388/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-385/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadından X1nun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamə üzrə borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərib ki, iddiaçı Tələbkar ona qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ondan 11405 manat pulun və ödənilmiş 125 manat dövlə rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İş üzrə çıxarılan 2(004)-118/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək, ondan iddiaçının xeyrinə 3880 manat məbləğində maddi ziyana görə pulun və 59 manat dövlət rüsumunun tutulmasını qət etmişdir. Bu günədək borcunu ödəməməyinə səbəb iddiaçı tərəfindən ona heç bir hesabın təqdim olunmaması olmuşdur. Belə ki, o, hal-hazırda rəsmi olaraq işsizdir, dolanışığını gündəlik yerlərdə fəhlə olaraq işləyərək təmin edir. Buna baxmayaraq, iddiaçıdan dəfələrlə xahiş edib ki, ona özünə məxsus bank hesabı təqdim etsin və o, qətnamə üzrə ödənişlərini könüllü olaraq hissə-hissə etməyə hazırdır. Buna baxmayaraq, iddiaçı qərəzli şəkildə ona heç bir hesab təqdim etməmişdir. Yalnız icra şöbəsinə müraciət edib xahiş etdikdən sonra onlar ona hesab təqdim etmişlər və artıq ora 50 manat ödəniş etmişdir. Məhkəmə onun hazırda işləməməyini, stabil əmək haqqının olmamasını, həmçinin ödəniş etmək istəyini və borc məbləğinin yüksək olmamasını nəzərə alaraq borcun hissə-hissə ödənilməsinə dair qətnamə çıxarmış olsa həm iddiaçının mənafeyini qorumuş olar, həm də ki, onun ailədə iqtisadi vəziyyətinə mənfi təsir etməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-385/2025 nömrəli qərardadına əsasən ərizə təmin edilməmişdir. Borclu şikayət verərək qərardadın ləğv edilib ərizənin təmin edilməsini xahiş edib. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə həqiqəti müəyyən etmək əvəzinə "şablon" ifadələri qeyd edərək öz mülahizəsinə uyğun olaraq nəticəyə gəlmişdir. Normadan göründüyü kimi məhkəmənin vəzifəsi həqiqəti üzə çıxarmaqdır. İşin materiallarına əlavə etdiyi DOST Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışdan göründüyü kimi o, mərkəzləşdirilmiş elektron informasıya sisteminin "Əmək və Məşğulluq" alt sistemində işsiz kimi qeydiyyatdadır. Məhkəmə buna baxmayaraq tələbkarın fikirlərinə əsasən öz qərarını çıxarmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-385/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki borclunun ərizədə göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas ola bilməz. Tələbkar borcun hissə-hissə ödənilməsinə rəsmi qaydada etiraz etmirsə bu barədə icra məmuruna müraciət edilə bilər. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-385/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-385/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-388/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-388/2025
28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver