Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-389/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, tələbkarlar X1 və Tələbkar2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin əmlak üzərinə həbs qoyulması barədə təqdimatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu "Borclu" MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramiz Quliyev borclu "Borclu" MMC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3503/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, tələbkarlar X1, Tələbkar2 və Tələbkar3 borclu "Borclu" MMC-də sürücü işlədikləri müddət ərzində onlara ödənilməli olan əmək haqqı borclu tərəfindən hesablanaraq tələbkarlara ödənilməlidir. İcra sənədi xx.xx.2017-cı il tarixdə şöbənin icraatına daxıl olmuş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmiş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş və qərar göndərilmiş, lakin icra sənədi icra edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X4 məktubunda borclu "Borclu" MMC-nin adına ‘Baza 079.19" avtobus markalı, **- JC-*** dövlət nömrə nişanlı, “TATA" avtobus markalı, **-JR-*** dövlət nömrə nişanlı və ‘Baza 079.19" avtobus markalı, **-JC-*** dövlət nömrə nişanlı, “TATA" avtobus markalı, **- JF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin olduğu qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3503/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50 2-ci maddəsini rəhbər tutaraq, ünvan 1 ünvanında qeydiyyatda olan "Borclu" MMC-yə məxsus “Baza 079.19” avtobus markalı, **-JC-*** dövlət nömrə nişanlı, “TATA" avtobus markalı, **-JR-*** dövlət nömrə nişanlı və “Baza 079.19” avtobus markalı, **-JC-*** dövlət nömrə nişanlı, “TATA” avtobus markalı, **-JF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim K.Əmirxanova, iş N 8(005)-444/20) təqdimat təmin edilmişdir. Borclu "Borclu" MMC həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini əsasən icra sənədi verilən iş üzrə məhkəmə qətnamələrinin qanunsuz olması ilə əsaslandırmışdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(005)- 3503/2017 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, iddiaçının “xxxxxxx” MMC -də sürücü işlədikləri müddət ərzində onlara onlara ödənilməli olan əmək haqqının cavabdeh tərəfindən hesablanaraq iddiaçılara ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçılar həmin qətnamədən şikayət verməmişlər. İddiaçıların əmək haqları almadığı halda işləmələri və dörd il gözləmələri də inandırıcı deyildir. Həm birinci instansiya məhkəməsi, həm də Bakı Apelyasiya Məhkəməsi MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşlar. İddiaçıların tələb etdikləri 2012-ci ilin dekabrından "Borclu" MMC-də sürücü işləmələri, hansı məbləğdə əmək haqqı almaları barədə heç bir fakt olmadığı halda məhkəmə həmin tələbi təmin etmişdir. Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən əmək müqaviləsinin məzmununda işçinin əmək şəraitini şərli kimi əmək haqqı nəzərdə tutulur. Hazırda nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardadın icrası bu əmlakların icarəyə verilməsi və peşə fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirdən məhrum edilməsi ilə nəticələnəcəkdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İcra işi üzrə tələbkar olan X2 və Tələbkar2 məhkəmə kollegiyasının iclasında izahat verərkən şikayətin rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tələbkarlar Tələbkar1 və Tələbkar2 izahatlarını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, "Borclu" MMC-yə məxsus “Baza 079.19” avtobus markalı, **-JC-*** dövlət nömrə nişanlı, “TATA" avtobus markalı, **-JR-*** dövlət nömrə nişanlı və “Baza 079.19” avtobus markalı, **-JC-*** dövlət nömrə nişanlı, “TATA” avtobus markalı, **-JF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün atılmış addımdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, icra məmuru tərəfındən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb borclunun əmlakına icra ödənişinin ödənilməsi və icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "icraata başlamaq haqqında" qərar, könüllü icra üçün bildiriş, habelə xəbərdarlıq və sair aidiyyəti sənədlər borcluya rəsmən təqdim olunmuş, borclu bu günədək üzürsüz səbəbdən qeyd edilən icra sənədini tam icra etməmiş və onun icrasından yayınır, icra məmuru tərəfindən icra icraatı dayandırılmamışdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüşdür. Digər tərəfdən, borclunun şikayətindən də məlum olur ki, borclu hazırkı şikayətlə əslində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin əsaslılığını mübahisələndirmişdir ki, bu da yolverilməzdir, həmçinin borclunun icra sənədi ilə ondan tutulan məbləğləri tələbkarlara ödəmək niyyətində olmadığı şikayətdən də açıq-aşkar olur. Bu səbəbdən də, təqdimat əsaslı olaraq təmin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş üzrə borclu "Borclu" MMC-ninşikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-389/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-389/2020
23.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver