Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-389/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2013- cü il təvəllüdlü X1 üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2337/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hər ay 200 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına münasibətdə indeksikasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 8(003)-153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi (tələbkar) Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi təmin edilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 8(003)-153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,90 misli həddində alimentin tutulması barədə məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. 2025-ci il üzrə minimum əmək haqqının 400 manat təşkil etdiyi nəzərə alındığında onun 1.90 mislinin 760 manat təşkil etməsini və həmin məbləği ödəmək iqtidarında olmadığını məhkəmə nəzərə almamışdır. Məhkəmə minimum əmək haqqının 1,90 misli həddində alimentin tutulması barədə özünün gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. “Azərbaycan Respublikasında 2025ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan RespublikasıQanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə düzgün olmayaraq minimum əmək haqqı məbləğinin 1,90 misli məbləğində alimentin tutulması nəticəsinə gəlmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olub-olmadığı nəzərə alınmamışdır. 760 manat aliment məbləğinin 1 uşaq üçün tutulması qanunsuz və əsassızdır. 2016-cı ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 105 manat təşkil etmiş, məhkəmə tərfindən uşaqların saxlanması üçün hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 1,90 (200:105) mislini təşkil etsə də məhkəmənin 1 uşaq üçün hazırki il üzrə 760 manat aliment tutması işin hallarına uyğun gəlməmişdir. Minimum əmək haqqı məbləğinin 1,90 misli məbləğində alimentin tutulması ədalətli və ağlabatan deyildir. Həmin məbləğdə aliment bu il üzrə 760 manat təşkil edir ki, o da 2025-ci il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən 3 dəfə çoxdur. Yuxarıda göstərilənlərə əsasən şikayətin təmin edilməsi, Xəzər Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli qərardadının ləğv edilməsini, ərizənin qismən təmin edilməsini, uşağın saxlanılması üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunmasını xahiş edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcələnin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2337/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə Borclu arasında 30 iyul 2003-cü il tarixdə Ağsu rayonunun Növcü kənd icra nümayəndəliyində 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqları xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu xx.xx.2016-cı il tarixdən başlayaraq 600 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Hazırda uşaqlardan ikisi xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdırlar. Belə ki, 2016-cı il üçün ölkə üzrə minimum əmək haqqı 105 manat təşkil etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 2016-cı ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 105 manat təşkil etmiş, məhkəmə tərəfindən uşaqların saxlanması üçün hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 1,90 (200:105) mislini təşkil etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manatdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, uşaqların üstün mənafeyi və minimum xərclərinin qarşılanmasının zəruriliyini məhkəmə əsas götürür. Borclunun qeyd olunan alimenti ödəməyə maddi imkanının olmaması barədə göstərdiklərinə münasibətdə qeyd olunmalıdır ki, uşaqların qanunvericilikdə nəzərdə tutulmuş həddə aliment almaq hüquqları vardır, cavabdehin şikayətində göstərdikləri isə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı- alimenti ödəmək öhdəliyindən azad edə biləcək əsas kimi qəbul edilib qiymətləndirilə bilməz. Alimentin məbləğinə gəldikdə qeyd etmək zəruridir ki, alimentin məbləği mövcud qanunverciliyə və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarında müəyyən edilmiş normalara uyğun müəyyən edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2337/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,90 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(003)-153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-389/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-389/2025
06.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver