Məhkəmə qərarları › İş №8(103)-39/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-39/2021

02.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-39/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Borclu iştirakı ilə, Borclunun ölkədən getmək hüququna müvəqqəti məhdudlaşdırılmasının götürülməsi ilə bağlı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-266/2020 saylı iş üzrə xx.xx.2020ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ələddin Hüseynov ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(001)-691/2010 saylı icra vərəqəsində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 157 saylı ünvanda yaşayan xx.xx.1964-cü ildə Masallı rayonunda anadan olmuş Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-443/2012 saylı işi üzrə xx.xx.2012ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu ərizə verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-443/2012 saylı işi üzrə xx.xx.2012-ci il tarixli qərardadının ləğv edilərək məhdudlaşdırılmanın götürülməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-443/2012 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu şikayət verərək, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(006)- 443/2012 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-443/2012 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə Bakı şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 8(103)- 297/2020 saylı qərardadı ilə Borclu şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-443/2012 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, Borclu ərizəsinə yenidən baxılması üçün işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-266/2020 saylı iş üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə Borclu Nəsimi Rayon Məhkəməsinin 8(006)-443/2012 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə qoyulmuş məhdudiyyətin götürülməsinə dair ərizəsi təmin edilməmişdir. Borclu şikayət verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi banka nə qədər borcun olub-olmamasını, girov qoyulmuş torpaq sahəsinin satılıb-satılmamasını və hansı qiymətə satılması, hazırda Banka olan borcunun tam və yaxud qismən olub-olmamasını yoxlamamış, bununla da, tam əsassız, ədalətsiz və qanunsuz qərardad qəbul etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-443/2012 saylı iş üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı borclu şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tələbkar və icra məmuru iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası borclunu dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsində qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. İş materialları əsasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(001)-691/2010 saylı icra sənədinə əsasən Borclu xx.xx.2009-cu il tarixli, 102 saylı kredit müqaviləsi üzrə 40188.90 manat, xx.xx.2009-cu il tarixli 102/2 saylı kredit müqaviləsinə əsasən 88565.43 manat, cəmi 159568.18 manat borc və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə verilməlidir. İndiyədək keçən doqquz ildən çox müddət ərzində borclu tərəfindən öhdəlik tam olaraq yerinə yetirilməmişdir. Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarın verilməsi müvəqqəti xarakter daşıdığından və qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməsinə yönəldiyindən mübahisələndirilən qərardad qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-266/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar