Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-390/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Tələbkar “X11 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(011)-230/2020 saylı qərardadından X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Vüsal Umarovun “mən X12 10331,15 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödəyəsiniz” tələbinin qanunsuz hesab edilməsinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılır ki, Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)- 11895/2016 saylı məhkəmə əmrinə əsasən borclular ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 və ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 müştərək qaydada 7210,72 manat məbləğində əsas borc, 2399,43 manat faiz borcu, 721 manat cərimə faizi, cəmi 10331,15 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi müəyyən edilmişdir, məhkəmə əmri qanuni qüvvəsini almışdır, məhkəmə əmrinin icra edilməsi Xətai rayon icra və probasiya şöbəsinə tapşırılmışdır, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra işinin materiallarından görünür ki, o heç yerdə işləmir, işsiz kimi məşğulluq mərkəzində qeydiyyatdadır, müavinət almır, tələbin yönəldilə biləcək əmlakı yoxdur. Bir müddət keçdikdən sonra Xətai rayon icra və probasiya şöbəsi onu çağırmış, ondan izahat yazmağı tələb etmişlər. O buna etiraz etmiş və bildirmişdir ki, ilk növbədə icra məmuru tərəfindən qanuni tələb verilməlidir (İcra haqqında qanunun 84.1-ci maddəsi). Bundan sonra icra məmuru tərəfindən ona tələb verilmiş, tələbə əsasən “o 10331,15 manat pul vəsaiti və 30 manat dövlət rüsumunu tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödəməlidir”. Əks təqdirdə onu inzibati və sonradan cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. İcra məmuru ona bildirmişdir ki, icra sənədinə əsasən borclu özü icra sənədini icra etməlidir. Halbuki, hazırkı icra sənədinə əsasən borcluya müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətlərin yerinə yetirilməsindən imtina etmək vəzifəsi tapşırılmır. Hazırkı icra sənədinə əsasən, məhkəmə icra məmurundan borcludan müəyyən məbləği tutmaq vəzifəsi tapşırılmışdır. Ərizəçi S.Əliyev həmçinin izahatında əlavə olaraq bildirdi ki, onun “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə borcu vardır və bu barədə qəbul eduilmiş məhkəmə əmri mübahisələndirmir, lakin Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru onu günahlandırır ki, tələbi yerinə yetirmir, icra məmuru sorğu versin ki, onun hansı əmlakı vardır və icranı həmin əmlaka yönəltsin, onun isə heç bir əmlakı yoxdur, özü işsizdir, məşğulluq xidmətində işsiz vətəndaş kimi qeydiyyata alınıb, adına hər hansı əmlak, vəsait mövcud deyil, icra sənədi icra olunmadığı təqdirdə icra məmuru icra sənədini geri qaytarmalıdır, həmçinin icra məmuru qanuni tələb verməlidir, tələb yazılı surətdə tərtib edilməklə icra sənədinə uyğun olmalıdır, tələb borcluya rəsmi qaydada təqdim olunmalıdır və əgər tələb düzgün tərtib edilməsə və ya icra sənədinə uyğun olmasa, tələb geri qaytarılmalıdır. Həmçinin tələb ona görə geri qaytarılmalıdır ki, borclunun borcu ödəmək üçün heç bir əmlakı icra məmuru tərəfindən müəyyən olunmamışdır. Yəni, icra məmurundan narazılığı ona görədir ki, o, onun əmlakının olmaması səbəbi ilə icra işini məhkəməyə qaytarmır, həmçinin S.Əliyev izahatında əlavə olaraq bildirdi ki, məhkəmə əmrinə əsasən ondan tələb edilən məbləğə münasibətdə o, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə X8 arasında bağlanan müqavilə üzrə zamin qismində çıxış etmişdir. X8 bir müddət həbsdə olmuşdur, lakin hazırda azadlıqdadır, ona görə də borc məbləği ondan tələb olunmalıdır, o isə heç harda işləmir, məbləğin yönələ biləcək heç bir əmlakı və vəsaiti də yoxdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(011)-230/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. X1 qərardaddan verdiyi şikayət Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(011)-230/2020 saylı qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, icra işinin materiallarından görünür ki, o, heç bir yerdə işləmir, işsizlik kimi məşğulluq mərkəzində qeydiyyatdadır, müavinət almır. Tələbin yönləndirilə biləcək əmlakı yoxdur. Məhkəmə kollegiyasının iclasında tələbkarın nümayəndəsi X7 şikayəti qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tələbkarın nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(011)-230/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)- 11895/2016 saylı məhkəmə əmrindən görünür ki, borclular - ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 və ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 müştərək qaydada 7210,72 manat məbləğində əsas borc, 2399,43 manat faiz borcu, 721 manat cərimə faizi, cəmi 10331,15 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən X10 ünvanlanan xx.xx.2020-ci il tarixli 95698/2016-1-30-001 saylı xəbərdarlıqdan görünür ki, ondan xx.xx.2020-ci il tarixində Xətai rayon icra və probasiya şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi, əks təqdirdə məcburi gətirilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilməsi barədə qeyd aparılmışdır. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-11895/2017 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, X4na 10 gün müddətində icra sənədinin könüllü icra edilməsi, qərardan 10 gün müddətində məhkəməyə şikayət verilə bilməsi qərara alınmışdır. İş materiallarında olan X4na ünvanlanan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, ondan icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddət verilməsi, tələbi üzrsüz icra etmədikdə barəsində məcburi icra tədbirləri tətbiq ediləcəyi barədə qeyd aparılmışdır. Kollegiya ərizəçinin Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Vüsal Umarovun “mən X12 10331,15 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödəyəsiniz” tələbinin qanunsuz hesab edilməsinə dair dəlillərinə münasibətdə hesab edir ki, icra məmurunun icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir və onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar yoxdur və belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, nə qədər ki, məhkəmə qətnaməsi qanuni qüvvəsindədir, onun icrası bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmaldır, belə icranın həyata keçirilməsi məqsədilə icra məmurunun icra hərəkətləri isə formal mülahizələrə əsaslanmaqla qanunsuz hesab edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, ərizəçinin şikayəti barədə dəlilləri icra məmurunun hərəkətlərinin qanunsuz olması barədə nəticəyə gəlmək üçün əsas olmamaqla, belə müraciət məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin qarşısını almağa yönəllmiş və ona görə də şikayət rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın İİ maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddətiistisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları ərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2.-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” x xxxx 2014-cü il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin digər hüququ mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx xxxxxx 2007-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra –Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstanaqarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(011)- 230/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-390/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-390/2020
23.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver