Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-390/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-1761/17 nömrəli, 28 aprel 2021-ci il tarixli qərardadından maraqlı şəxs X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinin 13.06.2016-cı il tarixli 2(002)-3827/206 saylı icra sənədinə əsasən, 2947,20 manat və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 2967,20 manat məbləğində pul vəsaiti Borclu tutularaq, Tələbkar ödənilməlidir. Yasamal Rayon Məhkəməsinin 8(004)-1761/2017 saylı, 10.10.2017-ci il tarixli qərardadına əsasən Qaradağ Rayon Məhkəməsinin 13.06.2016-cı il tarixli 2(002)- 3827/206 saylı icra sənədinin icrasının təminatı olaraq, cavabdeh Borclu mülkiyyətində olan “Mercedes 208D” markalı **-MN-***; “Mitsubishi Pajero” markalı, **-ER-***; “Mercedes 308D” markalı, **-KR-***; “Mitsubishi Chariot” markalı **-HC-***; “Mercedes D208 DKB” markalı **-UJ-***; “Mitsubishi Pajero” markalı,**-FD-***; “Mercedes 208 DKA” markalı, **-LO-***; “Mercedes 190” markalı **-FA-***; “VAZ 21063” markalı **-BC-*** və “Mitsubishi Chariot” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Hazırda maraqlı şəxs X5 məhkəməyə ərizə ilə müraciət edərək, “Mitsubishi” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-1761/17 nömrəli, 28 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş etibarnamədən göründüyü kimi “Mitsubishi”markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtavtomobili 05 avqust 2012-ci ildə Bərdə rayon sakini X2 11.000 manata almışdır. İşin halları təsdiq edir ki, o vicdanlı sahibidir. Yasamal Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli 8(004)-1761/2017 saylı qərardadının əsaslandırıcı hissəsində göstərilir ki, avtomobilin ona məxsus olmasını təsdiq edən sənəd yoxdur və avtomobiln mülkiyyətçisi Məhəmməd Məhəmmədovun 2967 manat borcu vardır. Bir daha qeyd edir ki, avtomobilin ilkin mülkiyyətçisinin borcu olub-olmamasının onun sahibliyində olan avtomobilin üzərinə həbs qoyulması üçün əsas ola bilməz. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-1761/17 nömrəli, 30 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, maraqlı şəxs şikayətində qeyd olunan avtomobili almasını göstərsə də, mübahisəli avtomobil borclunun mülkiyyətindədir. Qaradağ Rayon Məhkəməsinin 13.06.2016-cı il tarixli 2(002)-3827/206 saylı icra sənədi isə tam icra edilməmişdir. Borc ödənilmədiyi halda isə mübahisəli əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsi mümlük deyil. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maraqlı şəxs X5 tərəfindən verilmiş ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs X3 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-1761/17 nömrəli, 28 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-390/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-390/2021
03.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver