Məhkəmə qərarları › İş №8(103)-390/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-390/2022

23.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-390/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6787/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əlaqədar Borclu Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icraatında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-6787/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icraatda olan yuxarıda qeyd edilən icra vərəqəsinə əsasən, Borclu 1800 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar, habelə xx.xx.2022-ci il tarixdə məcburi gətirilmə barədə qərar Borclu göndərilmişdir. Borclu isə icra sənədinin icrasından qərəzli şəkildə yayınmışdır. Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Binəqədi rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayət Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilmiş, Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilməmişdir. Həmin qərardaddan Tələbkar tərəfindən verilmiş şikayət Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-214/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Tələbkar şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 8(001)- 197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərardadı ləğv edilməklə iş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, «İcra haqqında» Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Əvvəla, iş materiallarından borclunun son ödənişlər edildikdən sonra icra şöbəsinə dəvət olunması və borclunun icra şöbəsinə gəlməməsi işdən müəyyən olunmur. Bunu təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan başqa iş üzrə apellyasiya instansiya məhkəməsinin daha əvvəl qəbul etdiyi qərardadındakı göstərişlərinə birinci instansiya məhkəməsi tərəfindən əməl olunması da iş materiallarında müəyyən olunmur. Həmçinin, iş materiallarına birinci instansiya məhkəməsində sonuncu dəfə işə (şikayətə) baxılarkən borc üzrə ödəniş qəbzlərinin surəti əlavə olunsa da, qeyd olunan qəzlərin kim tərəfindən təqdim olunduğu məhkəmə iclas protokolundan görünmür. Bundan başqa birinci instansiya məhkəməsində sonuncu dəfə işə (şikayətə) baxılarkən məhkəmə iclas protokolunda icra işinin araşdırıldığı qeyd olunsa da, işdən ümumiyyətlə icra işinin məhkəməyə daxil olması və həmin icra işinin araşdırılması zamanı nə müəyyən olunduğu da görünmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş (material) sadalanan hallar üzrə zəruri araşdırma aparılması, icra işinin tələb olunaraq araşdırılması, icra sənədi üzrə borclunun hazırki vaxta borcun olub-olmamasının dəqiqləşdirilməsi, sonuncunun icra şöbəsinə məcburi gətirilməsinə əsasların olub-olmamasının müəyyənləşdirilməsi və əsaslandırılmış məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı, 05 aprel 2022-ci il il tarixli qərardadı ləğv olunsun və Borclu Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar