Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-391/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Borclu X7 iştirakı ilə, Borclu X7 «qətnamənin izah edilməsi» barədə ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(010)-350/2020 saylı qərardadından borclu X8 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X8 «qətnamənin izah edilməsi» barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(010)-1062/2014 saylı qətnaməsinə əsasən borclu X4 Tələbkar xeyrinə 3360 manat pulun tutulması qət edilmişdir. Qeyd olunan qətnamə icraya yönəldilmişdir. Hazırdan X4 Tələbkar xeyrinə 3360 manat pulun tutulması barədə qətnaməsinin «cavabdehin müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən qətnamə» növünə (MPM 223), yoxsa «pul vəsaitlərinin tutulması» növünə aid olmasına dair izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(010)-350/2020 saylı qərardadı ilə (hakim Anar Qasımov) ərizənin qəbulundan imtina edilmiş və ərizə qaytarılmışdır. Qərardaddan narazı olan borclu X2 şikayət verilmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olması, ərizənin geri qaytarılması nəticəsində hüquqlarının pozulması və s. ilə əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar,prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən borclu X8 şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlarda nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. X9 Məhkəməsi «X3rşı» (xx xxxxxx 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə ərizəni baxılmadan qaytararkən, borclunun eyni məzmunlu ərizəsinə əvvəllər baxılmasını,hazırki ərizənin təkrar verilməsini əsas tutmuşdur. Halbuki, işdə borclu X7 eyni məzmunlu əvvəlki müraciətinə baxılması ilə bağlı hər hansı məhkəmə aktı (qərardad) mövcud deyildir. Qeyd edilməlidir ki, MPM-nin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Göründüyü kimi, qanunverici qətnamənin izah edilməsi məsələsinə işdə iştirak edən şəxslərə məlumat verilməklə məhkəmə iclasında baxılır. Birinci instansiya məhkəməsi isə qeyd edilən normanın tələblərinə riayət etməmişdir. MPM-in 230.1-ci maddəsinin dispozitiv şərtinə görə qətnamə onun məzmunu dəyişdirilmədən izah edilə bilər. Qətnamənin izah edilməsi yeni tələblərin təmin olunması ilə nəticələnə bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rekpublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Bununla yanaşı, məhkəmə qərarının izah olunması barədə məsələyə (ərizəyə) ayrıca icraat qaydasında deyil, aid olduğu işin davamı kimi, həmin icraatda baxılmalıdır. İcra vərəqəsinə izah verilməsi həmin məhkəmə icraatının davamı olmaqla mübahisə üzrə iddia ərizəsinin daxil olduğu vaxtdan məhkəmə qərarının tam icra olunmasına kimi olan dövrü özündə ehtiva edir. İzahla bağlı ərizənin aidiyyəti mülki işə əlavə olunmaqla (həmin icraatın davamı olaraq) baxılmaması, eləcə də ayrı icraatda baxılmasına baxmayaraq mülki işdə olan zəruri sənədlərin surətlərinin əlavə olunmaması prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməklə, ərizə üzrə obyektiv nəticəyə gəlməyə də imkan verməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli,iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu X7 «qətnamənin izah edilməsi» barədə ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(010)-350/2020 saylı qərardadından borclu X8 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(010)-350/2020 saylı qərardadı ləğv edilsin, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-391/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-391/2020
29.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver