Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-394/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli icra sənədinin icrasının dayandırılması barədə həmin məhkəmənin 03 may 2021-ci il tarixli qərardadından Tələbkar ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.11.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 482,5 manatın Tələbkar ASC-nin xeyrinə tutulmalı olduğunu, 23.01.2018-ci il tarixdə icra şöbəsinə daxil olan icra sənədi üzrə icraata başlamaq haqqında qərarın bildirişlə borclunun ünvanına göndərildiyini və könüllü icra üçün ona vaxt verildiyini, icranı təmin etməməsi səbəbilə borclunun barəsində axtarış işi açıldığını bildirmiş, buna görə də sözügedən icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, həmin qərardaddan tələbkar bankın nümayəndəsinin verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış icra icraatının tərəfləri, həmçinin Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.11.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 482,5 manatın Tələbkar ASC-nin xeyrinə tutulmalıdır və borclu məlum olan ünvanında tapılmadığı üçün icra məmurunun 09.03.2018-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Qanunun 18.1.5-ci maddəsinə əsasən, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda, icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-384/2021 saylı iş üzrə 03 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-394/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-394/2021
05.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver