Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-396/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 8(011)-776/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5306/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 197450 manat məbləğində pul vəsaiti və 488 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Sorğu nəticəsində borclunun adına bank hesabları aşkar edilmiş və həmin hesablar üzərinə müvafiq qərarla həbs qoyulmuşdur. Lakin bank hesablarında pul vəsaiti aşkar edilməmişdir. Həmçinin sorğu nəticəsində Borclu adına “Nissan Teana” minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1 ünvanında mənzil və Balakən rayonu, Qullar kəndində fərdi yaşayış evi aşkar edilmişdir. Təqdimatda Borclu məxsus olan əmlaklar üzərinə borc həddində həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-776/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim İlahə Abbasova ) təqdimat təmin edilmişdir. Həmin qərardaddan Borclu verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(103)-5306/2023 saylı icra sənədindən müəyyən edilir ki, cavabdeh Borclu 197450 manat və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 488 manat alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Materiallarda olan Xətai rayon İcra şöbəsinin 30 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2023cü il tarixli 2(103)-5306/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Həmçinin materiallarında olan "xxxx" ASC-nin Xətai rayon İcra şöbəsinə ünvanlanmış 07 may 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5306/2023 saylı icra sənədi üzrə Borclu bank hesabları bağlı olduğu üçün həbs qərarı icra olunmadan geri qaytarılmışdır. "xxxx" ASC-nin Xətai rayon İcra şöbəsinə ünvanlanmış 08 may 2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Borclu hesablaşma hesabına həbsin qoyulması təmin olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Xətai rayon İcra şöbəsinə ünvanlanmış 15 may 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Borclu "xxxx" ASC-dəki hesabına həbs qoyulmuşdur. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Nissan Teana” minik markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil, Balakən rayonu, Qullar kəndində yerləşən ümumi sahəsi 0.1178 ha torpaq sahəsi və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 77.60 kv.m olan 2 otaqlı mənzil vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə tutulacaq pul vəsaitinin məbləği nəzərə alınmaqla Borclu mülkiyyətində olan “Nissan Teana” minik markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin və Balakən rayonu, Qullar kəndində yerləşən ümumi sahəsi 0.1178 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməkdə düzgün nəticəyə gəlmiş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 8(011)-776/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №8(103)-396/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-396/2024
05.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver