Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-397/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (borclu) X2 ərizə ilə məhkəyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13652/2019 nömrəli qətnaməsinin icrasına ona və ailəsinə 1 il müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 13652/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinəəsasən onun və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 42, 7 saylı mənzildən çıxarılmaları; həmin mənzilin boşaldılaraq Tələbkar təhvil verilməsi; borclunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 42, 7 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi göstərilmişdir. xx.xx.2020-ci il tarixdə ona Yasamal İcra və Probasiya Şöbəsi tərəfindən “icraata başlamaq haqqında” Qərar və “tələbin könüllü icrası haqqında” bildiriş təqdim olunmuşdur. Bildirir ki, onun ailə üzvləri həyat yoldaşı və 2 qız övladından ibarətdir. Onun yuxarıda qeyd olunan mənzildən başqa bir əmlakı, gedəcək yeri yoxdur. Ailəsi ilə birlikdə yaşamaq üçün mənzil tapmalı, eyni zamanda həmin mənzildən əşyalarını çıxararaq yerləşdirmək üçün uyğun qiymətə, eyni zamanda boş bir mənzil tapmalıdır. Həmin tələblərə uyğun mənzili axtarmağa cəhd etsə də, bu günə qədər bir nəticəəldə edə bilməmişdir. Belə ki, bütün dünyanı və ölkəni bürüyən pandemiya şəraitində dövlət tərəfindən qoyulan bir çox məhdudiyyətlər tədbiq edildiyi bir şəraitdə ailəsinin yaşaması üçün, eyni zamanda evdə yeganə işləyən və qazanc gətirən bir şəxs olaraq müvafiq bir mənzil taparaq əşyalarını boşaldaraq köçməkləri ailəsinə böyük çətinlik yaradır. Odur ki, 2(103)-13652/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnamənin icrası mənzildən köçməkləri vəəşyalarını boşaldaraq yaşayış yeri tapmaqları üçün qətnamənin icrasına 1 il müddətinə möhlət istəyir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13652/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasına möhlət verilməsi barədə iş üzrə borclu X2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu X2şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və ərizəsinin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu X2 şikayətini ərizəsində göstərdiyi hallarla əsaslandırmış, eləcə də qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13652/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, cavabdeh X2 və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 42, 7 saylı mənzildən çıxarılmaları; həmin mənzilin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi; X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 42, 7 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13652/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat balanılmış, borcluya 10 gün müddətində tələbin könüllü icrası təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlbnin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qərarlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qərarlarının icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, Mülki-Prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Kollegiya hesab edir ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən və icraya yönəldilməsinə baxmayaraq borclu bu günə kimi qətnamənin icrası məqsədilə heç bir tədbir görməmiş, eyni zamanda əmlak vəziyyəti ilə baglı sübutlar təqdim etməmişdir. Kollegiya eləcə də qeyd edir ki, icra sənədinin icrasına möhlət verilməsi zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına möhlət verilməsini ağlabatan hesab etmir və tələbkarın mənafeyinə zidd hesab edir. Beləliklə, şikayətin əsassız olması nəticəsinə gələn məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-397/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-397/2020
29.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver