Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-397/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X6 və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 8(007)-259/2020 saylı qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru Tahir Ağayev Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1892/2019 saylı, 02.12.2019-cu il tarixli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-920/2016 saylı, 25.04.2016-cı il tarixli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-338/2017 saylı, 05.07.2017-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə əmlakın üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nizami rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş Xətai rayon Məhkəməsinin 3(011)-1892/2019 saylı, 02.12.2019-cu il tarixli icra sənədinə əsasən borclu hüquqi şəxs "xxxx" MMC-dən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-920/2016 saylı, 25.04.2016-cı il tarixli icra sənədinə əsasən borclu hüquqi şəxs ”İnşaat Kontruksiyaları” MMC-dən 75.200 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu X1nun xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-338/2017 saylı, 05.07.2017-ci il tarixli icra sənədinə əsasən borclu hüquqi şəxs "xxxx" MMC-dən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. 12.07.2016-cı il, 25.02.2020-ci il, 11.05.2018-ci il, tarixlərdə icra sənədləri üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda oğduğu ünvana göndərilmişdir. Borclu "xxxx" MMC icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirildiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra sənədləri görülmüş, nəticədə borclu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, 5 saylı evin mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48 saylı əmlaklar aşkar edilmişdir. Borclu "xxxx" MMC-yə dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq 75.200 manat, 20000 manat, 20000 manat məbləğində borcların ödənilməsi onun tərəfindən bu günədək təmin edilməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1892/2019 saylı, 02.12.2019-cu il tarixli icra sənədi üzrə 20000 manat, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-920/2016 saylı, 25.04.2016-cı il tarixli icra sənədi üzrə 75200 manat və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-338/2017 saylı, 05.07.2017-ci il tarixli icra sənədi üzrə 20000 manat məbləğlərində borc tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədilə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, 5 saylı evin mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48 əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 8(007)-259/2020 saylı qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1892/2019 saylı, 02.12.2019-cu il tarixli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-920/2016 saylı, 25.04.2016-cı il tarixli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-338/2017 saylı, 05.07.2017-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, 5 saylı evin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48 saylı mənzillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 8(007)-259/2020 saylı qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət həmin məhkəmənin 09iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu "xxxx" MMC şikayəti onunla əsaslandırmışdır ki, icra qurumu tərəfindən ödənilməsi tələb olunan cəmi 115200 (yüz on beş min, iki yüz) manata görə 48 mənzilin üzərinə həbs qoyulması tamamilə əsassız və qanunsuzdur. Belə ki təkcə həmin mənzilin 2 və ya 3-ün dəyəri 115200 (yüz on beş min, iki yüz) manata bərabər və ya artıqdır. Əsassız olaraq, qiymətləndirmə aparılmadan "xxxx" MMC-ə məxsus 48 mənzilin üzərinə həbs qoyulması Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində əks olunmuş mülkiyyət hüquqlarmm kobud pozulması olmaqla, mülkiyyətçinin öz əmlakına sahiblik, istifadə və sərəncam verməklə bağlı hüquqlarını əsassız olaraq məhdudlaşdırır. Lakin göründüyü kimi borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarı yoxdur, 48 mənzilin tələbkara verilməsi halı mövcüd deyil və həmçinin qiymətləndirmə apanlmadığı üçün 2 və ya 3 mənzilin dəyərində olan borca görə 48 mənzilin hamısının satılması üçün hərraca çıxarılmasının heç bir hüquqi əsası yoxdur. X1, borclu hüquqi şəxs "xxxx" MMC və Bakı şəhəri Nizami rayon İcra Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 8(007)-259/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın məktubundan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, 5 saylı evin mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48 əmlaklar borclu "xxxx" MMC-nin mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1.-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İstinad olunan normalardan müəyyən olunur ki, əmlakın üzərinə həbs qoyulması üçün məhkəmə qərarının olması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu qanuni qüvvəsini almış məhkəmə aktı əsasında verilmiş icra sənədlərini könüllü olaraq icra etməmişdir. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 8(007)- 259/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Mirzə Tağıyev Emin Mehdiyev
Məhkəmə qərarları › İş №8(103)-397/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-397/2021
01.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver