Məhkəmə qərarları › İş №8(103)-398/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-398/2020

28.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-398/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Borclu və nümayəndəsi vəkil X4 və Tələbkar ASC-nin nümayənədəsi X2 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-482/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Borclu nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1324/20 1 9 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-482/2020 saylı, xx.xx.2020-ci il il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1963-cü il tarixdə Siyəzən rayonunda anadan olan, ünvan 1 mənzil 32 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması, qərardadın icrasının Yasamal Rayon icra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərarda Mülki Prosesual Məcəllənin 231.2, 231.3; “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, 67886/2020-53-18 saylı icra işindəki borclunun kartoçkasından görünür ki, Borclu adına heç bir əmlak, nəqliyyat vasitəsi, əmək müqaviləsi, penisya məlumatları mövcud deyildir, heç bir ünvanlı sosial yardım almır. İcra işində olan Tələbkar ASC-dən Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktublardan müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)1324/2019 saylı qətnaməsinin icrasının təmini məqsədi ilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün təqdimat verilməsini xahiş etmişdir. Borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da X6 Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Borclu Bakı şəhəri NYasamal Rayon Məhkəməsinin 8(004)-482/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayət vermişdir. Şikayətdə qeyd edilmişdir ki, borclunun borcu ödəmək, yəni məhkəmə aktını icra etmək imkanının olmasını müəyyən etmək İcra məmurunun vəzifəsi idi. Borclunun əmlakı və kifayət qədər gəliri varsa, deməli, dövlətə də müvafiq vergiləri ödəməlidir. Belə fakt varmı? Yoxdur! Çünki vergi obyekti, yəni əmlakı və ya kifayət qədər gəliri yoxdur. Borcluya qarşı qeyd edilən əmələ görə sanksiya tətbiq edilirsə, bu o deməkdir ki, məhkəmə həmçinin vergi orqanlarını da ittiham edir. Yəni guya Borclunun gəliri əslində çoxdur və ya əmlakı var, amma nə vergini, nə də borcunu ödəmir. Bəs onda vergi orqanları nə ilə məşğuldur? Niyə tədbir görmürlər? Qeyd edilənlərə baxmayaraq, Qərardadda deyilir: “Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da X6 Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir”. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələrin yaranması haqda heç nə deyilmir. Həmin maddədəki hüquq normasının dispozisiyasında əməlin meyarı kimi üzrsüzlük göstərilib, lakin Qərardadda bu meyar təhlil olunmayıb, ona qiymət verilməyib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-482/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin hər iki iclasında onun iştirakının təmin edilmədiyini, son bir ay ərzində 8476 manat məbləğində pulun banka ödənildiyini, icra məmuru ilə daimi olaraq əlaqə saxladığını, bankla borcun restruktuzasiyası ilə əlaqədar olaraq müqavilə bağlanıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclunun nümayəndəsi vəkil X4 şikayəti müdafiə edərək, borclunun baş vermiş pandemiya ilə əlaqədar olaraq maliyyə problemləri yaşadığını,Azərbaycan Respublikası mərkəzi Bankının xx.xx.2020-ci il tarixli bütütn bankalara tövsiyəsinə əsasən xx.xx.2020-ci il tarixinədək, borclulardan ödənişlərin tutulmasına güzəştlər edilməsinin əks olunduğunu, borclunun vəkillik fəaliyyəti ilə məşğul olduğunu, daimi işinin olmadığını, vaxtaşırı ödənişlər etdiyini, bunun məhkəməyə təqdim edilmiş qəbzlərlə sübut olunduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar ASC-nin nümayənədəsi X5 şikayəti qəbul etməyərək, borclunun xx.xx.2019-cu il tarixli, yəni pandemiyadan əvvəl qəbul edilmiş qətnaməyə əsasən borcun ödənilməli olduğunu, borcun ödənilməsi həyata keçirilmədiyindən məcburi icra hərəkətlərinin edildiyini, borlu tez-tez xarici səfərlər həyata keçirdiyindən belə bir qərarın qəbulu üçün müraciətin edildiyini, borclunun həqiqiətən də ödənişlər etdiyini, lakin bankla borclu arasında restruktuzasiya ilə bağlı müqavilənin olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Yasamal rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunur ki: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13 24/20 19 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu 56407,18 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir (səh.3). Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən icraata başlanılmışdır (səh.4).İş üzrə Borclu xx.xx.2020-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndəilmişdir (səh.5). Bakı Apellyasiya Məhkəməsinin icraatı zaman müəyyən olunur ki, cari hesaba mədaxil üçün qəbzlərə əsasən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il xx.xx.2020-ci il tarixində (səh. 25-28), və xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixində (səh.52-66) Borclu tərəfindən banka ödənişlər edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxxx 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2, 2.3, 2.4; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1; Mülki Prosesual Məcəllənin 269, 387.1, 397.2 və 398-ci maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-482/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilib, apellyasiya instansiya məhkəməsinin göstərişlərinin məcburiliyi haqqında mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdimatın yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi və ya icrasından yayınması, onun icra məmuru tərəfindən edilən dəvətlərinə gəlməməsi sübuta yetirilmir, habelə icra sənəd üzrə şəxsin ödənişlərinin həyata keçirdiyi və tələbkarın bunu qəbul etdiyi haldaş, habelə digər məcburi icra hərəkətlərinin mümkünsüzlüyü və çəkişmə şəraitində araşdırılma zəruriliyi baxımından tərəflərin və icra məmurunun əsaslandırılmamış mövqeyləri qaranlıq məsələlər olaraq qalmaqdadır. Ona görə, təqdimatı yenidən müzakirə edən məhkəmə icra işini tədqiq etməklə, tələbkarın, icra məmurunun və borclunun iştirakları ilə araşdırma aparmalı, tətəflər arasında restruktuzasiya və ya digər razılaşma ilə bağlı müqavilənin mövcudluğunun yoxlanılması və qanunvericilik (normativ xarakerli) aktlar ilə müəyyən edilmiş müddəaların dispozitiv şərtlərinə və borclunun hərəkətlərinə (hərəkətsizliyinə) müvafiq təqdimatın əsaslılığına qiymət verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-482/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılovun təqdimatına yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar