Məhkəmə qərarları › İş №8(103)-398/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-398/2021

03.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-398/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)531/2021 saylı, 22.02.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-141/2021 saylı, 25.05.2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 3(060)531/2021 saylı, 22.02.2021-ci il tarixli icra sənədinə əsasən Borclu QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibtai xətanın törədilməsində təqsirli bilinərək 8500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov məhkəməyə təqdimatla müraciət edərək, Borclu QSC-yə məxsus "Howo” markalı, **-HF-*** dövlət nömrə nişanlı və **-İV-*** dövlət nömrə nişanlı avtomaşınların üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)531/2021 saylı, 22.02.2021-ci il tarixli icra sənədinə əsasən Borclu QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibtai xətanın törədilməsində təqsirli bilinərək 8500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İcra sənədi 12.04.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanmış və bu barədə tərəflərə məlumat verilməsi təmin edilmişdir. Lakin borclu AZ- MAŞ” QSC icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədinin icrasını təmin etməmiş və icranın təmin etməməsinin səbəbləri barədə şöbəyə məlumat verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)531/2021 saylı, 22.02.2021-ci il tarixli qararından göründüyü kimi Borclu QSC-nin balansında “Howo” markalı, 90-HF- 400 dövlət nömrə nişanlı və **-JV-*** dövlət nömrə nişanlı avtomaşınlar aşkar edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-141/2021 saylı, 25.05.2021-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)531/2021 saylı, 22.02.2021-ci il tarixli icra sənədi üzrə Borclu QSC-nin mülkiyyətində olan “Howo” markalı, **-JV-*** dövlət nömrə nişanlı özüboşaldan avtomaşının üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan borclu şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi Cəmiyyəti ilə bağlı icra hərəkətləri Cəmiyyətin hüquqi ünvanı AZ1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3-ünvanın olduğu yer Üzrə Binəqədi rayonunda həyata keçirilməlidir. Cəmiyyətin Bakı şəhəri Nizami rayonunda heç bir əmlakı yoxdur və həmin rayonda hər hansı bir ünvanda fəaliyyət göstərmir. Qərardada istinad edilən ünvan 3 ünvanın cəmiyyəti ilə heç bir aidiyyatı yoxdur. Nəticə etibarı ilə Bakı şəhəri Nizami rayon İcra Şöbəsi icra sənədi ilə bağlı Bakı şəhəri Nizami rayonunda heç bir icra hərəkəti, həyata keçirə bilməz. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-141/2021 saylı, 30.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq borclunun mülkiyyətində olan əmlakın üzərinə həbs qoymaqla düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-531/2021 saylı, 22.02.2021-ci il tarixli qərardadı ilə müəyyən edilir ki, Borclu QSC (VÖEN **********), Bakı şəhəri, Binəqədi rayonu, Mədən 3-cü (Binəqədi qəsəbəsi) ünvanında qeydiyyatda olmaqla, ünvan 6yət göstərir. Qeyd olunan qərar qanuni qüvvəsini almış və borclu həmin qərarı mübahisələndirməmişdir. Bununla da, borclu ünvan 6yət göstərməsini inkar etməmiş və bu hal ilə razılaşmışdır. Belə olan halda kollegiya hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsinə əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı qismən təmin etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-141/2021 saylı, 25.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar