Məhkəmə qərarları › İş №8(103)-4/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-4/2024

15.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-4/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-353/2023 saylı qərardadından borclular tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi məhkəməyə təqdimatla müraciət edərək, Borclu1 X2 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 8(006)-353/2023 saylı qərardadı ilə (Azərbaycan Respublikasının Konstitusiyasının 129; "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1, 44.1.3, 50.1, 50.2-ci maddələrinə istinadən) təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 2944/2019 saylı icra sənədi üzrə Borclu1 X2 adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbsin qoyulması, qərardadın icrasının Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-2944/2019 saylı qərarına əsasən cavabdehlər Borclu1 X1 və Borclu2 ümumilikdə 322087 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı məzənnəsi ilə alınaraq iddiaçılar X5 və X9 ödənilməli olması qərara alınmışdır. Qeyd edilən qərar əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(102)-2944/2019 saylı icra sənədi verilmişdir. Lakin icra sənədinin uzun müddət öncə verilməsinə baxmayaraq, borclular tərəfindən icra sənədinin icrası təmin edilməmiş və halhazıradək icrasız olaraq qalmaqdadır. Bu səbəbdən qərarın icrasının təmin olunması məqsədilə icra məmuru tərəfindən məhkəməyə təqdimatla müraciət edilmişdir. Digər tərəfdən məhkəmə Borclu1 X2 məhkəməyə təqdim etmiş olduğu etirazın dəlillərinə münasibətdə qeyd edir ki, etiraz kifayət qədər əsaslandırılmamış və təmin edilə bilməz. Belə ki, etiraz ərizəsində üzərinə həbs qoyulması tələb olunan əmlakın dəyərinin ondan tələb olunan məbləğdən yüksək olmasına, qeyd edilən məbləğlər arasında kəskin fərqin olmasına istinad edilmiş, əmlakın bir hissəsinin üzərinə həbsin qoyulmasının kifayət edəcəyi bildirilmişdir. Lakin göründüyü kimi, hazırda üzərinə həbs qoyulması nəzərdə tutulan əmlakın daşınmaz əmlak kateqoriyasına aid edilməklə, onun hər hansı bir hissələrdən ibarət olması müəyyən edilməmişdir. Belə olan halda isə hazırki vəziyyətdə sözügedən əmlakın bölünməz (vahid) əmlak olması onun hər hansı bir hissəsinə həbsin qoyulması ehtimalını istisna edir. Borclu “ İrşad” X6 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-353/2023 nömrəli 21 noyabr 2023-cü il tarixli qərardadından şikayət verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli,8(006)-353/2023 nömrəli qərardadının ləğv edilməsini, borclu “İrşad X7” MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini, şikayətin təmin edilmədiyi təqdirdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə “İcra Haqqında“ Azərbaycan Respublikası qanununun 45.7, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2022-ci tarixli 62 saylı ekspert rəyinə əsasən, “İrşad X7” MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 11A ünvanında yerləşən daşınmaz əmlakın, o cümlədən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX №051129 Reyestr № **********30-06301, Qeydiyyat № **********, Qeydiyyat tarixi: xx.xx.2014 il olan Çıxarışa əsasən xüsusi mülkiyyətdə olan – 0,06076 ha torpağın ümumi qiyməti – 1090000,0 manat və xüsusi mülkiyyətdə ümumi sahəsi 1855,3 kv.m olan qeyri-yaşayış binasının hazırki bazar qiyməti – 6863500,0 manat olmaqla əmlakın hazırki bazar qiyməti – 7953500,0 manat təşkil edir. Həmin qiymətləndirmə rəyi icra məmuruna rəsmi məktubla təqdim edilmişdir. Lakin, icra məmuru həmin rəyi nəzərə almamışdır. Bu rəydən də görünür ki, üzərinə həbs qoyulması planlaşdırılan əmlakın dəyəri icra vərəqində qeyd edilən məbləğdən 24 dəfə çoxdur. Belə olan halda yalnız əmlakın bir hissəsinə həbsin qoyulması kifayətdir. Bütün əmlakın üzərinə həbsin qoyulması mülkiyyətçinin hüquqlarını qeyri-mütənasib şəkildə məhdudlaşdırır. Borclunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütün hissəsinə həbs qoyulması borclunun mülkiyyət hüquqlarını pozur. Bundan əlavə, əmlak üzərinə həbs qoyulması barədə təqdimatda borclunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi, ölçüləri, mərtəbələrinin sayı haqqında məlumatlar əks olunmamışdır. “İrşad X7” MMCnin borcu 322087 ABŞ dolları təşkil edir, mülkiyyətində olan daşınmaz əmlakın dəyəri isə borc məbləğindən daha yuxarıdır, bir neçə milyon manat təşkil edir və üzərində həbs qoyulması xahiş edilən əmlakın dəyəri borca mütənasib deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-353/2023 saylı işi üzrə xx.xx.2023-cü tarixli qərardadı ilə borclu “ İrşad” X7 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur; 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir; 57.1. Borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir; 57.2. Mülkiyyət hüququ əsasında borclu hüquqi şəxsə məxsus olan əmlakın başqa yerdə və başqa şəxsdə olması tələbin həmin əmlaka yönəldilməsinə mane olmur; 58.1. Borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması aşağıdakı növbəlilik üzrə həyata keçirilir: 58.1.1. birinci növbədə-istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak); 58.1.2. ikinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər; 58.1.3. üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər; 58.1.4. dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak. Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir;15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir; 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir Məhkəmə kollegiyası, “İcra haqqında“ Azərbaycan Respublikası haqqında Qanunun 1, 3, 26, 84, 87; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15, 236, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, dəlilləri ümumi səciyyə daşıyır, qeyd edilən qanunvericiliyin əsaslarına müvafiq heç bir hüquqi əhəmiyyət kəsb etmir və tələbkarın hüquqlarına rəğmən dövlətin adından qəbul edilən qərarın icrasının qəsdinə yönəlmiş prosessual hərəkətlər dispozitiv imkandan suiistifadəyə şərait yaradan amil kimi qiymətləndirilərək onun təmin edilməsinə əsas verə bilməz. Üzərinə həbs qoyulması nəzərdə tutulan əmlakın daşınmaz əmlakın hissələrdən ibarət olması müəyyən edilməmiş və əmlakın bölünməz (vahid) əmlak olması onun hər hansı bir hissəsinə həbsin qoyulması ehtimalını istisna edir. Yönəldilən əmlakın borca mütənasibliyi baxımından borclunun diqqətinə çatdırılmalıdır ki, borclunun borcu ödəməklə və ya başqa əmlakın borca yönəldilməsini icra qurumuna təqdim etməklə borcun icra icraatı qaydasında həlli hüquqları vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu “ İrşad” X4 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 353/2023 saylı işi üzrə xx.xx.2023-cü tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar