Məhkəmə qərarları › İş №8(103)-40/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-40/2025

04.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-40/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 8(011)- 1091/2024 nömrəli qərardadından borclu X10 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1091/2024 nömrəli 18 noyabr 2024cü il tarixli qərardadı (baxılmamış saxlanılma barədə) ilə şikayətçilər X3, X4, X12, X5 və X7 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8343/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi üzrə icra işinin təzələnməsinə dair Xətai rayon İcra şöbəsinin 15 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinin X6, X13, X8 və X11 münasibətdə baxılmamış saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1091/2024 nömrəli 18 noyabr 2024cü il tarixli qərardadı (şikayətin rədd edilməsi barədə) ilə şikayətçi X3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8343/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi üzrə icra işinin təzələnməsinə dair Xətai rayon İcra şöbəsinin 15 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətinin rədd edilməsi qərara alınmışdır. X10 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 1091/2024 nömrəli 18 noyabr 2024-cü il tarixli qərardadından (baxılmamış saxlanılma barədə) şikayət verərək Xətai Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 8(011)- 1091/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 8(011)-1091/2024 nömrəli qərardadı şikayətin geri qaytarılması qərara alınmışdır. X10 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 8(011)- 1091/2024 nömrəli qərardadından (şikayətin rədd edilməsi barədə) şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1091/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli icranın təzələnməsinin rədd edilməsinə dair qərardadın ləğv edilməsini xahiş etmişdir. Həmin qərardaddan borclu M.Əliyeva şikayət vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8343/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamədən iddiaçı X1 ona və ailə üzvlərinə qarşı ünvan 1 ünvandan onun və ailə üzvlərinin çıxarılmasına dair icra sənədinin təzələnməsinə dair xx.xx.2024-cü il tarixli qərar çıxarılmışdır. Onun maddi vəziyyəti aşağıdır, həyat yoldaşı şəkərli diabet xəstəsidir, övladları gəncdir. Hazırkı iş üzrə ərinin öz doğma bacısı tərəfindən aldadılaraq ailənin yeganə yaşayış sahəsi olan ünvan 2 ünvan əlinə keçirilərək ailənin dözülməz vəziyyətdə mənzilsiz qalması ilə nəticələnmişdir. Onun müraciətlərinə nə dövlətin məhkəmələri, nə də ki, digər dövlət orqanları araşdırma aparmamışlar. Beləliklə də ailənin yeganə yaşayış sahəsi dələduzluqla əllərindən alınmışdır. Şikayətçinin Gmaili olmadığı halda məhkəmə tərəfindən ona xx.xx.2024-cü il tarixdə Məhkəmə qərardadı poçtalyon tərəfindən təqdim edilmişdir, həmin məhkəmə qərardadından xx.xx.2024-cü il tarixdə (doqquz gün) Elektron qaydada şikayət vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 268.1-ci maddəsinə əsasən Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, X10 “AzeMis” Elektron məhkəmə informasiya sistemində xx.xx.2022-ci il tarixində qeydiyyatdan keçməklə elektron kabinet istifadəçisidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 8(011)-1091/2024 nömrəli qərardadları 23 noyabr 2024-cü il tarixdə onun kabinetinə yerləşdirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadın poçt vasitəsi ilə göndərilməsi barədə şikayətçilərin hamısının eyni ünvanda qeydiyyatda olduqlarından elektron kabineti olmayan digər şikayətçilərə də qərardadın poçt vasitəsilə göndərilməsinə dair mövqeyini əsaslı hesab edir. Kollegiya həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göstərilən normaya əsasən Kollegiya hesab edir ki, qərardad elektron kabinetə yerləşdirilərkən borclu bu barədə həm elektron poçt, həm də SMS vasitəsi ilə məlumatlandırılmışdır. Qeyd edilən məlumatlandırma hər hansı müdaxilə imkanı istisna edilməklə adıçəkilən sistem tərəfindən bildiriş formasında istifadəçiyə göndərilir. İstifadəçinin həmin qərardadı oxuyub-oxumaması, imzadan istifadə müddətinin olubolmaması isə şəxsin öz məsuliyyət dairəsinə aid olan məsələdir. Kollegiya hesab edir ki, məhkəmənin borclu Mərfət Əliyevanın şikayətinin geri qaytarılması barədə qənaəti qanuni və əsaslı olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verilmədiyi müəyyən edilmişdir, həmçinin Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən də şikayətlə bərabər “müddətin bərpası barədə” ərizə verildiyi müəyyən edilməmişdir. Beləliklə, şikayətin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1091/2024 nömrəli 13 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar