Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-400/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, Tələbkarın nümayəndəsi X6 Borclunun nümayəndəsi X7 iştirakı ilə Səbail Rayon Məhkəməsinin 8(009)-322/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş “Mersedes” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə X3 etibarnamə üzrə qanuni nümayəndəsi X10 tərəfindən verilmiş ərizəsi üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından borclunun səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 etibarnamə üzrə qanuni nümayəndəsi X10 ərizə ilə məhkəməyə müraciət edərək, X4 məxsus “Mersedes” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Səbail Rayon Məhkəməsinin 8(009)-322/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 003737 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Səbail rayon İcra Şöbəsinin icra məmuru Hüseyn Hüseynli tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş təqdimat əsasında Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(009)-322/2017 saylı qərardadına əsasən X4 məxsus “Mersedes markalı ** EH ***” dövlət qeydiyyat nişanlı və “Mitsubishi markalı ** MA ***” dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Həbs qoyulmuş avtomobillərin qiyməti icra vərəqəsində göstərilən məbləğdən yəni iddia tələbindən artıq olduğu üçün X8 məxsus “Mersedes” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 8(009)-233/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə avtomobilin üzərindən həbsin götürülməsi barədə X3 etibarnamə üzrə qanuni nümayəndəsi X7 ərizəsinin təmin edilməmişdir. Borclunun nümayəndəsi X10 şikayət verərək, Səbail Rayon Məhkəməsinin 8(009)-233/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, borclu AR İXM-nin 228.0.3-cü maddəsi ilə 1500 manat cərimə edildiyi halda, ona məxsus təxminən hər biri 10000 manat dəyərində olan “Mersedes” və “Mitsubişhi” markalı, cəmi 20000 manat dəyərində olan iki avtomobilə həbs qoyulması borclunun hüquqlarını pozur. Bakı şəhəri Məbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən borclunun nümayəndəsinin, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən tələbkarın nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, şikayət təmin edilməli,Bakı şəhəri,Səbail Rayon Məhkəməsinin 8(009)-233/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, “Mersedes” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə borclu X1 nümayəndəsi X10 tərəfindən verilmiş ərizə təmin edilməli, X4 məxsus “Mersedes” markalı ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. İş materiallarından görünür ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və X2 Dövlət Xidməti tərəfindən verilmiş 003737 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X9 AR İXM-nin 228.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(009)- 322/2017 saylı qərardadına əsasən Səbail rayon İcra və probasiya Şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək, X4 məxsus “Mersedes markalı ** EH ***” dövlət qeydiyyat nişanlı və “Mitsubishi markalı ** MA ***” dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında olan hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəlir. Məhkəmə kollegiyası qeyd edir ki, X3 barəsində İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və X2 Dövlət Xidməti tərəfindən verilmiş 003737 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 1500 manat cərimə borcu olmuş və icra məmurunun təqdimatı əsasında ona məxsus nəqliyyat vasitələrindən birinin dəyəri borcu artıqlaması ilə əhatə edir. Belə olan halda kollegiya hesab edir ki, X4 məxsus “Mersedes markalı ** EH ***” dövlət qeydiyyat nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X3 etibarnamə üzrə qanuni nümayəndəsi X10 tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 8(009)-233/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Borclu X1 nümayəndəsi X10 tərəfindən verilmiş ərizə təmin edilsin. X4 məxsus “Mersedes markalı ** EH ***” dövlət qeydiyyat nəqliyyat vasitəsinin üzərinə Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(009)-322/2017 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-400/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-400/2020
08.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver