Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-400/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, tələbkar Mürgünaz Tağızadənin nümayəndəsi Nümayəndə, Borclu və onun vəkili Vəkil iştirakı ilə, icra sənədi üzrə tələbkar X1 Səbail Rayon İcra Şöbəsinin icra məmurunun “mütəxəssis dəvət olunması barədə” qərarından şikayətə dair iş üzrə Səbail Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli qərardadından Mürgünaz Tağızadə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İcra məmurunun 29.03.2021-ci il tarixli qərarı ilə qərara alınıb ki, Səbail RM-nin verdiyi 2-89/2006 nömrəli 04.05.2006-cı il tarixli icra sənədi üzrə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" ASC-dən mütəxəssis dəvət olunsun. Tələbkar icra məmurunun bu qərarından Səbail RM-nə şikayət verərək qərarın ləğv edilməsini xahiş edib. Səbail RM-nin 03.05.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilməsin. Tələbkar Səbail RM-nin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş edib. Şikayət təmin edilmə bilməz. Belə ki, “İcra haqqında” Qanunun 40.1-ci maddəsinə görə icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Hazırkı işdə icra məmuru həmin səlahiyyətindən istifadə edərək mütəxəssis cəlb olunması barədə qərar qəbul edib. Tələbkar icra məmurunun qərarından şikayəti onunla əsaslandırıb ki, İcra Şöbəsi icra sənədinin icrasında maraqlı deyil, bilərəkdən işin icrasını uzadır. Lakin bu qərarın icra sənədi üzrə icraatın yubadılması məqsədilə qəbul edildiyi təsdiq olunmur. Ona görə də Səbai RM icra məmurunun qərarından tələbkarın verdiyi şikayəti düzgün olaraq təmin etməyib, Səbail RM-nin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-400/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-400/2021
30.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver